Icma.az
close
up
RU
Müsəlman Ağsaqqallar Şurası COP29 konfransının uğuruna görə Azərbaycanı təbrik edib AZƏRTAC

Müsəlman Ağsaqqallar Şurası COP29 konfransının uğuruna görə Azərbaycanı təbrik edib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qahirə, 27 noyabr, AZƏRTAC

Əl-Əzhər əş-Şərifin şeyxi, böyük imam doktor Əhməd əl-Tayyib öz adından və sədri olduğu Müsəlman Ağsaqqalları Şurası adından Azərbaycan Respublikasını, Prezident İlham Əliyevi və COP29-un rəhbərliyini noyabrın 12-22-də Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi münasibətilə səmimi şəkildə təbrik edib.

AZƏRTAC “əl-Əhram” portalında dərc edilmiş bəyanata istinadla xəbər verir ki, Müsəlman Ağsaqqalları Şurası bu konfransın uğurla yekunlaşması üçün Azərbaycan rəhbərliyinin və xalqının göstərdiyi yüksək səyləri təqdir edib. Bildirilib ki, COP29 inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsini gücləndirmək, karbon bazarlarını aktivləşdirmək və gənclərin iqlim fəaliyyəti sahəsində ön sırada yer almasının vacibliyini vurğulamaq baxımından keyfiyyətli bir dönüş nöqtəsi yaratmağa müvəffəq olub. Eyni zamanda təbrikdə bu nailiyyətlərin ekoloji tarazlıq və iqlim ədalətinə doğru böyük bir addım olduğu qeyd olunub.

Diqqətə çatdırılıb ki, Müsəlman Ağsaqqalları Şurası COP29 çərçivəsində “Dinlər pavilyonu”nu təşkil edib. Burada iki həftə ərzində 60-a yaxın dialoq və müzakirə iclası keçirilib. Bu iclaslarda dünyada 11 din və məzhəbi təmsil edən 97 təşkilatdan 230-dan çox natiq çıxış edib. Tədbirlər Qafqaz Müsəlmanları İdarəsi, Müsəlman Ağsaqqalları Şurası, Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgəyaşayış Nazirliyi, BMT-nin Ətraf Mühit Proqramı, COP29-un rəhbərliyi, Həməd Qlobal Sülhü Dəstəkləmə Mərkəzi və Qazaxıstanın Dünya və Ənənəvi Din Liderləri Konfransı ilə əməkdaşlığı çərçivəsində baş tutub.

Müsəlman Ağsaqqalları Şurası dini liderlər arasında tərəfdaşlığı gücləndirmək və qlobal çağırışlarla mübarizədə onların səylərini birləşdirmək, həmçinin gələcək Tərəflər konfranslarında iqlim böhranının həlli üçün etik və mənəvi səsləri səfərbər etmək üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Şura əmin olduğunu bildirib ki, bu yanaşma, dialoqu və kollektiv fəaliyyəti təşviq edərək ekoloji davamlılıq və iqlim ədalətini təmin edən siyasətlərin formalaşdırılmasına töhfə verəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbi

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 03:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri