Münhendə dron həyəcanı Hava limanı bağlandı
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Almaniyanın Münhen hava limanı ətrafında şübhəli dronun müşahidə olunmasından sonra hava hərəkəti müvəqqəti olaraq dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya Federal Polisi məlumat yayıb.
Bildirilib ki, pilotlar səhər saatlarında hava limanı yaxınlığında naməlum uçan obyekt aşkar ediblər. Məlumat daxil olduqdan sonra təhlükəsizlik məqsədilə hava limanında bütün uçuş və eniş əməliyyatları dayandırılıb.
Rəsmilər xatırladıblar ki, Münhen hava limanı ətrafında dronların uçurulması qəti qadağandır. Hadisədən sonra əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub və genişmiqyaslı axtarış tədbirlərinə başlanılıb.
Hüquq-mühafizə orqanları şübhəli dronu və onun operatorunu müəyyənləşdirməyə çalışır.
Təhlükəsizlik yoxlamalarının nə qədər davam edəcəyi və hava limanında uçuşların nə vaxt bərpa olunacağı hələlik açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 30 May 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















