Icma.az
close
up
RU
Müşfiq Abbasov bu statuslarına görə HƏBS EDİLİB

Müşfiq Abbasov bu statuslarına görə HƏBS EDİLİB

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasovun həbsinin detalları məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Müşfiq Abbasov məhkəmədə deyib ki, ittiham tərəfinin təqdim etdiyi sübutlarla tanış olub. 

Qeyd edib ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 14 il Azərbaycan Respublikasının Baş Prokurorluğunda çalışıb, mühüm işlər müstəntiqi olub. Həmçinin yazıçılıq edib və bir neçə kitabın müəllifidir.

M.Abbasov bildirib ki, ittiham olunduğu faktlardan biri Azərbaycan Yazıçılar Birliyi və Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı yazdığı statusdur: “Keçən il belə bir status yazmışdım: Ümumiyyətlə, yazıçılar birliyi ictimai təşkilatdır, lakin öz nizamnaməsinə uyğun hərəkət etmir. Belə ki, yazıçılar birliyinə azı iki kitabı nəşr olunmuş şəxs üzv ola bilər”. 

M.Abbasov deyib ki, o statuslarından konkret ad çəkməyib: “Lakin bu gün burada ad çəkəcəm. Məsələn, keçmiş vəkil Adəm Məmmədovun cəmi bir kitabı çıxmışdı və yazıçılar birliyinin üzvü idi. Əgər yazıçılar birliyi nizamnamə ilə idarə olunursa, niyə onun iki-üç kitabı çıxdığı halda yazıçılar birliyi onu üzvlüyə qəbul etmir. Anar bəy deyir ki, o yazıçılar birliyinə insan qəbul etmir. Ancaq bir kitabı çıxmış şəxsi yazıçılar birliyinə qəbul edir. Bununla bağlı mən öz müstəqil fikrimi və iradımı yazmışam. Demişəm ki, Çingiz Abdullayev hüquq elmləri doktorudur. Detektiv yazardır. Mən hüquqşünas yazıçı kimi yüzlərlə insanın hüquqi sualını təmənnasız cavablandırmışam, kömək etmişəm, yol göstərmişəm. Amma hüquq elmləri doktoru olan Çingiz Abdullayev bir nəfərə hüquqi məsləhət veribmi?”

M.Abbasovun ittiham olunduğu növbəti statusu “Epşteyn işi” ilə bağlı olub: 

“Mən demişəm ki, bizdə Epşteyn kimi varlılar var. Birincisi mən ad çəkməmişəm, ünvan göstərməmişəm. Epşteyn işi hazırda bütün dünyada müzakirə olunan işdir. Yəni mən, bir yazıçı kimi öz fikrimi bildirmişəm ki, Epşteyn xasiyyətli, Epşteyn təfəkküründə bizdə də insanlar var. Amma zərərçəkənlərin şikayəti olmasa, bunu hüquq-mühafizə orqanları aşkara çıxara bilmir. İndi bu Epşteyn sözü kiminsə xoşuna gəlməyibsə, bu başqa məsələ”.  

M.Abbasov deyib ki, onun ittiham olunduğu statuslarından biri də İsa Həbibbəylinin “çətir tutan köməkçisi” ilə bağlı olub. 

Məhkəmə bu qənaətə gəlib ki, Müşfiq Abbasov “Facebook” sosial şəbəkəsində “Mushfiq Abbasov”, “İnstagram” sosial şəbəkəsində “abbasov_mushfiq_” səhifələrində, “Youtube” sosial şəbəkəsində qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməklə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədib.  O, buna görə də 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Mart 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri