Icma.az
close
up
RU
“Murad, uşaqlayam, ölürəm...” Narkotik istifadəçiləri arasındakı yazışmalar SENSASİON TƏFƏRRÜAT

“Murad, uşaqlayam, ölürəm...” Narkotik istifadəçiləri arasındakı yazışmalar SENSASİON TƏFƏRRÜAT

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Lənkəranda külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham edilən şəxsin cinayət işinin təfərrüatları məlum olub. O, narkotik satışı ilə məşğul olmadığını deyib. Amma telefon danışıqları zamanı müştərilərlə yazışması aşkar edilib.

Pravda.az Musavat.com xəbər verir ki, söhbət 1987-ci il təvəllüdlü Muradın cinayət işindən gedir.

Daha əvvəl narkotik istifadəsinə görə azadlıqdan məhrum edilən Murada bu dəfə Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, Murad Lənkəran şəhəri, “Böyük Bazar” ərazisində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə 2,15 qram heroin və 01 0,354 qram metamfetamin əldə edib.

Murad ittihamla razılaşmayıb. Deyib ki, narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmayıb.

İstintaqla müəyyən edilib ki, ondan narkotik vasitə alan şəxslərdən biri tanışı Rauf olub. Murad narkotik satmadığını desə də, Raufun ona yazdığı mesajlar bunun əksini göstərib. Cinayət işi materiallarında Rauf və Elvin adlı şəxslərin narkotik vasitə almaq üçün Murada müraciət etdikləri müəyyən edilib. Narkotik vasitəni öz aralarında “pəncərə” adlandırdıqları da məlum olub.

Rauf və Elvin Murada aşağıdakı məzmunda mesajlar yazıblar:

- “Qaqaş, kristal götürmək olarsa, gəlim ora”

- “Mur, mənəm Elvin. 5 manat pəncərə istəyirəm. Kola var məndə”

- “Brat, Emişdi. Ağrıdayam. 20 manat var. Mənə cavab ver də”

- “Ay Murad, gör nə deyirəm. Sənin əlin nəyəsə çatır? Ölürəm. Mənim pulum gəlməyib hələ. Mümkünsə nəsə edərdik. Gələn kimi atardım karta. Uşaqlayam, ölürəm daha, Ay Murad”

- “Salam, qardaşım. Necəsən? Bilirəm, sən mənə belə şey verməzsən. Özüm ölüm 80 faizi limon duzuydu. Onu kimdən götürmüşdünsə, sözünü diyərsən ona”

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Muradı törətdiyi əməldə təqsirli bilib. Onun barəsində 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Fevral 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri