Icma.az
close
up
RU
“Münaqişəli bölgələrdə qələbəni tam əldə edən yeganə dövlət Azərbaycandır”

“Münaqişəli bölgələrdə qələbəni tam əldə edən yeganə dövlət Azərbaycandır”

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, İsrail və İran arasında illərlə davam edən qarşıdurma Yaxın Şərq regionunu real müharibənin içərisinə atdı və ABŞ-nin prosesə öncə hərbi, sonra siyasi müdaxiləsi ilə 12 günlük savaş atəşkəs razılaşması ilə sona çatdı.

Əslində bu savaş başa çatmış kimi görünür, reallıqda isə tərəflərin özlərini qalib kimi təqdim etməsinə, qələbəni öz adına yazmasına baxmayaraq, qısamüddətli hərbin konkret və gerçək qalibi suallar yaradır. İndiki halda söhbət müharibə zamanı ortaya çıxan güc müqayisəsindən, ağır nəticələrdən, itkilərdən gedə bilər. Çünki nüvə təhlükəsini əsas götürən İsrail ilk hücum edən tərəf olsa da, ardınca İrandan müəyyən cavablar aldı və müharibə hər iki ölkənin aqressiyasını, hədəsini, cavab formasını, itkilərini aşağı-yuxarı bərabərləşdirdi. ABŞ-nin prosesə cəlb olunması hərbi toqquşmanı qəlizləşdirsə də, amma müəyyən bir fasiləyə gətirib çıxardı. Həqiqətən də biz ortadakı atəşkəs adlı vəziyyətə, daha çox fasilə deyə bilərik. Çünki Yaxın Şərq regionunun illərlə yaranmış və mürəkkəbləşmiş problemləri belə qısa müddətdə həll olunma inandırıcılığı yaratmır. Düzdür, kəskin hərbi toqquşmanın təkrarlanma ehtimalını ABŞ-nin araya girməsi xeyli azaldıb, lakin İsrail-İran ziddiyyətləri qeyri-hərb müstəvisində mütləq şəkildə davam edəcək kimi görünür.

ABŞ İranın nüvə və hərbi imkanlarına ciddi şəkildə zərbə vurduğunu bəyan etsə də, İranın nüvə proqramını tam arxivə göndərə bilmədiyi danılmaz faktdır. Demək ki, bu müharibəni yaradan nüvə faktoru tam aradan qalxmadığı üçün ABŞ və İsrail qalib obrazında görünə bilməz. Müharibə İsrailə də itkilər qazandırıb. Doğrudur, ümumi mənzərə müharibədə üstünlüyün İsrail və ABŞ-də olduğunu deməyə əsas verir. Ona görə ki, İranın yüksəkrütbəli hərbi və elm adamları öldürülüb, nüvə və hərbi imkanları müqayisədə ciddi şəkildə zədələnib. Amma İrana hücum zamanı bəyan edilən hədəflərin yarısına belə nail olunmayıb.

Oxşar fikirləri getdikcə uzanan Ukrayna-Rusiya müharibəsi haqqında da söyləmək mümkündür. Trampın hakimiyyətə gəlişindən sonra Rusiya-Ukrayna toqquşmasında bir yumşalmanın olacağına inam yarandı. Amma hələlik bu savaşın da tam qalibi yoxdur və proseslər daha mürəkkəb şəkil almaqdadır. Ən yaxın tariximizdə bunun kimi digər oxşar nümunələr kifayət qədərdir.

Bütün bu reallıqlar Azərbaycanın 44 günlük müharibədə imza atdığı tarixi qələbənin əzəmətini bir daha vurğulamaq zərurətini doğurur. Prezident İlham Əliyevin hələ bu ilin mart ayında Ağdərənin Suqovuşan kəndində çıxışı zamanı İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb fikirlərinin İsrail-ABŞ-İran müharibəsi fonunda nə qədər doğru olduğu isbatlanır.  

Baş verən müharibələrdə kimin ədalətli mövqedə olması, beynəlxalq hüququn kimin tərəfdə olması haqda fikir yürütmək mümkündür. Amma gəlin baxaq: bu mövqedə olan tərəflərin hansı ədalətli maraqlarını təmin edə bilir? Bu gün postsovet məkananında və digər bölgələrdə ərazi bütövlüyü pozulan ölkələr az deyil. Lakin həmin ölkələr öz ərazi bütövlüyü uğrunda mübarizələrini tam qələbə ilə nəticələndirə bilmirlər. Hər hansı kiçikhəcmli hərbi uğurlar istənilən sonucu verməyib.

Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizədə haqlı tərəf olduğu az qala bütün dünya tərəfindən etiraf olunsa da, 30 ildə aparılan danışıqlar nəticəsiz qaldı. Ölkəmizin haqq işi uğrunda müharibəyə başlayacağı təqdirdə bu müharibənin qlobal şəkil alacağı və nəticənin arzuolunan formada bitməyəcəyi haqda proqnozlar üstünlük təşkil edirdi. 5 il bundan öncə Ermənistanın təxribatlarına qarşı Azərbaycanın başladığı hərbi əməliyyatların ilk günündə də pessimist fikirlər yox deyildi. Bütün bunları 44 günlük müharibənin ilk günlərindən alt-üst edən Azərbaycan nəticədə dünya hərb tarixinə öz imzasını atdı, yeni nümunə yaratdı. Öncə öz ərazi bütövlüyünü, ardınca cəmi 23 saatlıq antiterror əməliyyatı ilə suverenliyini tam təmin etdi.

Bu gün müharibədə tam qələbə deyəndə Azərbaycanın ağla gəlməsi təsadüfi deyil. İlham Əliyev müasir tariximizin Ali Baş Komandan missiyasını tam qələbə ilə başa vuran nadir tarixi şəxsiyyətdir. Ötən həftə qardaş Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi zamanı insanların səmimi hisslərini ifadə edərək İlham Əliyevə “Qarabağ fatehi” deyərək xitab etməsi təkcə qürurverici mənzərə deyil, həm də tarixi reallıqdır. O da reallıqdır ki, bir sıra qonşu ölkələrdə dövlət rəhbərləri ərazi bütövlüyü ilə bağlı başlatdıqları hərbi əməliyyatları hədəfə çatana qadər apara bilmirlər. Təbii ki, bir sıra müxtəlif səbəblər ucbatından. Prezident İlham Əliyev isə 44 günlük müharibədə xalqı bir nəfər kimi öz ətrafında birləşdirməklə yanaşı, nadir rast gəlinən liderlik keyfiyyətlərini ortaya qoydu. Erməniləri müdafiə edən dünya mətbuatı, ayrı-ayrı ermənipərsət dövlətlərlə hər gün, hər saat mübarizə aparan İlham Əliyev Müzəffər Ali Baş Komandanın necə olması nümunəsini yaratdı. Bu nümunə qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş güclü Azərbaycanı bütün dünyaya tanıtdı! Münaqişəli bölgələrdə qələbəni tam əldə edən yeganə dövlətin Azərbaycan olması bütün soydaşlarımız üçün qürurvericidir!

Elman Babayev 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 İyun 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri