Musa Qurbanın qucağında... 19 ilin nadir fotosu
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hazırda "Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqov özünün Vatsap statusunda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla bağlı maraqlı foto paylaşıb.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, şəkil 2006-cı ildə, Qurban Qurbanovun futbolçu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən vida oyununda çəkilib.
Həmin vaxt yerli və Azərbaycanda oynayan legionerdən ibarət seçmə futbolçular qarşılaşıb. Q.Qurbanov və R.Sadıqov Azərbaycan milli komandasının forması ilə oyuna çıxıblar.
Qeyd edək ki, şəkildə Q.Qurbanovun qucağındakı uşaq onun oğlu, hazırda "Qarabağ"da çıxış edən Musa Qurbanlıdır. M.Qurbanlının həmin vaxt 4 yaşı olub. Şəkildə futbol ictimaiyyətinə tanış daha bir sima var. Qara kurtkada olan şəxs Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanovdur.
Xatırladaq ki, bir çox klubda oynamış Q.Qurbanovun futbolçu kimi son komandası Bakı "İnter"i olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Noyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















