Müsabiqədə bahalı telefon qazanan yeniyetmə xoş niyyətinin badına getdi
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Bakıda futbol müsabiqəsində bahalı telefon qazanan yeniyetmənin sevinci uzun sürməyib.
Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, hədiyyəsini alıb mağazadan çıxan zaman başqa bir şəxs telefonu onun əlindən alaraq qaçıb.
Hadisə barədə sosial şəbəkədə paylaşım edən yeniyetmənin anası Esmira Azayeva bildirib ki, tanımadıqları şəxs oğluna yaxınlaşaraq həmin telefondan almaq niyyətində olduğunu, və xüsusiyyətlərinə baxmaq istədiyini deyib.
Yeniyetmə də aldanaraq telefonu ona uzadıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, dekabrın 6-da Yasamal rayonu ərazisində bir nəfərin mobil telefonunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub:
"Müraciət üzrə Yasamal RPİ 29-cu Polis Şöbəsində araşdırmalara başlanılıb. Əməli törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər keçirilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 06 Dekabr 2024 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















