Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

“Qoca sinyora”dan gələcək üçün böyük addım

Naxçıvandan Şuşayadək keçilən Böyük Yol

Naxçıvandan Şuşayadək keçilən Böyük Yol

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

21 noyabr 1992-ci ildə Qələbələr Partiyası YAP-ın təsis konfransı keçirilib

Ölkəmizdə aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı tarixin bu günündə - 21 noyabr 1992-ci ildə keçirilib. YAP ötən 33 ildə daha da böyüyərək ölkənin bütün sosial təbəqələrini əhatə edən bir partiyaya çevrilib. Partiyanın sıralarının genişlənməsi - hazırda YAP-ın 730 mindən çox üzvü var - bunu əyani şəkildə təsdiqləyir. YAP ötən dövr ərzində ölkədə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Bu baxımdan 2024-cü ildə müstəqillik tariximizdə ilk dəfə ölkənin bütün ərazisində keçirilən prezident, parlament və cari ilin yanvar ayında baş tutan son bələdiyyə seçkiləri də istisna olmayıb. Seçkilərdəki parlaq qələbələr YAP Sədri, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu inamla davam etdirməsinin, ölkənin, xalqın milli maraqlarını qətiyyətlə qorumasının, hər sahədə Azərbaycanınn uğurlar qazanmasını təmin etməsinin cəmiyyətdə böyük razılıqla qarşılanmasının əyani təsdiqidir. Azərbaycan xalqı ardıcıllıqla həyata keçirilən siyasi kursu dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. YAP partiyanın qurucusu Heydər Əliyevin arzuladığı kimi, Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır. “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq” - deyə Prezident İlham Əliyev YAP-ın VII qurultayında söylədiyi nitqində vurğulayıb.

Tarixi zərurətdən yaranan partiya

Siyasi səhnədə çoxlu sayda partiyanın olması normal bir haldır. Ancaq ayrı-ayrı partiyaların necə yarandığını araşdırdıqda aydın şəkildə görünür  ki, onların heç də hamısının siyasi fəaliyyət meydanına gəlməsinə sosial sifariş olmayıb. Bu qəbildən olan partiyaların rəhbərləri sırf ambisiyalardan, hakimiyyət hərisliyindən çıxış etməklə və yaxın ətraflarını bir yerə yığmaqla cəlbedici adlar altında təşkilatlar yaradıblar. Lakin onlar siyasi fəaliyyət meydanında hər zaman autsayderlər zolağında qalıblar.

YAP-ın timsalında isə biz daim xalqdan güc almaqla yeni-yeni uğur hekayələrinə imza atan möhtəşəm bir partiyanın dolğun fəaliyyətini izləyirik. Bu partiya Azərbaycanın müstəqilliyinin çox çətin sınaqdan keçdiyi bir dövrdə zərurətdən yaranıb. Həmin dövrə qısa ekskurs etsək, mənzərə barədə konkret təsəvvür yaranar. Bəli, iş elə gətirib ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində XX yüzillikdə ikinci dəfə öz müstəqilliyini elan edən Azərbaycan həyatın bütün sahələrində böhran kimi səciyyələndirilən ağır çətinliklərlə üz-üzə qalıb. Dövlət idarəçiliyi iflic olmuşdu. İqtisadiyyat tamam çökmüşdü. Sosial sfera, əhalinin gün-güzəranı dözülməz dərəcədə ağır idi. Qeyri-legitim yolla 1992-ci ilin yazında hakimiyyətə gələn AXC - “Müsavat” iqtidarı cəmi bir il ərzində apardığı naşı siyasəti ilə ölkəni xaos, hərc-mərclik girdabına salmışdı. Ermənistanın işğalının genişlənməsi ilə yanaşı, həm də respublikada vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Müstəqilliyimizin itirilməsi tam real idi.

Vəziyyət sağlam qüvvələri, ziyalıları narahat edirdi. Onlar çıxış yolunu görkəmli siyasətçi Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsində görürdülər. Beləliklə, 91 nəfər ziyalı siyasi fəaliyyət meydanına atılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da o dövrdə Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevə müraciət etdi. Bu sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” - deyə Heydər Əliyev ziyalıların tarixli müraciətinə cavabında vurğulayıb.

Yeni Azərbaycan Partiyasının təsis konfransı yuxarıda qeyd olunan tarixdə Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilib. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edilib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib.

Cəmi 6 aydan sonra hakimiyyətə gələn partiya

Dünya təcrübəsindən də bəlli olduğu kimi, siyasi partiyalar bir qayda olaraq hakimiyyətə gəlmək naminə mübarizə aparırlar. Təbii ki, hakimiyyət uğrunda  mübarizə heç də hər zaman uğurla nəticələnmir. Bu da həmin siyasi qüvvələrin iqtidara hansı məqsədlərlə gəlmək niyyətləri ilə bilavasitə bağlıdır. Xalqın gözü tərəzidir, deyiblər. Seçici özünü “lider” adlandıran bu və ya digər partiya funksionerinin fəaliyyəti ilə maraqlanır, onun keçmişini, bu gününü araşdırır və adekvat dəyərləndirməsini aparır. Çoxları da bu süzgəcdən keçə bilmirlər. Müqayisədə YAP-ın üstünlükləri əlçatmaz olub,  bu gün də belədir və şübhə yoxdur ki, gələcəkdə də eyni vəziyyət izləniləcək.

21 noyabr 1992-ci ildə Naxçıvanda təsis konfransı keçirilən YAP dünya tarixində bir ilkə imza atıb. Belə ki, partiya yarandığı vaxtdan cəmi 6 ay sonra iqtidara gəlib. Bu qeyri-adilikdə bir adilik var idi. YAP-ın qısa müddətdə təşkilatlanması, yerlərdə yaradılan özək təşkilatları vasitəsilə genişlənməsi və hakim partiyaya çevrilməsi ilk nöbvədə xalqın partiyanın qururcusu Heydər Əliyevə böyük rəğbəti və inamı ilə şərtlənirdi. Heydər Əliyev bacarıqlı və milli ruhlu bir lider olduğunu hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə təsdiqləmişdi. O dövrdə Heydər Əliyev sovet rejiminin ideoloji qadağalarını məharətlə aşaraq milli mədəniyyətin, ədəbiyyatın inkişafına, Azərbaycan dilinin statusunun yüksəldilməsinə, azərbaycanlı gənclərin ittifaqın qabaqcıl ali məktəblərində nadir ixtisaslara yiyələnmələrinə böyük qayğı göstərirdi. Bütün bunlar, eyni zamanda, Heydər Əliyevin nümunəvi rəhbər obrazı xalqın özünəinam hissini gücləndirirdi. Deyə bilərik ki, o illərdə Heydər Əliyevin fəaliyyəti Azərbaycan xalqının oyanışına, milli dərkinə güclü təkan verdi. Böyük siyasətçinin səpdiyi toxumlar ötən əsrin səksəninci illərinin sonu - doxsanıncı illərinin əvvəlində şərait yarandıqda sağlam cücərtilər verdi. Bir neçə gün bundan əvvəl respublikamızda Milli Dirçəliş Günü qeyd olundu. 1988-ci il noyabrın 17-də xalq keçmiş ittifaq rəhbərliyinin Azərbaycana münasibətdə ədalətsiz siyasət aparmasına  etiraz əlaməti olaraq indiki Azadlıq meydanında izdihamlı mitinqə toplaşdı. Dirçəliş Günü də həmin tarixi simvolizə edir. Azadlıq meydanında başlayan etiraz mitinqi sonradan müstəqillik uğrunda dönməz bir xalq hərəkatına çevrildi. Bunun ideya əsaslarını isə Heydər Əliyev qoymuşdu. Eyni zamanda, Heydər Əliyev YAP yaranmazdan öncə Naxçıvandakı fəaliyyəti ilə insanların azadlıq istəyini daha da gücləndirmişldi. Xatırlayaq ki, məhz Onun təşəbbüsü və cəsarəti sayəsində Naxçıvan keçmiş sovet bayrağından imtina etdi, muxtar respublikanın Ali Sovetində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı. Yenə də Heydər Əliyev böyük cəsarət nümayiş etdirməklə keçmiş ittifaqın bərpası ilə bağlı referendumun Naxçıvan ərazisində keçirilməsinə imkan vermədi. O dövrdə böyük siyasətçi daim Azərbaycanın müstəqilliyinin bəyan olunması təklifləri ilə çıxış edirdi.

Bütün bunlar Azərbaycan xalqının qəlbində Heydər Əliyevə sarsılmaz bir inam yaratmışdı. Buna görə də xalqına, Vətəninə bağlı olan belə bir parlaq şəxsiyyətin qurucusu olduğu partiyanın yarandığı vaxtdan cəmi 6 ay sonra hakimiyyət partiyasına çevrilməsinin alternativi yox idi.

AXC- “Müsavat” iqtidarının yarıtmaz siyasətindən cana doyan xalq artıq 1993-cü ilin yayında bir nəfər kimi  YAP Sədri Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıtmasını tələb edirdi. Başqası olsaydı, həmin xaotik vəziyyətdə həyatını və karyerasını təhlükəyə atmaqdan çəkinərək suların durulmasını gözləyərdi. Ancaq söhbət Heydər Əliyevdən gedirdi. Çətinliklərlə üzləşən xalqı Ona üz tutmuşdu, güvənmişdi. O, xalqın güvənini, inamını qırmağı Özünə rəva görə bilməzdi və bilmədi də. Bakıya gəlib respublikanın idarəçilik sükanının arxasına keçməyə razılıq verdi. Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə O, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Və nəhayət, 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazandı. YAP Sədri, Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək dövlət başçısı kimi fəaliyyətə başladı.

Heydər Əliyev bütün varlığı ilə andına sadiq qaldı.  O, vaxt itirmədən Azərbaycanın sabahı, müstəqilliyimizin əbədiyaşarlığı üçün müstəsna önəm daşıyan böyük işlərin təməlini qoydu. Heydər Əliyev müstəqilliyimizi qorumaqla, ölkəni sabitliyə və inkişafa istiqamətləndirməklə böyük tarixi missiya yerinə yetirmiş oldu.

Azərbaycan zirvələrdən-zirvələrə yüksəlir

Azərbaycanın böyük xoşbəxtliyidir ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun varisliyi yüksək səviyyədə təmin edilir. Xalqımız 2003-cü ildə  Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevi ölkə Prezidenti seçib. Azərbaycanın idarəçilik sükanının arxasına keçən İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqində Heydər Əliyev siyasi xəttinə sadiq qalacağına vəd verdi və ötən dövrdə biz bu vədin tam həyata keçirildiyinin şahidi olmuşuq.

YAP 2005-ci ildən İlham Əliyevin liderliyi ilə fəaliyyət göstərir. Partiyanın 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında YAP-ın yeni Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçilib. Siyasi kursun varisliyinin təmin edilməsinin  nəticəsidir ki, ölkəmiz hədəflərinə doğru inamlı addımlar atır və zirvələrdən-zirvələrə yüksəlir. Dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Ölkə boyunca yaradılan müasir infrastruktur Azərbaycanın mənzərəsini dəyişib. Bu infrastruktur obyektləri həm iqtisadi inkişafa güclü təkan verir, həm də əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol  oynayır. İqtisadi müstəqilliyin tam təmin olunması ölkəmizin böyük uğurudur. Qürurverici haldır ki, bu gün Azərbaycan öz problemlərini özü həll edən güclü bir dövlət səviyyəsinə yüksəlib. Eyni zamanda, iqtisadi müstəqillik zəminində siyasi müstəqilliyimiz təmin olunub. Bu gün Azərbaycan sırf milli maraqlara və suverenlik prinsiplərinə əsaslanan siyasət həyata keçirir. Ölkəmiz hansısa bir güc mərkəzindən asılı olmadan mühüm qərarlar verir və bu qərarlar məhz paytaxt Bakıda Prezident İlham Əliyev tərəfindən imzalanır. Bizimlə diktat dili ilə danışmırlar və danışa da bilməzlər.

Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Paralel şəkildə, dünyada Azərbaycan söz sahibi kimi qəbul olunur. Lider həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Prezident İlham Əliyevin  bu keyfiyyətlərinin sayəsində ölkəmizdə uzunmüddətli siyasi sabitlik və həmrəylik mühiti təmin olunub və gələcək inkişaf üçün fundamental zəmin formalaşıb.

Noyabr - zəfər  ayı

Son 22 ildə müstəqil Azərbaycanın ən böyük uğuru isə, heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazanılan parlaq qələbələrdir. YAP-ın qurucusu olan Heydər Əliyevin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması idi. Ulu Öndər özünəməxsus böyük bir inamla xalqımızın Şuşaya, Kəlbəcərə, Laçına və digər tarixi torpaqlarımıza qayıdacağına əminliyini bildirdi. Bu inamı Onun siyasi varisi İlham Əliyev doğrultdu. Azərbaycan xalqının mental dəyərlər sistemində oğul ata vəsiyyətini mütləq qaydada yerinə yetirməlidir. Prezident İlham Əliyev Özünün də bildirdiyi kimi, xoşbəxt oğuldur ki, əziz Şuşanı azadlığına qovuşdurmaqla ata vəsiyyətini yerinə yetirmiş oldu.

Yeni Azərbaycan Partiyası noyabr ayında siyasi fəaliyyət meydanına gəlib. Noyabr ayı həmçinin zəfər ayıdır. 2020-ci il noyabrın 8-də Şuşa igid hərbiçilərimizin misilsiz şücaətləri sayəsində yağı düşməndən təmizlənərək öz istəklilərinə qovuşdu. Şuşanın azad olunmasından sonra düşmən məğlubiyyəti ilə barışmaq məcburiyyətində qaldı. Noyabrın 10-da Ermənistanın kapitulyasiyasını, Azərbaycanın böyük Qələbəsini rəsmiləşdirən üçtərəfli bəyanat imzalandı və beləliklə də respublikamızın ərazi bütövlüyü hərbi-siyasi yolla təmin olundu. Bununla da Yeni Azərbaycan Partiyasının 1991-ci ilin noyabrında Naxçıvandan başlayan yolu 2020-ci ilin noyabrında Azərbaycan xalqının mədəniyyət beşiyi sayılan Şuşaya uzandı...

VII qurultay: Yeni dövrə yeni hədəflərlə

2021-ci il 5 mart tarixində YAP-ın VII qurultayı keçirilib. Həmin qurultayda aparılan müzakirələrə və alınan qərarlara, müəyyənləşdirilən hədəflərə əsaslanaraq YAP-ın keyfiyyətcə yeni bir inkişaf mərhələsinə yüksəldiyini deyə bilərik. Qurultayda qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib. Yeni Nizamnaməyə uyğun olaraq, partiyanın Sədri İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi, vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb. Onun Birinci vitse-prezident və Heydər Əliyev Fondunun rəhbəri kimi səmərəli fəaliyyəti Azərbaycanın dövlət idarəçiliyinə güclü impuls verir, xalqın iqtidara olan inamını daha da artırır.

YAP-ın yeni proqramı partiyanın İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilib. Sənəd 5 fəsildən ibarətdir: Bunlar aşağıdakılardır: “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”,”Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya”. Yeni proqramda YAP-ın siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2025 07:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see219

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see168

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see149

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see148

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see143

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see140

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see135

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see135

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see133

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see132

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see131

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see130

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see130

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri