Murad Əhmədiyev Çində kəmər qazandı
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Çinin Sian şəhərində güləş üzrə beynəlxalq turnir keçirilib.
"Football-plus.az" xəbər verir ki, “Kəmər və yol” adlanan yarışda ölkəmizi yunan-Roma güləşi üzrə millinin 3 üzvü təmsil edib.
10-a yaxın ölkənin təmsil olunduğu turnirdə U-20 milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Davud Məmmədov (77 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparıb. U-23 Avropa çempionu Murad Əhmədiyev bütün rəqiblərinə qalib gələrək, kəmərə sahib çıxıb.
Komandamız Çində təlim-məşq toplanışı da keçəcək. Bu məqsədlə güləşçilərimiz bu gün Uhan şəhərinə yollanıb. İki həftə davam edəcək hazırlıq prosesində adı çəkilən güləşçilərlə yanaşı, Hüseyn Savadov (55 kq), Vədat Qasımlı (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Kamran Rəcəbli, Sadiq Məsimli (hər ikisi 72 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq) və Arif Niftullayev (97 kq) iştirak edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 13 Noyabr 2024 00:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















