Icma.az
close
up
RU
Müsəlman alimlərin başqalarına aid edilmiş elmi kəşfləri... ARAŞDIRMA

Müsəlman alimlərin başqalarına aid edilmiş elmi kəşfləri... ARAŞDIRMA

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“İslam bilik axtarışına xüsusilə hörmətlə yanaşır. Quranda Uca Allah bilənləri bəyənərək və... təriflə xatırlayır: "De “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!..”

Orta əsrlərdə elmindən, ədəbiyyatından, incəsənətindən bütün dünyanın, o cümlədən Avropanın bəhrələndiyi İslam dümyası son son 3-4 əsrdə tamamilə tənəzzülə uğramış və bu gün kiçik istisnalarla avtoritar, diktatura, monarxiya rejimləriinin idarə etdiyi yoxsulluq, cahillik, savadsızlıq  məkanlarına çevrilmişdir. Bundan yararlanan düşmən güclər müsəlman ölkələrində öz siyasi, geo-siyasi, geo-iqtisadi məqsədlərinə xidmət edən böyük terror qruplaşmaları da yaradaraq artıq on illərdir ki, “islam”, “müsəlman” adlarını eşidən digər din, inanc mənsublarında “terrorçu” assosiasiyası yaranmasına nail olublar. Bəs bunun səbəbi nədir? Zənnimizcə, bunun əsas səbəbi odur ki, həmin İntibah dövründən sonra biz müsəlmanlar Allahın Qurani-Kərimdə(“Əl-Ələq”, 1) verdiyi “Oxu!”(yəni bilgilən, elm öyrən) əmrinin unudub əsas gücümüzü, enerjimizi alverə, ticarətə yönəltdik...

Nəticədə vaxtilə müsəlman alimlərin etdiyi elmi kəşf və ixtiralar Qərb alimlərinin adına çıxılmağa başlandı...

Moderator.az bu mövzularla maraqlanan dəyərli oxucularımız üçün tanınmış psixoloq-məsləhətçi, transaksiya təhlili istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın “Müsəlmanların başqalarına aid edilmiş elmi kəşfləri” başlıqlı növbəti  araşdırma yazısının tərcüməsini təqdim edir:

“İslam bilik axtarışına xüsusilə hörmətlə yanaşır. Quranda Uca Allah bilənləri bəyənərək və... təriflə xatırlayır: 

"De “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” (“Zumər” (“İzdiham”), surəsi, 9-cu ayə). 

Bu dəyərlərə əməl edərək müsəlmanlar özlərini görkəmli tədqiqatçılar, müxtəlif sahələrdə mütəxəssis və elm adamları kimi fərqləndirdilər. Lakin onların bəzi kəşfləri və ixtiraları təsadüf və ya anlaşılmazlıq nəticəsində tamamilə fərqli insanlara aid edildi. Amerikanın kəşfinin  Ameriqo Vespuççi adlı dənizçinin (qitə onun adını daşıyır) həyatı və töhfəsi nəzərə alınmadan Kolumba aid edilməsi kimi... 

Gəlin bu “tarixi səhvlərdən” bəzilərini xatırlayaq:

Kompas...

Kompasın 1302-ci ildə Amalfi şəhərindən olan italyan Flavio Coyya tərəfindən icad edildiyi hesab olunur. Lakin 854-cü ilə aid olan məlumatlara görə, ərəb dənizçilərinin uzun səyahətlərə özləri ilə birlikdə kompaslar apardıqlarını az adam xatırlayır. Cabir ibn Hayyan kompasla 8-ci əsrdə təcrübələr aparmışdır ki, bu da dövrün tarixi qeydlərində öz əksini tapmış və qeydə alınmışdır. Kompasın Amalfidən olan bir italyan alimə aid edilməsi Amalfinin ərəblərlə ticarət edən ilk dəniz şəhərlərindən biri olması ilə əlaqələndirilə bilər və bu qarşılıqlı əlaqə sayəsində italyanların bu ixtiranı mənimsəməsi ehtimalı var...

Barıt...

Onun "ixtiraçısının" 1359-cu ildə öz hücrəsində gizli şəkildə icad edən Bertold Şvarts adlı bir rahib olduğuna inanılır. Lakin ərəblərə edilən çoxsaylı hücumlar və Səlib yürüşləri müsəlmanları düşməninkindən daha üstün yeni silahlar icad etməyə, onlardan hücumları dəf etmək və özlərini müdafiə etmək üçün istifadə etməyə məcbur etdi. Beləliklə, artıq 1325, 1331 və 1341-ci illərdə müsəlman topları onlara qarşı yürüş edən cəngavərlər arasında dəhşət və panikaya səbəb oldu. Avropalıların "şeytan borusu" adlandırdığı bu ixtira cəngavər döyüşünə son qoydu. Digər dövlətlər bu müsəlman ixtirasını hərbi işlərdə mənimsədilər. 1270-ci ildə Monqol xanı Dəməşq və Baalbekdən olan müsəlman mühəndislər tərəfindən hazırlanmış barıtla işləyən odlu silahlardan istifadə etmişdir. Həsən ər-Rəmmanın kitabları barıtın və ondan istifadə edilən silahların ixtirasını və təkmilləşdirilməsini təsdiqləyir...

Qan damarlarının sarınması...

1552-ci ildə fransız cərrahı Ambrusso Pareyə aid edilir. Lakin bu, 600 il əvvəl 1013-cü ildə vəfat edən böyük Əndəlüs cərrahı Əbul-Qasim adlı bir müsəlman tərəfindən tətbiq edilmişdir. O, Qərbi Avropa həkimlərinin müəllimi kimi məşhur idi və onun öyrətdiyi bilik və təcrübə tez-tez başqalarına aid edilirdi. Xüsusilə, Əbul-Qasim tərəfindən təklif edilən doğuş zamanı qadınlar üçün asma vəziyyət Ştutqart ginekoloqu Dr. Valçerin adını daşıyırdı. Onun diaqnoz qoyduğu oynaq və onurğa xəstəlikləri ingilis Persival Pottun adını daşıyan "Pott xəstəliyi" kimi tanınırdı.

Qan dövranının kəşfi və təsviri...

Bu "kəşflər" ispan Migel Servetusa (1553) və ingilis Vilyam Harveyə (1616) həvalə edildi. Lakin 1260-1288-ci illər arasında Qahirə Nasiri Xəstəxanasının baş həkimi İbn əl-Nafis qan dövranını disseksiya yolu ilə araşdırıb təsvir etmişdir. İspan Migel Servetus üç yüz il sonra qan dövranını eyni sözlərlə təsvir etmişdir...

Minnesanq...

Alman dilindən tərcümədə "sevgi nəğməsi" deməkdir. Bu, Gözəl Xanım, Tanrı və hökmdar üçün sevgi oxumaq sənətidir. 1920-ci illərdə orta əsr poeziyası üzrə mütəxəssis və Minnesanq dövrü bilicisi Konrad Burdax bəzi Minnesanq janrlarının İslam mənşəyini fərz etmişdir. Onun iddiası mübahisəli olsa da və müəyyən müqavimətlə qarşılaşsa da, bu sahədəki bəzi mütəxəssislər Konradın arqumentlərini inandırıcı hesab etdilər.

Tarix bu cür səhvlərlə doludur və bunlar yalnız diqqətli, qərəzsiz və peşəkar təhlil yolu ilə aşkar edilir. Lakin müsəlmanlarla bağlı "bərpa olunmuş" azsaylı insanlar belə, dindaşlarımızın bir vaxtlar bilik axtardıqları və onu başqaları ilə bölüşdükləri güc və ehtiras nümayiş etdirirlər.

Bu insanların və dinimizin təlimlərinin nümunəsini izləyərək, dünyaya yeni biliklər, kəşflər və dəyərli ixtiralar gətirmək üçün heç bir vaxtı və fürsəti itirməməliyik. 

Quranın "Ey Rəbbim! Elmimi artır!" (Ta-Ha surəsi, 114-cü ayə) ayəsi bu axtarışda bizim şüarımız və rəhbərimiz olmalıdır..."

Tərcümə və təqdim etdi: Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Noyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri