Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Murov dağının Fateh komandiri

Murov dağının Fateh komandiri

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür

“Qartal həmişə dağ başında olar” deyərək, haqqın ən uca zirvəsinə yüksələn "Canavar" təxəllüslü, ata-ananın tək oğlu, 3 bacının yeganə qardaşı olan Abdullayev Rəşad Arif oğlu 14 sentyabr 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 1995-2003-cü illərdə Göytəpə şəhər 1 saylı tam orta məktəbində təhsil alan şəhidimiz 2003-2006-cı illərdə təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. 2006-cı ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq, 2010-cu ildə həmin məktəbi “Motoatıcı” ixtisası üzrə bitirib. Məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmrilə leytenant hərbi rütbəsi alıb. Daha sonra Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursuna dinləyici olaraq göndərilib, burada da təhsilini tamamladıqdan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin əmrilə 24.06.2010-cu il tarixindən 12.12.2011-ci ilədək Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Tank əleyhinə Tağım Komandiri vəzifəsində xidmət edib.

2011-ci ilin dekabrında XTQ kursu keçmək üçün ezam olunub, kursu bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 08 iyul 2012-ci tarixli əmrilə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin olunub. Müharibə başlayanda vəzifəsi “N” saylı hərbi hissədə komandir müavini, kapitan qərərgah rəisi, tabor komandiri idi. Kapitan Abdullayevə xüsusi şücaətinə görə vaxtından tez 2 rütbə artıq təqdim ediləndə isə bundan imtina etmişdi.

Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun özü kimi məğrur həyat yoldaşı Gülnar xanım deyir: Rəşadla 2012-ci ilin sentyabrında tanış olmuşduq. 15-i məni görüb, 16-sı tanış olmağa gəlmişdi. Elə o vaxtdan “səni bir gün də olsun buraxmayacağam” dedi. Əvvəl Rəşadı istəməmişəm, amma sevgisi məni ona bağlayıb. Rəşadı yaxından tanıyanda isə başa düşdüm ki, vazkeçilməz insandır.

Yaş yarımlıqdan atamın üzünü belə görmədən itirmişəm, nə bacım var, nə də qardaşım. Rəşadla tanış olanda bunların hamısını bilirdi. Mənə dedi ki, “bundan sonra sənin atan da, qardaşın da, bacın da mənəm”. Elə də oldu. Həqiqətən də təsəvvür etməzdim ki, sözünün üstündə duracaq. Mənimlə balaca bir uşaq kimi davranırdı Rəşad. 2013-cü ilin sentyabrın 8-i ailə qurmuşuq. O gündən atanın necə olduğunu bilmişəm. Rəşadda gördüm bir ata evə gələndə uşağı sevindirmək üçün əlində nəisə gətirər. Övladımız olmamışdan atalığın necə olduğunu göstərdi mənə. Birinci qız övladımız olub. Qızına çox bağlı idi Rəşad. Qızımız nə istəsəydi, onu hər zaman, gecə də olsa, edərdi. 2-ci övladımız oğlan olub. Atası ilə bir-birinə çox bağlı idilər. Oğlum hələ də atasının yolunu gözləyir. Amma qızımız bildirməsə də, hər şeyi başa düşür.

Sentyabrın 26-sı Rəşad gedəndə demişdi ki, “1 həftəyə sağ-salamat qayıdacağam, bir arzum var, gəlim, onu edəcəyik”. Rəşad gedəndə uşaqlar yatmışdılar, o qədər onların boyunlarından, əllərindən öpdü ki... elə bil, hiss etmişdi ki, geri dönməyəcək. Telefonla danışanda da “ermənilər bizim üçün heç nədir, narahat olma, mənə heç nə olmayacaq. Uşaqlar nə istəsələr al, puldan narahat olma, əsas uşaqların ürəyincə olsun, darıxmasınlar mənim üçün”,- demişdi.

İnana bilməzdim ki, Rəşad şəhid olacaq. Çünki aprel döyüşlərində 4 gün mühasirədə qalıb, ermənilərə qan udduran oğul idi. Həmişə ən böyük qorxum onu itirmək olub. Bir gün uşaqlarımız mənim kimi tək qalar deyə çox qorxmuşam. Çünki biz həmişə hərbçi həyatı yaşayırdıq, bilirdi ki, hər an ölümlə üz-üzədir. Hər təlimə gedəndə adsız zəngləri qorxa-qorxa açmışam ki, nəisə eşidəcəyəm və dünyam dağılacaq. Hətta Şəhadətə çatmamış yaralı olanda döyüş yoldaşına deyib ki, uşaqlarımı yetim qoymaq istəməzdim. Amma Vətəninə çox bağlı idi Rəşad.

"Vətən" deyəndə ağzında dili quruyardı, həddindən artıq çox sevirdi Vətənini. Elə ona görə də canını Vətəninə fəda etdi. Rəşadın şəhadəti xəbəri gələndə təsəvvür edə bilməzsiniz ki, dünyam necə dağıldı. Həyat söndü mənim üçün. Düzdür, yaşayıram, nəfəs alıram, amma buna onun əmanətlərinə görə məcburam. Şəhid xanımı olmaq çətin, amma qürurludur.

Rəşad sağkən də Onunla həmişə qürur duyurdum, ölümü də qürurlu oldu. Rəşad kimi bir oğulun adı ölümə layiq ola bilməzdi. Ancaq şərəfli ölümə layiq olardı O. Elə oldu da. Rəşad deyirdi ki, “Gülnar, bəlkə getdiyim yerdə öləcəyəm. Onda deyəcəklər ki, Rəşad öldü. Amma Şəhid olmaq şərəfdir”. Həmişə sözü bu idi: “Şərəfli yaşa, şərəfli öl”.

Oğlumuz Məmmədağanı özü kimi kəşfiyyatçı və yaxud hərbi həkim, qızımız Rüqəyyanı isə hərbçi, ya da həkim kimi görmək istəyirdi. Övladları ilə bağlı o qədər azuları, istəkləri vardı ki. Təəssüf, qismət olmadı.

Ailəsinə, sevdiklərinə, qohumlarına çox bağlı idi Rəşad. Mehriban, gülərüz, xeyirxah, mərd, zəhmətkeş, işini, peşəsini sevən, Vətəni uğrunda canını verən Azərbaycanın qeyrətli, igid oğlu idi. 27 sentyabr 2020-ci il Murov dağına öz hərbi dəstəsi ilə ilk ayaq basan, ən öndə gedərək 34 erməni postunu alan, Murova Azərbaycan bayrağını birinci sancan, düşmənlə üzbəüz vuruşub sinəsindən yaralanan, 20 saat yaralı qalmasına  baxmayaraq, zabitlərindən ayrılmayan, yaralı-yaralı ayağa qalxıb onlara yol göstərən, zabit yoldaşlarına əziyyət verməmək üçün Onu daşımalarına razı olmayıb, irəli getmələrini əmr edən, neytral zonada yaralı qalaraq, Murov yüksəkliyində Şəhid olan Qəhrəman idi Rəşad Abdullayev.
Ağdərə, Kəlbəcərdə düşməni lərzəyə salan neçə-neçə əməliyyatların iştirakçısı olub. 2020-ci ilin sentyabrın 29-da Kəlbəcər istiqamətində qəhrəmancasına döyüşərək, Şəhadətə qovuşdu”.

Xeyli kəşfiyyat əməliyyatlarında iştirak etmiş Rəşad Abdullayev hər bir tapşırığın öhdəsindən gələrək, böyük nailiyyətlər əldə edib: Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2008-ci il tarixili əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2013-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə, Aprel döyüşlərində iştirak edərək Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2017-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub, 2014-2015-2017-2019-cu illərdə xarici ölkələrdə XTQ kurslarının, o cümlədən Türkiyədə keçirilən “TurAZ Qartalı” paraşut təlimlərinin iştirakçısı olaraq fərqlənmə ilə bitirib.

Yaxın zamanda rütbəsinin yenə də qalxacağı gözlənilirdi. Elə də olur. Ən ali rütbəni 29 sentyabr 2020-ci il Vətən uğrunda ən uca məqama - Şəhidlik zirvəsinə qalxdığı gün aldı Rəşad Abdullayev.

Şəhidimiz Abdullayev Rəşad Arif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhadətindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Müşfiq MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Sentyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri