Münhendə qadın yoldan keçənlərə bıçaqla hücum edib
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Münhendə, dünyanın ən böyük pivə festivalı olan Oktoberfestin hər il keçirildiyi "Theresienwiese" meydanında 30 yaşlı qadın yoldan keçənlərə bıçaqla hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb .
Qəzetin məlumatına görə, qadın yoldan keçən bir neçə nəfəri yaralayıb, bundan sonra polis ona atəş açıb. Hadisə nəticəsində o, təcili xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Həkimlərin bütün səylərinə baxmayaraq, hücumçunu xilas etmək mümkün olmayıb.
Hazırda onun hərəkətlərinin motivləri açıqlanmır. Səlahiyyətlilər əmin edirlər ki, artıq ictimaiyyət üçün təhlükə yoxdur.
Baxış sayı:76
Bu xəbər 08 İyun 2025 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















