Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Ağsaqqallar Şurası İranı üzr istəməyə çağırır

Ağsaqqallar Şurası İranı üzr istəməyə çağırır

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İran İslam Respublikası tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikası ərazisinə – xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanına, orta məktəbinə və digər mülki infrastruktura qarşı hücum aktlarının həyata keçirilməsi bütün Azərbaycan ictimaiyyəti kimi, Ağsaqqallar Şurasının üzvlərində də ciddi narahatlıq və dərin hiddət doğurub”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Azərbaycan Ağsaqqallar Şurasının Bəyanatında yer alıb.

Bildirilib ki, bu hadisə beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə, habelə dövlətlərarası münasibətlərin fundamental qaydalarına açıq şəkildə zidd olan son dərəcə təhlükəli və qəbuledilməz addımdır:

“Azərbaycan Ağsaqqallar Şurası bu xain hücum aktını qətiyyətlə pisləyir və onu müstəqil Azərbaycan dövlətinə qarşı yönəlmiş növbəti təxribat kimi qiymətləndirir. Mülki obyektlərin - beynəlxalq hava limanının, təhsil müəssisələrinin və digər mülki infrastrukturun hədəfə alınması terror xarakterli əməl olmaqla yanaşı, dövlətimizə, həmçinin insanlıq və beynəlxalq hüquq prinsiplərinə qarşı bağışlanmaz cinayətdir”.

Bəyanatda bildirilib ki, Azərbaycan dövləti hər zaman qonşu ölkələrlə mehriban münasibətlər qurmaq, qarşılıqlı hörmət və etimad mühitində əməkdaşlıq etmək prinsipinə sadiqdir:

“Dövlətimizin həyata keçirdiyi siyasət regionda sabitliyin möhkəmlənməsinə, təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir. Azərbaycan heç vaxt öz ərazisinin başqa dövlətlərə qarşı istifadə edilməsinə imkan verməyib və bundan sonra da verməyəcək.

Bununla yanaşı, Azərbaycan Ağsaqqallar Şurası bildirir ki, müstəqil Azərbaycan dövləti öz suverenliyinin, ərazi bütövlüyünün və vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məsələsində qətiyyətlidir. Azərbaycan xalqı tarix boyu olduğu kimi, bu gün də öz dövlətinin ətrafında sıx birləşərək istənilən təhdidə qarşı sarsılmaz iradə nümayiş etdirməyə qadirdir. Biz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu məsələ ilə bağlı qətiyyətli mövqeyini tam dəstəkləyir, dövlətimizin atdığı bütün siyasi, diplomatik və hüquqi addımları yüksək dəyərləndiririk. Azərbaycan Silahlı Qüvvələrinin və dövlət təhlükəsizlik strukturlarının ölkəmizin təhlükəsizliyinin qorunması istiqamətində gördüyü tədbirlərə inamımız tamdır.

Azərbaycan Ağsaqqallar Şurası İran İslam Respublikasını bu hücum aktına görə məsuliyyət daşıyan şəxslərin dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunmasını təmin etməyə, Azərbaycan dövlətinə rəsmi izahat verməyə və üzr istəməyə çağırır. Eyni zamanda, ölkəmizə qarşı aparılan qərəzli təbliğat kampaniyasına və bütün təxribat cəhdlərinə birmənalı şəkildə son qoyulmalıdır.

Biz əminik ki, Azərbaycan xalqı öz dövlətinin gücünə, milli birliyinə və qətiyyətinə arxalanaraq bütün çətinliklərin öhdəsindən gələcək, ölkəmizin təhlükəsizliyi və milli maraqları bundan sonra da etibarlı şəkildə qorunacaq. Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin müstəqilliyinin, suverenliyinin və dövlətçiliyinin qorunması naminə hər zaman xalqımızın və dövlətimizin yanında olduğunu bir daha bəyan edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Mart 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri