Icma.az
close
up
RU
Müsəlman Ağsaqqallar Şurası COP29 konfransının uğuruna görə Azərbaycanı təbrik edib

Müsəlman Ağsaqqallar Şurası COP29 konfransının uğuruna görə Azərbaycanı təbrik edib

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əl-Əzhər əş-Şərifin şeyxi, böyük imam doktor Əhməd əl-Tayyib öz adından və sədri olduğu Müsəlman Ağsaqqalları Şurası adından Azərbaycan Respublikasını, Prezident İlham Əliyevi və COP29-un rəhbərliyini noyabrın 12-22-də Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi münasibətilə səmimi şəkildə təbrik edib. SİA “əl-Əhram” portalında dərc edilmiş bəyanata istinadla xəbər verir ki, Müsəlman Ağsaqqalları Şurası bu konfransın uğurla yekunlaşması üçün Azərbaycan rəhbərliyinin və xalqının göstərdiyi yüksək səyləri təqdir edib. Bildirilib ki, COP29 inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsini gücləndirmək, karbon bazarlarını aktivləşdirmək və gənclərin iqlim fəaliyyəti sahəsində ön sırada yer almasının vacibliyini vurğulamaq baxımından keyfiyyətli bir dönüş nöqtəsi yaratmağa müvəffəq olub. Eyni zamanda təbrikdə bu nailiyyətlərin ekoloji tarazlıq və iqlim ədalətinə doğru böyük bir addım olduğu qeyd olunub.Diqqətə çatdırılıb ki, Müsəlman Ağsaqqalları Şurası COP29 çərçivəsində “Dinlər pavilyonu”nu təşkil edib. Burada iki həftə ərzində 60-a yaxın dialoq və müzakirə iclası keçirilib. Bu iclaslarda dünyada 11 din və məzhəbi təmsil edən 97 təşkilatdan 230-dan çox natiq çıxış edib. Tədbirlər Qafqaz Müsəlmanları İdarəsi, Müsəlman Ağsaqqalları Şurası, Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgəyaşayış Nazirliyi, BMT-nin Ətraf Mühit Proqramı, COP29-un rəhbərliyi, Həməd Qlobal Sülhü Dəstəkləmə Mərkəzi və Qazaxıstanın Dünya və Ənənəvi Din Liderləri Konfransı ilə əməkdaşlığı çərçivəsində baş tutub.Müsəlman Ağsaqqalları Şurası dini liderlər arasında tərəfdaşlığı gücləndirmək və qlobal çağırışlarla mübarizədə onların səylərini birləşdirmək, həmçinin gələcək Tərəflər konfranslarında iqlim böhranının həlli üçün etik və mənəvi səsləri səfərbər etmək üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Şura əmin olduğunu bildirib ki, bu yanaşma, dialoqu və kollektiv fəaliyyəti təşviq edərək ekoloji davamlılıq və iqlim ədalətini təmin edən siyasətlərin formalaşdırılmasına töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see334

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see298

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see251

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see238

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see208

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see175

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see126

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri