Müsavat Partiyası hökumətdən 10 minə yaxın pul ALIB
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Müsavat Partiyası ötən il hökumətdən 10 min manata yaxın maliyyə yardımı alıb.
Modern.az-ın məlumatına görə, 2024-cü ildə partiyanın hesabına dövlətdən 9200 manat köçürülüb.
Vəsaitin sentyabrın 1-də keçirilən parlament seçkilərindən sonra köçürüldüyü bildirilir.
Partiya, həmçinin 2024-cü ildə 14 min manatdan artıq üzvlük haqqı toplayıb. Həmçinin partiyanın hesabına 6200 manat qanunla qadağan olunmayan mənbələrdən vəsait daxil olub.
Beləliklə, Müsavat Partiyasının ötən ilki gəlirləri 30 min manata yaxın olub. Bu, 2023-cü illə müqayisədə 3 dəfə çoxdur.
Vəsaitin 12 manatı partiyanın saxlanılmasına və informasiya təminatına, qalanı isə seçkiyə xərclənib.
Qeyd edək ki, partiyanın hazırkı sədri İsa Qəmbərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 11 Aprel 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















