Icma.az
close
up
RU
Müşfiq Abbasov danışdı: Axı mən həbs olunmamışam!

Müşfiq Abbasov danışdı: Axı mən həbs olunmamışam!

Icma.az bildirir, Axar.az portalına istinadən.

Kult.az Müşfiq Abbasovla müsahibəni təqdim edir:

- Müşfiq müəllim, telefonla müsahibəyə razılaşdığınız üçün təşəkkür edirik...

- Buyurun, xoşdur.

- Sizə üstünüzdə telefon saxlamağa və danışmağa icazə verirlər?

- Başa düşmədim! Kim icazə verməlidir ki? Mən danışmaq üçün niyə icazə almalıyam?

- Yəni siz saxlanılmamısınız?

- Hazırda iş dalısıyca gedirəm, şəhərin mərkəzində tıxacda qalmışam. Siz buna “saxlanılmaq” deyirsiniz?

- Həbs olunmusunuz axı...

- Yalandır, mənim nə günahım var ki, həbs də olunam. Bunu yəqin ki, sarı mətbuat uyduyrub...

- Baş Prokurorluğun rəsmi açıqlaması var.

- Nə açıqlamadır?

- Bildirilib ki, siz informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol vermişiniz...

- Mənim informasiya resursumda heç bir qanun pozulmur, girib, özünüz yoxlaya bilərsiniz.

- Bu məlumatdan sonra iddia edirlər ki, sizin çıxışlarınız yuxarıların xoşuna gəlmədiyi üçün...

- Bizim çıxışlarımız yuxarıların da, aşağıların da xoşuna gəlir, tirajımız milyonlarla ölçülür, şərhlərdə bizə hər kəsin necə hörmət, sevgi göstərdiyini özünüz görə bilərsiniz.

- Bəzilərini qıcıqlandırdığınız bildirilir.

- Əksinə, hər kəs “qıcıqlananda” bizim səhifəmizə girir ki, əsəbləri sakitləşsin. Biz insanlara yalnız sevinc, fərəh, gülüş bəxş edirik, ictimai gərginliyi lakmus kağızı kimi çıxarırıq. Bizə baxıb, yalnız gülmək olar, əsəbiləşmək yox.

- Siz ciddi danışırsınız?

- Şübhə edirsinizsə, sizi 23 mayda Bakıda keçiriləcək növbəti konsertimizə dəvət edirəm.

- Konsert nədir?

- “Konsert”in nə olduğunu bilmirsiniz?

- Müşfiq müəllimlə danışıram?

- Bəli.

- Abbasov?

- Bəli.

- Hüquqşünas?

- “Bu şəhərdə”nin prodüseri, ssenaristi...

- Səhv salmışıq. Bəs, bayaqdan niyə demirsiniz?

- Siz nə vaxt soruşdunuz ki?

- Onda sizdən adaşınız haqda soruşaq...

- Allah rəhmət eləsin, abdalgülablı Müşfiq Abbasov 2020-ci il savaşına iki oğlu ilə birgə qatılmışdı, qəhrəmancasına da şəhid oldu. Şəhidimizin ruhu önündə baş əyirəm, adaşıma qəni-qəni rəhmət diləyirəm.

- Allah rəhmət eləsin. Ancaq hüquqşünas Müşfiq Abbasovu nəzərdə tuturduq...

- Hüquqşünasa hüquqi məsləhətlər verə bilmərik. Ancaq 15 sutkadır, inşallah, 23 maya qədər içəridə qalmaz.

- Nə arzulayardınız?

- Arzulayardım ki, o, Nigar Camalı tənqid edəndə media mənim şəklimlə o xəbəri yaymasın...

- Elə bir səhv də olub?

- Olub.

- Demək, indiki yanlış ilk deyil!

- Hətta ikinci də deyil.

- Təşəkkür edirəm.

- Mən sizə təşəkkür edirəm. Tıxacda başımı qatdınız...

P.S. “Müsahibə” xəyal məhsuludur...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Fevral 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri