Icma.az
close
up
RU
Münaqişə illərlə həll olunmaya bilər AÇIQLAMA

Münaqişə illərlə həll olunmaya bilər AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya və ABŞ nümayəndə heyətləri dünən Ər-Riyadda görüşüblər. Görüşdə Ukraynadakı münaqişənin dinc yolla nizamlanmasına dair üçmərhələli plana dair təklif irəli sürülüb. Atəşkəs, Ukraynada yeni seçkilərin keçirilməsi, yekun sazişin imzalanması üçmərhələli planda göstərilib.

Bəs bunlar həyata keçirildiyi təqdirdə sülh baş tutacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, Ukrayna münaqişənin köklü həllini tələb edir:

"Ərazi bütövlüyü təmin olunmalıdır, təhlükəsizlik təminatı verilməlidir. Səudiyyə Ərəbistanında ABŞ və Rusiya rəsmiləri fikir mübadiləsi aparıblar, amma heç bir razılaşma əldə edilməyib. Ümumiyyətlə, Ukraynanın iştirakı olmadığı təqdirdə razılaşma reallaşmayacaq. Üçmərhələli həll fikri irəli sürülür, amma hal-hazırda Trampı (ABŞ Prezidenti Donald Tramp - red.) düşündürən əsas məsələ atəşkəsə nail olmaqdır. Lakin atəşkəsin təmin olunması münaqişənin həlli demək deyil. Ukrayna Prezidenti Volodimir Zelenski özü də bunu vurğulayıb. Bu vəziyyətdə atəşkəsin təmin olunması Ukraynanın maraqlarına cavab verməyəcək. Çünki Rusiya torpaqları işğal edib və işğal etdiyi torpaqlardan çıxmayacaq. Atəşkəs təmin olunduqda, digər ərazilərin təhlükəsizlik təminatı da havada qalacaq. Bu səbəbdən Ukrayna məsələyə köklü həll tələb edir. Tramp administrasiyası birinci mərhələdə atəşkəsə nail olmaq istəyir".

Politoloq qeyd etdi ki, Tramp administrasiyasının iki dövlət arasında sülhün necə əldə oluna bilməsi ilə bağlı konkret planı yoxdur.

"Vəziyyət gərgindir, Rusiya əraziləri işğal etməyə çalışır, Ukrayna isə işğalı sonlandırmağa çalışır. Avropa bu danışıqların kənarında qalıb. Bu isə Avropanı ciddi narahat edir. Əgər Ukrayna və Rusiya arasında sülh bağlanmasa, Trampın təşəbbüsləri reallaşmasa, ABŞ kənara çəkilsə, müharibəyə görə bütün yük Ukrayna və Avropanın üzərində olacaq. Müharibə hər gün hər iki tərəfdə minlərlə insanın həyatına son qoyur. Hər iki tərəf böyük itkilər verir. Amerikanın planında üç mərhələ göstərilsə də, düşünürəm ki, əsas məsələ atəşkəsdir. Atəşkəsə nail olmaq və danışıqlar aparmaq lazımdır. Danışıqlar isə illərlə uzana bilər və münaqişə illərlə həll olunmaya bilər", - deyə E.Şahinoğlu vurğuladı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Fevral 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri