Icma.az
close
up
RU
Murovdağdan Şuşayadək uzanan döyüş yolu

Murovdağdan Şuşayadək uzanan döyüş yolu

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 29 oktyabr, Nail Əsgərov, AZƏRTAC

Şərur şəhər Şəhidlər xiyabanında gözlərində əbədi təbəssüm donan, arzuları çiçək açan bir igid uyuyur. 44 günün hər birinə imzasını atan igid. Torpağı, Vətəni vüsalına qovuşduran oğul. Toyunu Bakıda deyil, Şuşa dağlarında edən qəhrəman...

AZƏRTAC-ın bölgə müxbiri 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində dünyaya göz açan, Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq nümunəsi göstərən Vüsal Vəliyevin ata ocağında qonaq olub, ailəsi ilə söhbət edib.

Onun 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsindəki döyüş yolunun hər günü bir qəhrəmanlıq hekayəsinə döndü. Uşaqlıqdan yaşadıqları, gördükləri, qəlbində böyütdüyü intiqam hissi idi onu qorxmadan, çəkinmədən irəli aparan. Axı, özü demişdi ki, vaxt gələcək o bədxahlara günlərini göstərəcəyəm. O gün gəlmişdi artıq. Vüsalın illərdir gözlədiyi həmin gün...

Anası Mədinə xanım deyir ki, Vüsal ailədə beş uşağın ortancılı idi. Balacalığından mehriban, gülərüz və sevimli uşaq olub. Ailədə, qohum-qonşu arasında rəğbət qazanmışdı. Heç kəsi incidən, üzən insan deyildi. Razı olmazdı hansısa uşaq onun yanında ağlasın. 1990-cı illərdə - I Qarabağ müharibəsi hələ başlamazdan əvvəl, düşmən Sədərək istiqamətində hücuma keçəndə Vüsalın yaşadığı həyətə də toplar düşür, qəlpələr səpələnirdi: “Həmin qanlı-qadalı günlərdə məhəllədəki bütün azyaşlı uşaqları bizim zirzəmidə gizlədirdik. Bir dəfə top atəşləri bitəndən sonra gördüm ki, Vüsal əsəbindən ağlayır. Balamı qucaqladım, sinəmə sıxdım, başını sığalladım. “Niyə ağladın, niyə belə etdin?” — dedim. Dedi ki, “ana, mən böyüyüb düşməndən bunun heyfini alacağam”. Beləcə, Vüsal uşaqlıqdan intiqam hissi ilə böyüdü”.

Murovdağdan Şuşayadək uzanan döyüş yolu

Şəhid anası bildirir ki, Vüsalın xidməti dövründə hər kəs ondan çox razı idi, bu barədə dəfələrlə təşəkkürnamələr göndərilib, zənglər olunub. Vüsal əsgərlərinə qarşı həmişə qayğıkeş olub, odun doğrayar, su daşıyar, təminatı özü edərdi. 44 günlük Vətən müharibəsində Murovdağın azad olunmasında və həmin istiqamətdə bir sıra strateji yüksəkliklərin geri alınmasında böyük əməyi olan Vüsal iki dəfə yaralansa da geri addım atmayıb, müharibənin sonuna — noyabrın 9-na qədər döyüşüb. Başqa sözlə, Murovdağdan başlayan döyüş yolu Şuşada başa çatıb.

"Müharibə başlayandan 10 gün sonra zəng etmişdi, atası ilə, mənlə, bacı-qardaşları ilə danışdı. Dedi, “ana narahat olmayın, hər şey yaxşıdır. Qələbə ilə, sağ-salamat geri dönəcəyik. Sənin gözlədiyin o toy da lap ürəyimiz istəyən kimi olacaq”. Ancaq olmadı. Noyabrın 9-da şəhid olmağı xəbəri gəldi.

Müharibənin gedişatında atası İslam övladından xəbər gəlmirdi deyə çox təlaşlanırdı. Uşaqlığında keçirdiyi travmalar yenidən yaşanırdı (Vüsalın atası İslam Vəliyev üç günlük olanda atası İkinci Dünya müharibəsində itkin düşmüşdü). Övlad nigarançılığına dözmədi, Vüsalın həsrətilə dünyadan köçdü, övladının şəhid xəbərini də eşitmək qismət olmadı atasına", - deyərək göz yaşlarını silir şəhid anası.

Vətən müharibəsi başlayanda Vüsal nişanlı idi, toya hazırlaşırdı ata-anası. Ancaq həmin toy ona qismət olmadı. Vüsalın toyu, Kəlbəcərdə, Şuşa dağlarında oldu. O uşaqlıqdakı arzusuna çatdı, düşmənə doyunca toy tutdu...

“Bir dəfə sual verdim ki, “övlad toyunun həyətdə olmağını istəyirsən, ya restoranda”. Gülə-gülə dedi ki, “ana, ikisini də istəyirəm”. Dedim, “ana qurban sənə, hər ikisini də edəcəyəm”. Həyətdə mağar düzəltdik, restorana dəvətnamələri də yazdıq. Amma qismət olmadı. Beş ildir ki, Vüsalın ildönümünü xeyir-şər evində, ad gününü isə həyətdə qeyd edirəm. Vüsal məndən iki toy istəmişdi axı? Xeyir-şər evindəki ildönümü onun restoran, həyətdəki ad günü isə onun mağar toyudur”, - deyir Mədinə ana.

“Vüsal məsuliyyətli, istedadlı şagird və igid, qəhrəman oğul kimi xatirəmdə əbədi qalacaq”

Vüsal igidliyi, qəhrəmanlığı ilə ona dərs deyən müəllimlərin yaddaşında əbədi xatirə qoyaraq onların fəxr, qürur yerinə çevrilib. Dizə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi Rüxsarə Vəliyeva üçün onun yeri bir başqadır. O, Vüsalın həm müəllimi, həm də sinif rəhbəri olub. Şagirdi barədə qürurla, ürək dolusu danışır: "Vüsala mən beşinci sinifdən etibarən hərbi liseyə sənəd verənə qədər Azərbaycan dili və ədəbiyyat fənnini tədris etmişəm. Onu üzündəki təbəssümü, səmimiyyəti ilə, müəllimə qarşı hörmətcil, yoldaşlarına xoş rəftarlı bir şagird kimi tanımışam, çox istəmişəm. Vüsal, həm savadlı, həm bilikli, həm də intizamlı idi. Bütün dərslərdə fəal iştirak edir, ictimai işlərdə yaxından köməklik göstərirdi. Bir sözlə, sinif yoldaşları arasında seçilməyi bacarırdı. Vüsal dərslərini yaxşı oxumaqla bərabər, həm də Vətənə xidmət etməyi də qarşısına məqsəd qoydu”.

Vüsal 2002-ci ildə hərbi liseyə qəbul olmaq üçün müraciət etmədən öncə müəllimi Rüxsarə xanımla da məsləhətləşib. Həm sinif rəhbəri olaraq, həm də məktəbdə uzun müddət dərs dediyinə görə Vüsalın xasiyyətnaməsini də o hazırlayıb: "Xasiyətnaməsində onun məsuliyyətli, bilikli, savadlı, istedadlı və səmimi olduğunu qeyd etdim. Vüsala təqdim etdikdə, mənə dedi ki, müəllim mən hərbi sahədə xidmət edə bilərəmmi? Cavab verdim ki, əlbəttə ən yüksək səviyyədə xidmət göstərib, ən çətin tapşırıqları uğurla yerinə yetirəcəksən. Nümunəvi fəaliyyəti ilə ümidlərimizi layiqincə doğrultdu. Mayor rütbəsinə qədər yüksəldi, Vətənin çətin günündə dadına çatdı və döyüş şəraitində canından keçərək şəhidlik zirvəsinə ucaldı. Vüsal mənim xatirəmdə məsuliyyətli, sevimli, istedadlı şagird və qəhrəman, igid oğul kimi qalacaq. Allah rəhmət eləsin!", - deyə Rüxsarə Vəliyeva əlavə edir.

2020-ci il sentyabrın 27-dən bir sıra istiqamətlərdə döyüş tapşırığını yüksək peşəkarlıqla yerinə yetirən, Murovdağda, Murov yüksəkliyinin azad edilməsi əməliyyatında böyük şücaət göstərən Vüsal Vəliyev noyabrın 9-da Üçtərəfli Bəyanatın imzalanmasına saatlar qalmış Şuşa döyüşləri zamanı şəhidlik məqamına ucalıb. Dekabrın 14-də Şərur şəhər Şəhidlər xiyabanında dəfn olunub. Adına doğulduğu kənddə bulaq inşa edilib - “Şəhid Vüsal bulağı”. Vüsal Vəliyevin Vətən qarşısında əvəzsiz xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O sağlığında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medallarına, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalına və “10 il qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medala layiq görülüb.

Vətən müharibəsində şücaət və igidlik nümunəsi göstərdiyinə görə Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Otuz illik həsrətə son qoyan, Vətəni vüsalına qovuşduran Vüsal Vəliyev kimi oğulların qəhrəmanlığı, igidliyi tarixdə əbədi qalacaq...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see283

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see279

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see269

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see267

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see261

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see258

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see253

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see240

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see239

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see237

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see232

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see226

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see224

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see219

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see207

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see205

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see204

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see185

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see183

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri