Icma.az
close
up
RU
Qardaşlığın növbəti adımları atılmışdır MÜNASİBƏT BİLDİRİLDİ

Qardaşlığın növbəti adımları atılmışdır MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"İlk olaraq onu qeyd edim ki, bu Azərbaycan və Türkiyə arasında olan mövcud strateji əməkdaşlığın qardaşlıq münasibətlərinin növbəti mərhələsidir. Bildiyiniz kimi indiyə qədər bu istiqamətdə bir neçə proyekt olmuşdur. Bakı-Tiblisi-Ərzurum qaz kəmərlərindən sonra Naxçıvan qaz kəməri də istifadəyə verildi. Bu sözün əsl mənasında Naxçıvanın qazla təmin olunmasında və Türkiyənin bir enerji qurşağına çevrilməsində mühüm amil kimi qeyd oluna bilər. Azərbaycan Türkiyə qardaşlığı və əməkdaşlığında növbəti mərhələ kimi vurğulana bilər. Bu eyni zamanda gələcəkdə açılacaq Zəngəzur dəhlizi üçün hazırlıq mərhələsidir". Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, doğrudan da bu xəttin mövcudluğu nəinki Azərbaycan-Türkiyə, eyni zamanda qonşu ölkələr üçün də mühüm əhəmiyyətə malikdir: "Gələcəkdə regionun qazla təminatında mühüm strateji rol oynayacaq.

Ümumi xətt 100 kilometrdir və 17 kilometr Azərbaycan ərazisində, 82 kilometr isə Türkiyə ərazisində mövcud olacaq. Bu xəttin gücü təqribən 730 milyon m³ qaz olacaqdır. Bu Naxçıvanın qaz tələbatını tamamilə ödüyəcəkdir. Atılmış yeni addım bunun aradan qaldırılması üçün mühüm mərhələ olacaq. Hesab edirəm ki, bu qaz kəməri Azərbaycan və Türkiyə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əsas rol oynayacaq. Çətin günlərdə hər iki qardaş ölkə bir-birinə dəstək olmuşdur.

44 günlük müharibə dövründə, Türkiyədə baş vermiş zəlzələ hadisəsi dövründə hər iki dövlət bir-birinin yanında olmuşdur. Uzun əsrlər davam edən qardaşlığın növbəti adımları atılmışdır. İşğal altından azad olunmuş ərazilərimizin bərpa-quruculuq işlərinin həyata keçirilməsində qardaş Türkiyə dövlətinin dəstəyinin şahidi oluruq. Təkcə qardaşlıq mövqeyi siyasi şüarlarda və diplomatiyada deyil, eyni zamanda əhəmiyyətli proyektlərdə və layihələrdə özünü göstərir. Cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində tarixi qardaşlığımız hal-hazırda dövlətlərin qardaşlığına çevrilməkdədir. Bölgə üçün nümunə xarakteri daşıyır. Eyni zamanda bu Naxçıvan qaz kəməri gələcəkdə regional yox, Avropa bazarlarına çıxarılmasına töhfə verəcək. Türk dövlətləri təşkilatının üzvləri arasında enerji bağları daha da möhkəmləndiriləcək. Hesab edirəm ki, kəmərin əhəmiyyətlərindən biri də Azərbaycan dövlətinin bötüvlüyünün təkcə xəritədə deyil, faktiki bərpasının reallaşması istiqamətində çox mühüm amildir. Bir millət, iki dövlət prinsipinin həyat keçirilməsi və hər iki dövlətin mənafeləri üçün bu prinsipin həyata keçirilməsi məhz Naxçıvan kəmərində özünü göstərdi. Düşünürəm ki, bu cür lahiyələr Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə gətirib çıxaracaq. Türk amilinin ortaq güc kimi ortaya çıxmasına gətirib çıxaracaq. XXI əsr həm də enerji təminatı əsridir. Qeyd olunan lahiyə hər iki dövlətin mövqeyinin möhkəmlənməsi üçün xüsusi əhəmiyyət kəsb edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Mart 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri