Murad Əliyevi İstanbulda niyə döydülər? Video
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransanı təmsil edən Azərbaycan əsilli boksçu Murad Əliyevlə türkiyəli rəqibi Umud Çamkıran arasında döyüş sonda ciddi insidentlə nəticələnib.
Axar.az xəbər verir ki, İstanbuldakı “Ülkər Arena”da 7 noyabrda “WBC Silver” çempionluq kəməri uğrunda gedən mübarizə Murad Əliyevin qələbəsi ilə başa çatıb. Bundan sonra Murad Əliyev azarkeşlərə paçasını göstərən bir hərəkət edib. Bu hərəkəti təhqir kimi başa düşən azarkeşlər boksçuya kütləvi hücum ediblər, ona stul, butulka atıblar, yumruq vurublar və s. Murad Əliyev mühafizəçilərin müşayiəti ilə çətinliklə zaldan çıxa bilib.
Murad Əliyev kimdir?
Murad Əliyev 31 iyul 1995-ci ildə Moskvada anadan olub. 6 yaşından Fransada yaşayır və bütün yarışlarda da Fransa adından (“Mourad Aliev” kimi) çıxış edir. Onun atası bərdəli, anası ağdamlıdır.
2019-cu ildə Fransa yığmasının heyətində Minskdə keçirilmiş II Avropa Oyunlarında gümüş medal qazanıb. Hazırda 91+ kq çəkidə rinqə çıxır.
Murad Əliyev doğrudanmı azarkeşləri təhqir edib?
Bəzi iddialara görə, Murad Əliyev qələbə qazandıqdan sonra azarkeşlər içərisindən ona qarşı ağır söyüşlər səsləndirilib və o da qarşılıq verib. Ancaq Murad Əliyev özü mediaya açıqlamasında Umud Çamkıranın onun qasıq nahiyəsinə və ənsəsinə zərbə endirdiyini və bunun qaydalara zidd olduğunu azarkeşlərə izah etməyə çalışdığını deyib. Onun sözlərinə görə, azarkeşlər onu yanlış anlayıblar.
Bəziləri isə əslində məğlubiyyəti qəbul etməməsi səbəbindən azarkeşlərin və Umud Çamkıranın M.Əliyevin bu hərəkətindən fürsət kimi istifadə etdiyini iddia edirlər.
Umud Çamkıran kimdir?
21 fevral 1989-cu ildə Almaniyada anadan olub, sonra Türkiyəyə köçüb və hazırda da Türkiyə adına çıxış edir. Özü Tuncelidən, kürd-ələvi ailəsindən olduğunu bildirir. Kürd olmasını vurğulamaqla bərabər, türk kimliyi və Türkiyə adını qürurla təmsil etdiyini də deyir. 124 kq çəkidə döyüşüb.
2015-ci il mayın 8-də Aleksandr Kal ilə keçirdiyi döyüşün nəticəsində UBF Avropa Çempionatının ağır çəki üzrə Qızıl kəmərini, 2017-ci il dekabrın 23-də Goran Deliç ilə döyüşün nəticəsində əldə etdiyi WBC Aralıq dənizi Çempionatının ağır çəki üzrə Qızıl kəməri və 2019-cu il aprelin 19-da Arnold Qyergjay ilə görüşünün nəticəsində EBU EE Çempionatının ağır çəki üzrə Qızıl kəmərini qazanıb.
M.Əliyevlə keçirdiyi döyüş 26-cı idi.
Umud Çamkıran İstanbulda Murad Əliyevə məğlub olmasını qəbul etməyib?
Oyundan öncəki açıqlamalar
7 noyabrda İstanbulda baş tutan qarşılaşmada Umud Çamkıranın zəif çıxış etməsi və rəqibinə zərbə endirə bilməməsini oyunu canlı izləyən türkiyəlilər də şərhlərlə çəkib paylaşırdılar və hazırda həmin görüntülər sosial şəbəkələrdə var.
Amma Umud Çamkıranın özü oyundan öncəki açıqlamasında Murad Əliyevə necə hörmət etdiyini açıq şəkildə nümayiş etdirir.
“Qardaşımız gəlsin, döyüşəcəyik, kim daha yaxşıdırsa, kəməri evə aparacaq”, - deyir, Murad Əliyevdən sayğı ilə danışır.
Onun Murad Əliyevin qələbəsini həzm etməməsi və bəhanə axtarması məntiqli görünmür.
Bəs, Murad Əliyev həqiqəti deyir, yoxsa malalayır?
Murad Əliyevin açıqlama verərək, azarkeşlərin onu yanlış anladığını deməsi bəziləri tərəfindən “U dönüşü”, böyük səhv etdiyini anlaması və vəziyyətdən çıxmağa çalışması kimi yozulur.
Ancaq hətta rinqdə belə Murad Əliyevin bəzi jestləri onun insidentdən sonrakı açıqlamasında səmimi olduğu təəssüratını yaradır. Belə ki, Murad Əliyev o pis anlaşılan jesti edərkən aqressiv görünmür, hətta gülür və doğrudan da nəyisə izah etməyə çalışdığını ehtimal etmək mümkündür, nəinki kimisə təhqir etdiyini. Digər tərəfdən, bu jestdən sonra o, Umud Çamkıranı səmimi şəkildə qucaqlamağa çalışır, Çamkıranın ona zərbə ata biləcəyini gözləmir və bu zərbədən təəccüblənir.
Üstəlik, Fransanı təmsil etməsinə baxmayaraq, M.Əliyevin komandasının Azərbaycan və Türkiyə bayraqlarını daşıdığı görünür.
Bu görüntülər M.Əliyevin verdiyi açıqlamada səmimi olduğu və həqiqəti dediyi təəssüratını yaradır.
Nəticə
Çox təəssüf ki, hazırda sosial şəbəkələrdə indi də bu görüntülər Azərbaycanla Türkiyə arasında növbəti “mübahisə predmeti” kimi istifadə edilməkdədir.
Bəhanə axtaranlar hər zaman onu tapacaqlar, çünki bir hadisəni istənilən cür yozmaq və təqdim etmək mümkündür; bir nəfərin yanlışı da ola bilər və yaxud həqiqətən yanlış anlaşıla da bilər, bunu dərhal türk və azərbaycanlılar arasındakı münasibətlərə “ümumiləşdirmək” isə qəbuledilməzdir.
Sadəcə anlamaq lazımdır ki, içimizdəki düşmənlər - xüsusilə Türkiyədə, türk ad-soyadı daşıyan, amma türkə nifrət edən və Türkiyədə böyük dövlətlərin maşası rolunda çıxış edənlər - heç vaxt dayanmayacaq.
Çünki düşmən yatmır!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 09 Noyabr 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















