Icma.az
close
up
RU
Müşfiq Abbasov hansı paylaşımına görə həbs edilmişdi? Detallar

Müşfiq Abbasov hansı paylaşımına görə həbs edilmişdi? Detallar

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Ötən ay Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinərək 15 sutka inzibati qaydada həbs edilmişdi. İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tələblərini pozmaqda ittiham edilən Müşfiq Abbasovun hansı paylaşıma görə həbs edildiyi ictimaiyyətdə də maraqla qarşılanmışdı.

Məlumata görə, Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Hüseyn Rüstəmli məhkəmədə izahatında bildirib ki, Müşfiq Abbasov əhalinin qütbləşməsinə, əhali arasında ayrı-seçkiliyin salınmasına, hakimiyyət nümayəndələri barəsində təhrif edilmiş və həqiqətə uyğun olmayan stereotiplərin formalaşdırılmasına yönələn, eləcə də əhalinin müəyyən seqmenti barəsində cəmiyyətdə bərqərar olmuş mənəvi dəyərlərə toxunan böhtan xarakterli məlumatlar yayıb.

Məhkəmə iclası zamanı Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin əməkdaşı Müşfiq Abbasovun sosial şəbəkədə “Epşteyn işi” ilə bağlı səsləndirdiyi fikirə görə inzibati məsuliyyətə cəlb edildiyini və çıxışında işlətdiyi “varlı” sözünü “vəzifəli şəxs” sözü ilə ümumiləşdirib vətəndaşlarla vəzifəli şəxslər arasında nifaq yaradaraq cəmiyyəti bölməyə çalışır.

Bununla bağlı prokuror bildirib ki, varlı şəxslərlə vəzifəli şəxslər ayrı-ayrı anlayışlardır, hal-hazırki vəziyyətdə dövlətin verdiyi əmək haqqı ilə heç kim varlana bilməz, vəzifəli şəxs dövlətin verdiyi əmək haqqı ilə yaşayıb dövlətə və millətə xidmət edən şəxslər kateqoriyasıdır. Varlı şəxslər isə biznes xidmət, ictimai iaşə sahəsində və s. sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub müəyyən kapital ehtiyyatına malik olan şəxslərdir.

İş materiallarında olan baxış protokolunda Müşfiq Abbasovun feysbuk hesabında “Dünyada varlılar tərəfindən törədilən cinayətlər daha dəhşətlidir, xüsusilə seksual cinayətlər. Böyük bağ evləri və villarda elə gizli və çirkin şeylər baş verir ki... Amma təəssüf ki, əksəriyyəri heç bilinmir. Bir dostum danışırdı ki, tanıdığı qızlardan birini Dubayda ərəb şeyxləri qorilla meymunu ilə eyni qəfəsə salıblar. Qəfəsdə varlı qaniçənlərin gözləri qarşısında meymun qızı dəfələrlə zorlayıb. Bu mənzərədən həzz alanlar isə hamısı varlılar olub. Qız qəfəsdən çıxandan sonra xəstəxanaya yerləşdirilib. Epişteyn adasında da oxşar şeylər olub. İndi görün ki, dünyanı kimlər idarə edir. Nəzərə alanda ki, bizim də gizli Epişteynlərimiz və meymunları olan manyaklarımız var, adam hər şeyə tüpürüb gedib ucqar bir kənddə çobanlıq etmək istəyir” paylaşımı etdiyi vurğulanıb.

Məhkəməyə təqdim olunan materiallarda M.Abbasovun bir sıra dövlət qurumları, məmurlarla bağlı paylaşımları da öz əksini tapıb. Məhkəmə qeyd edib ki, təqdim edilmiş materiallarda yer alan bir sıra paylaşımlar yalnız dəyər mühakiməsi və ümumi tənqid xarakteri daşımayıb, əksinə konkret şəxslər və dövlət institutları barədə fakt kimi təqdim edilən, reputasiyaya və ictimai etimada təsir etmək gücünə malik olan iddialar, habelə dövlət orqanlarının fəaliyyəti ilə bağlı geniş auditoriyaya yönəlmiş, ictimai təhlükəsizlik və sabitlik kontekstində həssas mövzular üzrə qəti bəyanatlar ehtiva edib.

M.Abbasov ittihamları qəbul etməyib, yazdığı statusların yalnız tənqid xarakterli olduğunu bildirib. Məhkəmə isə təqsirin mövcudluğunu paylaşımların təsadüfi xarakter daşımadığını, uzun müddət ərzində sistemli şəkildə aparılması ilə əlaqələndirib.

Qeyd edək ki, M.Abbasov Yasamal Rayon Məhkəməsinin 15 sutka inzibati qaydada həbs qərarından Bakı Apellyasiya Məhkəməsinə də müraciət edib. Lakin onun şikayəti bu instansiyada təmin edilməyib./Teleqraf

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Mart 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri