Icma.az
close
up
RU
Füzulidən Şuşayadək döyüş yolu keçərək şəhidlik zirvəsinə ucalan üçqat dünya çempionu VİDEO

Füzulidən Şuşayadək döyüş yolu keçərək şəhidlik zirvəsinə ucalan üçqat dünya çempionu VİDEO

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xaçmaz, 8 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Şəhid Kərəm Veyisov həm idman yarışlarında, həm də döyüş meydanında bayrağımızı şərəflə dalğalandıran qəhrəman kimi yaddaşlarda qalıb. Xaçmazlı kikboksçu, üçqat dünya çempionu Kərəm Veyisov Vətən müharibəsində Füzulidən Şuşayadək döyüş yolu keçərək qəhrəmancasına şəhid olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kərəm 1998-ci ildə Xaçmaz şəhərində anadan olub. Hərbi xidmətini başa vuran Kərəm iyul döyüşlərindən sonra ordu sıralarına könüllü yazılıb. Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan qəhrəman çavuş manqa komandiri kimi döyüşlərə atılıb. Füzuli uğrunda gedən ağır döyüşdə yaralansa da, bir həftə sonra yenidən silaha sarılaraq cəbhənin ən gərgin istiqamətlərində düşmənə qan uddurub. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlının işğaldan azad olunmasında fəal iştirak edib.

“İyul döyüşlərindən sonra bizə xəbər vermədən hərbi komissarlığa gedib cəbhəyə yollanmaq üçün könüllü yazıldı. Lakin həmin vaxt müharibə olmadı. Vətən müharibəsi başlayanda Kərəm qisas hissi ilə alışıb-yanırdı. Oktyabrın 1-də hərbi komissarlıqdan yola saldıq. Həmin gün onunla birlikdə 58 nəfər xaçmazlı cəbhəyə yollandı. Həmin könüllülər arasında qəhrəmanlıqla döyüşüb yaralananlar çox oldu. Kərəm isə şəhidlik zirvəsinə ucaldı. Kərəm bayrağını, Vətənini sevən övlad idi. İdman yarışlarında da erməni ilə finalda qarşılaşmışdı. Necə ki, idmanda onları diz çökdürmüşdü, savaşda da bunu etdi. Noyabrın 10-da hamı bizə gəlib, Qələbə münasibətilə təbrik edirdi. Amma mən çox narahat idim. Kərəmdən zəng gözləyirdim. Qələbə xəbərini mənə Kərəm verəcəkdi. Amma qismət olmadı. Biz onun şəhid olması xəbərini aldıq”, - deyə şəhidin anası Nərgiz Veyisova bildirib.

Ailəsi Kərəmlə sonuncu dəfə Şuşa uğrunda döyüşlərdən əvvəl danışıb. Kərəm qarşıdakı günlərdə həlledici savaşa qatılacaqlarını bildirib. O, Şuşa uğrunda döyüşlərdə böyük şücaət göstərib və müharibənin başa çatmasına saatlar qalarkən Daşaltıda düşmən mərmisinin yaxınlığında partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Kərəm Veyisov idman sahəsindəki uğurları ilə də daim diqqəti cəlb edib. On bir yaşından kikboksinqlə məşğul olan Kərəm dəfələrlə Azərbaycan birinciliyinin, bir sıra nüfuzlu beynəlxalq yarışların, o cümlədən üç dəfə dünya çempionatının qalibi adını qazanıb. Özünün “Çempion” kikboksinq klubunu yaradaraq, məşqçi kimi fəaliyyətə başlamışdı.

“Kərəm kikboksinq üzrə beynəlxalq yarışlarda dəfələrlə uğur qazanmışdı. Döyüşlərdə də həmişə xoş sorağı gəlirdi. Bizimlə danışanda heç hiss etdirmirdim ki, savaşın içindədir. Onlar Qubadlını azad edəndə danışmışdıq. Dedi ki, yaxın günlərdə Şuşaya qalxırıq. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid oldu. Zəfər Gününü yaşamasa da, Şuşaya bayrağımızın sancıldığını, düşmənin məğlub olduğunu görmüşdü”, - deyə şəhidin atası Səttər Veyisov söyləyib.

Kərəm Veyisov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə" və "İgidliyə görə" medalları ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see293

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see233

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see134

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see126

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri