Icma.az
close
up
RU
Müqəddəs TaxtTacın katibi Bakıda qəbul keçirdi KONKRET

Müqəddəs TaxtTacın katibi Bakıda qəbul keçirdi KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycanda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager tərəfindən təqdis edilməsi münasibətilə dekabrın 14-də Bakıda qəbul keçirilib.

KONKRET.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, dostluq və sıx əməkdaşlığa əsaslanan Azərbaycan-Müqəddəs Taxt Tac əlaqələri müsbət məcrada inkişaf edir. O, 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin və 2005-ci ildən etibarən Prezident İlham Əliyevin Vatikana, 2002-ci ildə Roma Papası II İoann Pavelin, 2016-cı ildə isə Roma Papası Fransiskin Azərbaycana səfərlərini xatırladıb, bu səfərlərin iki ölkə arasındakı əlaqələrin indiki səviyyəyə yüksəlməsinə böyük təkan verdiyini vurğulayıb.

“Biz mədəniyyətlərarası və dinlərarası dialoq dəyərlərinin qorunması istiqamətində fəal, səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk. Azərbaycanda müxtəlif dinlərə və inanclara malik insanlar əsrlər boyu mehriban, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Heydər Əliyev Fondunun Vatikanın tarixi yerlərinin bərpasında iştirakı əməkdaşlığımızı daha da inkişaf etdirir və qlobal mədəni irsin qorunub saxlanmasına, mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir”, – deyə nazir müavini bildirib.

Sonra çıxış edən Paul Riçard Qallager Bakıda katolik kilsəsinin tikintisi üçün ərazi ayırdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib.

“Mən, həmçinin Bakının mərkəzində bu kilsənin tikintisi mümkün olduğu üçün xeyirxah insanlara təşəkkür edirəm. 2002-ci ildə bu gözəl ölkəyə səfər edən Papa II İoann Pavelin şərəfinə tikiləcək kilsə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında möhkəm dostluğun əbədi rəmzi olacaq”, – deyə o, vurğulayıb.

Tədbirin həm də Azərbaycanın zəngin dini və mədəni müxtəlifliyini ifadə etdiyini bildirən Paul Qallager deyib: “Məmnunuq ki, dərin multikulturalizm ənənələrinə sadiq ölkə kimi Azərbaycan bütün dinlərlə, o cümlədən Katolik Kilsəsi ilə dialoqa açıqdır. Müqəddəs Taxt-Tac Azərbaycanla əlaqələrin və xüsusilə ədalət və sülh kimi mənəvi dəyərlərinin təbliğində əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsinə sadiqdir”.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Dekabr 2024 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri