Icma.az
close
up
RU
Münhendə Azərbaycanın mina qurbanlarına dair fotosərgi açılıb

Münhendə Azərbaycanın mina qurbanlarına dair fotosərgi açılıb

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyanın Münhen şəhərinin mərkəzi Karlsplatz meydanında Azərbaycanın mina qurbanlarına dair açıq səma altında fotosərgi təşkil olunub.

Bu barədə Moderator.az-a Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, fotosərgi Dövlət Agentliyin donorluğu ilə "Gilavar" Foto Klubu İctimai Birliyinin icra etdiyi "Təhlükənin kulminasiya nöqtəsi" layihəsi çərçivəsində açılıb.

Layihədə QHT-nin Almaniyadan tərəfdaşı Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi olub.

Sərgidə mina qurbanlarına dair 20-dən çox fotoşəkil, insan hekayələri və statistik məlumatlar nümayiş etdirilib. Hər bir foto yalnız fərdi bir hadisəni deyil, bütöv bir xalqın üzləşdiyi humanitar faciəni əks etdirib. Münhen sakinləri fotolardakı mina qurbanları barədə QR kod vasitəsilə əlavə məlumatlar əldə ediblər.

"Mən ayağımı itirdim, amma ümidimi yox!", "Həkim idim, minaya düşənləri xilas edirdim. Özüm minaya düşdüm", "11 yaşımda oyuncaq bilib oynadığım mina uşaqlığımı əlimdən aldı", "Tank əleyhinə minaya düşdüm. Gənclik coşğusunun nə olduğunu bilməsəm də, iki ayağını itirən gəncin hisslərinə bələdəm" kimi mesajlar mina qurbanlarının yaşadıqlarını təsirli sözlərlə iştirakçılara çatdırıb.

Ziyarətçilər də səmimi duyğularını müvafiq lövhədə mina qurbanlarına yazıblar.

"Gilavar" Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev bildirib ki, o, özü də 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən yoldaşları ilə birgə Ermənistanın basdırdığı tank əleyhinə minaya düşüb, təsadüf nəticəsində sağ qalıb. Lakin onunla birgə xidməti vəzifələrini yetirə yetirən 3 nəfər – Sirac Abışov (teleoperator), Məhərrəm İbrahimov (jurnalist), Arif Əliyev (yerli icra hakimiyyətinin əməkdaşı) şəhid olublar, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sərgidə məlumat verilib ki, Ermənistanın mina müharibəsi nəticəsində bu günədək 3400-dən çox azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 409-u 2020-2025-ci illərdə mina və partlamamış hərbi sursatlardan xəsarət alanlardır. Son 5 ildə mina hadisələri 71 nəfər azərbaycanlının həyatına son qoyub. Siyasi təzyiqlərdən sonra Ermənistan müəyyən mina xəritələrini təhvil versə də, onların yalnız 25 faizi düzgün çıxıb. Bu səbəbdən "Gilavar Foto Klubu" Ermənistanı dəqiq mina xəritələrini təqdim etməyə çağırıb.

Sərgidə qeyd olunub ki, mina problemi qlobal mahiyyətlidir. Artıq Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan edib və bu məsələnin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilməsi hazırda əsas çağırışdır.

Münhendə açılmış fotosərgi mina probleminin, onun gətirdiyi bəlaların qarşısının alınması üçün insanları qlobal səfərbərliyə səsləyib.

Qeyd edək ki, Azərbaycan QHT-sinin Almaniyada mina mövzusunda fotosərgi təşkil etməsi ilk dəfədir. "Gilavar" Foto Klubu İctimai Birliyi bu sərgini Avropanın digər şəhərlərində də davam etdirməyi planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Sentyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri