Icma.az
close
up
RU
Səlibçi təfəkkürün çağdaş qəlibi

Səlibçi təfəkkürün çağdaş qəlibi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Parisin “binokl diplomatiyası” dirijorluğu neomüstəmləkəçiliyin davamıdır

Azərbaycan və Ermənistan liderlərinin 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişi paraflamalarına, ötən müddət ərzində şərti sərhəddə silahların susmasına, əsgərlərin kazarmalara qayıtmalarına, münasibətlərin nizama salınması yolunda müəyyən addımların atılmasına, bir sözlə, iki ölkənin, faktiki olaraq, 9 aydan çoxdur ki, sülh şəraitində yaşamasına baxmayaraq, bəzi dairələr hələ də, necə deyərlər, köhnə bayatıları oxumağa çalışırlar. Fransa Prezidenti Emmanuel Makron yenə belə dairələrin önündə getməyə uğursuz cəhdlər edir.

Mayın 4-də Makron Ermənistanda dövlət səfərində “Avropa Siyasi Birliyi”nin VIII sammitində iştirak etdi. Həmin gün axşam onun şərəfinə verilmiş rəsmi ziyafət zamanı Makronun səsləndirdiyi fikirlər araqarışdırıcı xislətinə sadiq qaldığını göstərdi. Söhbət Makronun 2022-ci il oktyabrın 6-da Praqada keçirilmiş dördtərəfli görüşlə bağlı söylədiyi fikirlərdən gedir. O, ziyafətdə bunları demişdi: “Mən həmin gecədən heç nəyi unutmadım. Müharibənin başlanmasından cəmi 2 il keçmişdi. Vəziyyət son dərəcə qeyri-sabit idi və siz (Paşinyanı nəzərdə tutur–S.H.) ölkəniz üçün qərar qəbul edərkən böyük cəsarət nümayiş etdirdiniz. Amma bir sadə məqamı vurğulamaq istəyirəm. İlk növbədə, Fransa belə məqamlarda öz borcunu yerinə yetirib. Doğrudur, Avropada və başqa yerlərdə çoxları bizim Ermənistanı niyə qeyd-şərtsiz dəstəklədiyimizi anlamırdı. Əgər biz o zaman sizin yanınızda olmuşduqsa, bunun səbəbi həmin mövqenin ədalətli olması idi. Tarix boyu sizin ölkənizin və xalqınızın apardığı mübarizə həmişə ədalətli mübarizə olub – soyqırımına qarşı, işğallara qarşı və o çətin dövrdə ərazi bütövlüyünüzə və suverenliyinizə yönəlmiş təhdidlərə qarşı. Bizim sülh anlayışımız məhz beynəlxalq hüququn müdafiə olunduğu belə ədalətli mübarizələrin yanında olmaqdan ibarətdir...”.

Makron Fransanın “Ermənistanın aparmış olduğu ədalətli mübarizə”ni (?) müdafiə etdiyini qeyd etmiş, daha sonra “sənə hücum edilən bir vaxtda sülh istəmək böyük cəsarət tələb edir” kimi reallığa heç cür uyğun gəlməyən, əsassız cümlələr işlətmişdi. Gətirdiyimiz bu iqtibasdan göründüyü kimi, Makron uzun müddət oynadığı Ermənistanın siyasi mövqeyinin açıq müdafiəçisi rolunu davam etdirir. Onun çıxışında işlədilən “ədalətli mübarizə”, “sizə hücum ediləndə”, “Fransa sizin yanınızda idi” kimi ifadələr diplomatik balansdan uzaq olmaqla yanaşı, regionda onsuz da həssas olan sülh prosesinə ciddi zərbə vurur. Çünki BMT Təhlükəsizlik Şurasının daimi üzvü, veto hüququna malik dövlətin başçısının tərəflərdən birini açıq şəkildə “haqlı”, digərini isə dolayı formada “təcavüzkar” kimi təqdim etməsi danışıqlar mühitində etimadı sarsıdır və qarşıdurma ritorikasını gücləndirir. Makronun yanaşması xüsusilə ona görə təhlükəlidir ki, o, Cənubi Qafqazdakı mürəkkəb reallığı birtərəfli siyasi narrativlə əvəz etməyə çalışır. Halbuki bölgədə davamlı sülh yalnız beynəlxalq hüquqa, qarşılıqlı suverenliyə və balanslı diplomatiyaya əsaslana bilər. Fransa Prezidentinin emosional və qərəzli çıxışları Ermənistan daxilində revanşist dairələrin ruhlandırılmasına xidmət etdiyi də diqqətdən yayınmamalıdır.

***

Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşdə belə düşüncədə olan qüvvələrə tutarlı cavablar verdi. Dövlətimizin başçısı yüksək siyasi mədəniyyət nümayiş etdirərək ad çəkməsə də, hər kəs onun kimi, kimləri nəzərdə tutduğunu dərhal anladı. Prezident bildirdi ki, bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik: “Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi”.

Dövlətimizin başçısının toxunduğu digər məsələ özü mülki adlansa da, yarımhərbi struktur olan Avropa İttifaqının Mülki Missiyasının bu gün də Azərbaycan–Ermənistan sərhədində keşik çəkmələri ilə bağlı oldu. Prezident onları haqlı olaraq dırnaqarası müşahidəçilər adlandıraraq dedi: “Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu “aqressiv, təcavüzkar Azərbaycan” Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.

Sülhün bərqərar olmasına baxmayaraq, hələ də Ermənistan ərazisində fəaliyyət göstərən avropalı müşahidəçilərin təhlükəsizlik təşəbbüsündən çox siyasi alət olduqları gün kimi aydındır. Xüsusilə Fransanın bu missiyanın əsas himayədarı kimi çıxış etməsi onun mahiyyəti ilə bağlı sualları artırır. Bu struktur praktikada regionda birtərəfli yanaşmanın elementinə çevrilib. Azərbaycanda təsadüfi deyil ki, buna uzun zamandır “binokl diplomatiyası” deyilir – sərhədə yaxınlaşıb müşahidə aparmaq adı altında siyasi mesaj vermək, informasiya toplamaq və Ermənistanda anti-Azərbaycan ovqatını qidalandırmaq cəhdləri açıq hiss olunur.

Makron administrasiyasının son illər nümayiş etdirdiyi xətt bu missiyanın neytrallığına inamı daha da zəiflədir. Rəsmi Paris bir tərəfdən özünü Bakı ilə münasibətləri qaydaya salmağa cəhd edən tərəf kimi göstərir, digər tərəfdən isə Ermənistanı “ədalətli tərəf”, bizi isə dolayı formada təhdid mənbəyi kimi təqdim edən ritorikadan istifadə edir. Bu yanaşma klassik səlibçi təfəkkürünün müasir siyasi forması təsiri bağışlayır: region xalqlarına bərabər tərəf kimi deyil, geosiyasi layihələrin obyekti kimi baxmaq cəhdi. Paralel olaraq Fransa Afrikada zəifləyən təsir imkanlarını kompensasiya etmək üçün Cənubi Qafqazda fəallaşmağa çalışır ki, bu da neomüstəmləkəçi siyasi davranış elementləri ilə müşayiət olunur.

Ən təhlükəli məqam isə budur ki, belə xarici dəstək Ermənistan daxilində revanşist qüvvələri ruhlandıra bilər. Əgər gələcəkdə hakimiyyətə daha radikal və avantürist dairələr gələrsə, sərhəddə yeni təxribatlar və ölkəmizə qarşı ərazi iddiaları istisna deyil. Azərbaycan isə dəfələrlə birmənalı şəkildə nümayiş etdirib ki, öz təhlükəsizliyi və suverenliyi məsələsində passiv mövqe tutmayacaq. Ölkəmizə qarşı real təhdid yaranarsa, Bakı beynəlxalq hüquqa əsaslanan zəruri və önləyici addımlar atmaq iradəsinə və imkanına malikdir. Regionda davamlı sabitlik isə yalnız qərəzsiz yanaşma və qarşılıqlı məsuliyyət şəraitində mümkündür.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2026 04:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri