Icma.az
close
up
RU
Musa Qurbanlı: İnanırsız, vallah hələ heç nə bilmirəm MÜSAHİBƏ

Musa Qurbanlı: İnanırsız, vallah hələ heç nə bilmirəm MÜSAHİBƏ

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ"ın futbolçusu Musa Qurbanlının Sport24.az-a müsahibə verib.

- Premyer Liqanın XXIV turunda Sabah"la görüşdə 1:1 hesablı heç-heçə etdiniz. Matçla bağlı fikrin necədir?
- Qalib gəlmək istəyirdik. Nələrsə çatışmadı. İkinci hissədə daha yaxşı oynadıq. Rəqibi tamamilə müdafiəyə otuzdurmuşduq. Amma nələrsə çatışmadı. Bəzən son toxunuşlar...Bəzən ani diqqətsizlik qol buraxmağımıza səbəb oldu. Qələbə qazanmağı çox istəyirdik. Alınmadı. Bir xalla kifayətləndik. Qarşıdakı matçlara köklənəcəyik.

- Son vaxtlarda start heyətində şans qazanmırsan. Bunu ən çox nə ilə əlaqələndirərdin?
- Baş məşqçinin qərarıdır, necə məsləhət görürsə, elədir. Mən ancaq üzərimə düşən vəzifə ilə maraqlanıram. Hər məşq maksimum çalışıram, əlimdən gələni edirəm. Allah qoysa, şans düşər, biz də oynayarıq.

- Yeni mövsümdə legioner limitinin ləğvini də nəzərə alsaq, fikrin nədir, komandada qalmaq istəyirsən, yoxsa daha çox oynaya biləcəyin komandaya getmək istəyirsən?
- İnanırsız, vallah hələ heç nə bilmirəm. İndi heç nə haqda düşünmürəm. Getmək-qalmaq haqda fikirləşməmişəm. Hazırda "Qarabağ"ın futbolçusuyam, yalnız buna köklənmişəm. Xeyirlisi olsun.

- Komandada məşqçi-futbolçu, evdə ata-oğul kimi bunu necə müzakirə edirsiz, nə danışırsız?
- Tam səmimi deyirəm bu haqda heç bir danışığımız olmayıb.

- Yenidən legioner həyatı yaşamağa cəhd edərsən?
- Yenə deyirəm, bu haqda fikirləşməmişəm, bilmirəm. Necə olacağını görəcəyik. Zaman hər şeyi göstərəcək. Bu məsələ haqda heç bir fikrim yoxdur. Çünki bütün fikrim "Qarabağ"la bağlıdır. Başqa heç nə barədə düşünməmişəm.

- Bu mövsüm də "qızıl dubl" edə biləcəksiz?
- Əlbəttə ki, bizim hədəfimiz həmişə maksimum titul qazanmaqdır. Bu mövsüm də çox istəyirik ki, titullar qazanaq. Nə qədər çox titul qazansaq, həm komandamız üçün, həm də şəxsi karyeramız üçün üstünlükdür. Bunun üçün sona qədər mübarizə aparacağıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sport24.az
archiveBu xəbər 23 Fevral 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri