Mürvət Həsənli Tərəqqi medalı ilə təltif edilib
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az xəbər verir ki, təltif olunanlar arasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) sədri, tanınmış iş adamı Mürvət Həsənli də var.
O, aqrar sahədəki səmərəli fəaliyyətinə görə dövlət başçısı tərəfindən "Tərəqqi" medalına layiq görülüb.
Qeyd edək ki, "Tərəqqi" medalı ilə təltif edilən Mürvət Tapdıq oğlu Həsənli 1970-ci ildə anadan olub, Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 1990-cı illərdən sahibkarlıq fəaliyyətinə başlayan iş adamı, 2008-ci ildən etibarən əsasən kənd təsərrüfatı və quşçuluq sektorunda iri layihələr həyata keçirib. Hazırda Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) sədri olan Mürvət Həsənli, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri və Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının üzvü kimi geniş ictimai fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:218
Bu xəbər 30 Oktyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















