Icma.az
close
up
RU
Menu

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ölümdən sonra insanı nə gözləyir?

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

Müqəddəs borcun kölgəsində

Müqəddəs borcun kölgəsində

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xatiri mənə öz dünyam qədər əziz olan Zemfira xanım Məhərrəmlinin yazıçı kimi də, jurnalist kimi də yaradıcılığının əhatə dairəsi kifayət qədər genişdir. Onun qələmindən çıxan publisistik yazılarda hadisələrin ictimai fonu, bədii əsərlərində isə insan talelərinin duyğu, həssaslıq dolu dil ilə danışan obrazlar aləmi diqqət çəkir. Bu əsərlərdə mənim ruhuma və ürəyimə daha yaxın olanlar isə müharibə mövzusuna həsr olunmuş sənədli hekayələrdir. Həmin hekayələrdə dramatik tarixi hadisələrlə bərabər, insanların qəlbindəki ağrı, qürur, itki və ümid bir-birinə qarışır, bir-birini tamamlayır.

Buna da heç şübhəniz olmasın ki, bu yaxınlığın səbəbi təkcə ədəbi zövq, bəyənib-bəyənməmək seçimi deyil. Burada mühüm rol oynayan müharibə mövzusunda yazılmış əsərlərlə mənim “tale qohumluğumdur”. Müharibənin qanlı əlləri mənim də taleyimin bir parçasını qoparıb əlimdən aldı. Bunu Zemfira xanımın özü də bilir. Ona görə bu hekayələrdə təqdim olunan hər qadın, hər ana, hər döyüşçü mənim üçün kitabda yaşayan obraz deyil, biz az da mən özüməm. Sətirlərin arasından yüksələn  səslər, qırılmış talelərinin əks-sədası mənimlə o qədər can-ciyər, cici-bacıdır ki...

Zemfira Məhərrəmlinin müharibə mövzulu əsərlərinin böyük əksəriyyəti qəhrəman Ordumuzun Vətən müharibəsində qazandığı şanlı zəfərdən əvvəl yazılıb. Mən bunu yazıçının mənəvi cəsarətinin, milli dəyərlərimizə sədaqətinin göstəricisi hesab edirəm. Düşünürəm ki, bu ağrılı əsərlərin fərqli cəhəti onların xalqın ruhunun ən dərin qatlarından süzülüb gəlməsindədir. Həmin əsərlər yazılan illərdə hər birimiz torpaq itkisini bədənimizdə qəlpə kimi gəzdirir, qan sızan yara kimi daşıyırdıq. Hər yazı, hər xatirə, hər hekayə həmin açıq yaranın üstündən basan bir barmaq idi, yaranı qaysaq bağlamağa qoymurdu. Çünki belə lazım idi: unutmamaq, vərdiş etməmək, barışmamaq üçün!

Zemfira Məhərrəmlinin o dövrdə yazdığı sənədli hekayələr tarixin dərinliklərindən gələn səsi, harayı qoruyurdu. Yazıçı bizə xatırladırdı ki, o səs kəsilsə, ayağımızın altındakı torpaq bizdən üz döndərə bilər.

Zemfira xanımın qəhrəmanları həyatdan gələn, lakin zaman keçdikcə əfsanələrə qarışan insanlardır: ağrının içində Vətənlə bütövləşən analar, şəhid qardaşının, sevgilisinin yolunu davam etdirən qızlar, ocağın odunu sönməyə qoymayan, külü yelləyib altındakı qoru alovlandıran qadınlar.

“Ağ atlı qız” hekayəsi sənədli-sübutlu dəqiqliklə yazılsa da, dəqiqliyə poetik ruh hopduran mətndir. Burada müəllif oxucunu hadisələrin arxasınca aparmır, ruhun dərinliyinə qovuşdurur. Hekayənin qəhrəmanı – ön cəbhənin əsgəri Nərmin həm şəfqətin, həm də insan iradəsinin təcəssümüdür. Müəllif onun içindəki qadın zərifliyini və qorxunu yenən, qorxudan yüksəyə qalxan mərdliyi oxucunun gözləri önünə gətirir.

Nərminin başına gələnlər əslində qadın ruhunun sükunətdən döyüşə, mərhəmətdən müqavimətə keçidinin hekayəsidir. Qardaşının şəhid olması ilə onun içindəki dünyanın iqlimi dəyişir, qardaş itkisinin ağrısı çağırışa çevrilir, onu döyüşə aparır. Amma bu hər kəsin içində baş qaldıra biləcək qisasın çağırışı deyil, vicdanın harayıdır. Hər döyüş səhnəsində, hər yaralının qanı içində o həm düşmənlə, həm də taleyin amansızlığı ilə vuruşur...

Hekayədəki ağ at obrazı həm təmizlik, həm azadlıq, həm də müqəddəslik simvoludur. Ağ köhlən belində döyüşə gedən qız oxucu ilə nağıllarımızdakı qəhrəmanlıq ruhu arasında körpü salır. Zemfira Məhərrəmli sanki “Ağ atlı oğlan” nağılını yenidən yazır: darda qalan insanın dadında çatan igidi, igidliyi qadın simasında, şəfqət və mərdliyin birləşdiyi varlıqda göstərir. Beləliklə, “Ağ atlı qız” torpağın dərdini daşıyan yaddaş abidəsinə çevrilir. Hekayənin sonundakı səhnə - baş həkimin “sizin ağ atlı qızınız yaşayacaq” cümləsi həm təsəlli, həm də dua kimi səslənir. Nərmin döyüşdən sağ çıxır, lakin içindəki döyüş səngimir.

“Rəhilə və Həsən Qorxmaz əfsanəsi” hekayəsi isə sənədli faktların dilində yazılmış sevgi və qəhrəmanlıq poemasıdır. Bu hekayədə həyatla ölüm, sevgi ilə Vətən, qadınlıqla döyüşçülük bir-birindən ayrılmır. Onlar bir yerdə: eyni səngərdə, eyni torpağın nəfəsində, eyni iqlimin havasındadır. Zemfira xanımın sənədli hekayələri içində bu əsər əfsanəyə çevrilmiş reallığın hekayəsi kimi maraq doğurur. Burada hadisələr yaddaşın dərinliyindən səslənən xalq əfsanəsi kimi təqdim olunur. İlk cümlə – “Biri varıydı, biri yoxuydu” oxucunu yaddaşı ilə yaşıd olan nağıl dünyasının sehrinə salır.

Müharibə deyəndə ilk növbədə təsəvvürümüzə ölümlə üz-üzə olan, öldürən, ölən kişi dünyası gəlir. Rəhilə isə müharibənin kişi dünyasında öz qadın kimliyini itirmədən qəhrəmanlaşan bir insandır. Rəhiləni müharibəyə getməyə heç kim məcbur etməyib, bu addımı atmaqla o, vicdanın çağırışını yerinə yetirib. Müəllifin təqdimatında bizim müasirimiz olan Rəhilə qəhrəmanlığın rəmzinə çevrilir: Qubadlı döyüşlərində vuruşan bu gənc qadın Azərbaycan qadınının ümumiləşdirilmiş rəmzi – Ana Torpağın qızı, Qarabağ namusunun qoruyucusu kimi yüksəlir.

Rəhilə ilə Həsənin sevgisi bu hekayədə insanın insana deyil, vətəndaşın Vətənə, doğma torpağa sevgisinin ifadəsi kimi təqdim olunur. Onların səngərdə doğulan, odun, alovun içində bişib bərkiyən sevgisi şəhidliklə tamamlanır. Bu, hekayəyə sonsuz bir dərinlik qazandırır, sanki torpaq bu iki gənci öz qoynuna sevgililər kimi deyil, müqəddəs əhd-peymana sədaqətin daşıyıcıları kimi alır.

Zemfira Məhərrəmli bu hekayədə oxucunun duyğuları ilə oynamır, şəhidliyin ucalığını göstərir. Həsənin döyüşçü dostunun xatirəsinə “Qorxmaz” adını götürməsi, Rəhilənin isə onun təxəllüsünü öz adına əlavə etməsi (“Rəhilə Qorxmaz”) qəhrəmanlığın əfsanələşməsini təmin edir. Burada adla insanın taleyi birləşir, ad ölümün içində ölümsüzlüyə çevrilir.

Əsərin dili səmimi və təbiidir. Müəllif çox zaman xalq danışığının ritmini qoruyur, hadisələri qəhrəmanların ruhuna uyğun təqdim edir. Bu, əsərin sənədlilik əsasına bədii nəfəs verir. Zaman-zaman sanki müəllif deyil, öz övladlarını döyüşə yola salan, sonra da əfsanə kimi geri qaytaran xalq danışır. Hekayənin sonunda Rəhilənin ölüm səhnəsi faciə deyil, yüksəlişdir. Müəllif onun şəhidliyini sonluq kimi deyil, başlanğıc kimi təqdim edir. Həsənlə birləşən ruhlar artıq “Rəhilə və Həsən Qorxmaz əfsanəsi” kimi xalq yaddaşında yaşayır.

Bu hekayə müharibənin yalnız məğlubiyyət və ya qələbə ölçüsü ilə deyil, insanın mənəvi ölçüsü ilə dəyərləndirildiyi mətnlərdəndir. Rəhilə və Həsənin obrazında biz sadəcə iki gənci deyil, xalqın məğlubiyyətlə barışmamaq ruhunu, Vətən sevgisinin ölməzliyini görürük. Onlar torpağın altında deyil, torpağın üstündə yaşayan sözün qəhrəmanları kimi yadda qalır.

“Əbədiyyət nəğməsi”ndə obraz və üslub bir-birini tamamlayır: burada həm bir qadının qəhrəmanlıq portreti çəkilir, həm də bu portretin xalq yaddaşında necə əfsanələşdiyi göstərilir. Mətndəki ünvanlı müraciət – “Amma sən bu nəğməni heç vaxt eşitməyəcəksən, Qaratel!” oxucunu şəhidin ruhu ilə birbaşa söhbətə, həsrət və nigaranlıq dolu dialoqa çəkir.

Mətnin düzümündə nəğmə, nağıl və sənəd bir-birini tamamlayır. Qaratelin üçrəngli bayrağı tikməsi, mitinqdə dalğalandırması və həmin bayrağın anaya təhvil verilməsi konkret xatirələr olmaqla yanaşı, həm də dərin rəmzi məna daşıyır. Burada bayraq fərdi qəhrəmanlığı və milli oyanışı ifadə edir.

Qaratelin obrazında gündəlik həyatdan doğan cəsarət insani ölçülərdən yüksəyə qalxır.  Müəllif onun “avtomat qundağının zərbəsini daddığı” anı xüsusi vurğulayır, bu, qadınlıq ilə döyüşçülük arasındakı sərhədlərin pozulmasıdır. Müəllif göstərir ki, qəhrəmanlıq şüurlu seçimdir, vicdanın və mərdliyin nəticəsidir. Qaratelin “Döyüş zamanı yalnız qorxaqlar ölüm barədə düşünürlər” sözləri onun mənəvi dünyasına işıq salır: onun üçün ölüm qorxunun deyil, Vətən yolundakı müqəddəs borcun kölgəsindədir.

14 iyun 1992-ci il epizodu mətnin dramatik zirvəsidir. Qumbaraatanı götürüb komandirə çatdırması, səngərdən çıxaraq düşmənə qarşı atılması ilə o həm döyüşçü vəzifəsini yerinə yetirir, həm də qəhrəmanlıq nümunəsi yaradır. Avtomat şaqqıltısı, qışqırıq, gözlərin qaralması, uzaqdan eşidilən nəğmə ilə müşayiət olunan səhnənin təsviri oxucuda çoxqatlı təəssürat yaradır. Ölümün gəlişi uşaqlıq çağından gələn nəğmə ilə əlaqələndirilir; son səhnədə sanki qəhrəmanın uşaqlıqdan yaddaşı ilə yoldaşlıq edən səs, həyat nəğməsi zilə yüksəlir.

Qaratelin adı, qəhrəmanlıq hekayələri, mitinqlərdə tutduğu bayraq və sonradan ona qoyulan büst fərdi taleyinin mərhələ-mərhələ milli rəmzə çevrilməsidir. Abidə önündə dayananların “tunc abidədən nəğmə dinləməsi” ilə müəllif onu demək istəyir ki, qəhrəmana qoyulan abidə adi yadigar deyil, xalqı hərəkətə çağıran, ona öz keçmişini xatırladan mətndir.

“Əbədiyyət nəğməsi”ndəki Qaratel tək bir insanın obrazı deyil. O bu gün gözlərimizdə bir qəhrəmanlıq nümunəsi və milli yaddaşın abidəsi kimi ucalır. Zemfira Məhərrəmlinin bu yazısı şəhidlik ilə yaddaşı bir araya gətirərək oxucuda həm dərin kədər, həm də daim eşidilən bir çağırış duyğusu yaradır.

Müəllifin bütün əsərlərinin dili sadədir və bu sadəlikdə təcrübə ilə ağrıdan süzülmüş bir həzinlik var. Hər cümlədən gerçək bir xatirənin nəfəsi duyulur. Oxucu gərgin hadisələrə aludə olmur, xatirənin nəfəsini hiss edir. Oxucunun gözü qarşısında mərmi partlayışının arasında uşaq həsrəti, kazarma sükutunda ananın göz yaşı, hospital işığında həyatla ölüm arasındakı məsafənin bir addım olduğu canlanır.

Zemfira Məhərrəmlinin müharibə qəhrəmanı həm yaşayır, həm yaşadır; həm ağrını daşıyır, həm də onu sözə çevirir. Bu əsərlər müharibənin qadın ruhunda buraxdığı izlərin od-alov içində doğulan, qanla yazılan, sevgi ilə yoğrulan poetik salnaməsidir...

Arzu NEHRƏMLİ,

Şair, yazıçı, tarix üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 Dekabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see237

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see235

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see229

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see217

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see214

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see211

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see211

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see210

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see209

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see209

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see207

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see207

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see207

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see201

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see201

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see185

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see182

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see181

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see180

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri