Icma.az
close
up
RU
Müşfiq və küləklərlə dialoq

Müşfiq və küləklərlə dialoq

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qafar ƏSGƏRZADƏ
Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycanın böyük romantik şairi, ölməz misralar müəllifi, söz sərrafı, qəlblər mühəndisi Mikayıl Müşfiqin anım gününə sayılı günlər qalır.

Müşfiqin şeirlərini yenidən vərəqləyirəm ki, təkrar olmasın deyə, şairin anım günündə yeni fikir söyləyim. Şeirləri vərəqlədikcə şairin sənət dünyasının sehrinə dalıram... Birdən, diqqətimi "Tozanaq" şeiri çəkdi. Oxudum, bir də oxudum. İlahi, gözlərim önündə görmədiyim, kinolentlərdə izlədiyim köhnə şəhərin, eləcə də bu gün gördüyüm, yaşadığım doğma Bakı şəhərinin mənzərəsi canlandı. Şeirdə şair nədən, necə söz açır, gəlin hörmətli oxucum, bunu birgə araşdıraq.

20 yaşlı Müşfiq doğulduğu, qoynunda boy atdığı doğma Bakı şəhərinə vurğun idi. Onun tarixi küçələrini hər zaman, sevgi və qürur duyduğu "Dağlı məhəlləsi"ni, Xəzərin sahilini gəzməkdən doymazdı. O zamanlar, yəni keçən əsrin 20-ci illərində Bakı şəhərində yaşıllıq az qala yox dərəcəsində idi. Səhv etmirəmsə, təkcə keçmiş "Qubernator bağı" ağaclıq idi. Bakı küləkli şəhər olduğundan güclü ruzgar əsəndə aləmi tozanaq bürüyərdi. Təbii ki, bu da insanların rahatlığını, istirahətini pozardı. Şair Bakının bu halından rahatsız olar, hiddətini misralara çevirərdi:

Yenə toz... Aman, bu toz buludları nə istər

Bilməm səndən, ey Bakı, sən ey atəş diyarı!

Sən ey birdən dirçəlib, birdən boy atan şəhər,

Üzərindən qovsana bu iynəli ruzgarı!

Şair "bu iynəli ruzgarı" ifadəsini işlətməklə əslində uşaqlıqdan bəri Bakının iynə kimi üz-gözünü deşən, qarşısına keçən hər bir şeyi silib-süpürən küləyini hədəfə alır.

Şair şeirində bir tərəfdən qoca, uca təbiəti qınayırsa, digər tərəfdən, Bakını bizə miras qoymuş vətən övladlarının, eləcə də qoynunda yaşayıb, yaradan insanların təbiətə biganə münasibətini önə çəkir, onları şəhəri yaşıllaşdırmamaqda, ağac, gül-çiçək əkməməkdə suçlayır:

Fəqət onlar yapmadı, əkmədilər bir ağac,

Bir bağ salmadılar heç qum dolu çöllərində,

Bir yetimin halını andıran bu ehtiyac

Təmin olunur ancaq bu günün əllərində.

Sapsarı bir kölgənin qubarlı əllərilə küləklərin pəncərəsini vurmasını istəməyən şair əslində bu küləklərdə, həm də bir romantika axtarışındadır:

Neçin sokaklarından yolçular ötən zaman

Saçlarını oxşamaz lətif əsən küləklər?

Neçin yanıq çöllərin bitirməmiş bir fidan?

Neçin sinəni öpməz gözü yaşlı çiçəklər?

Tozanaqla müşahidə olunan bu güclü küləyin Müşfiqin həyat sevgisi qədər sevdiyi, ömür-gün yoldaşı Dilbər xanıma, onun gözəlliyinə zərər yetirməsin deyə, onu bədii formada dilə gətirən, ona etiraz edən şair deyirdi:

O Dilbərin... qaşları altındakı güllər, ah,

Rəvamıdır bulansın zəhərli tozlarına?

O bir yaz səhərindən daha şux olan nigar,

Rəvamıdır sıxılsın hər acı ruzgarınla?

Mikayıl Müşfiq qəlb, ruh şairi, ilham şairi idi. O, həm ruzgarın xəfif pıçıltısındandan, dənizin şıltaq ləpələrinin ahəngindən, həm quşların cəh-cəhindən, yağışın şırıltısından, həm də Xəzər üzərində pərvaz edən qağayıların qıy səsindən, başqa sözlə, təbiətdəki insan qəlbini riqqətə gətirən hadisələrdən ilhamlanar, beynindən keçən hissləri misralara köçürərdi. Bu əsnada, şairin məhz küləklərə münasibətini önə çəkmək, paralel aparmaq istəyirəm. Şair "Tozanaq" şeirində haradasa küləyə üsyan edirsə, onu "iynəli ruzgar", "dəmir qanadlı yellər" adlandırırsa, "Küləklər" şeirində isə romantik prizmadan baxaraq, onun könül rübabının siminə bənzədir, ona "səyyah", "bəstəkar", "bəxtiyar", həmzəban küləklər - deyə xitab edir.

Xalq artisti Eyyub Yaqubovun ifasında insan qəlbinə yol tapan "Küləklər" mahnısını dinlədikcə, gözəl sənətkarımız M.Müşfiqin küləklərlə həmsöhbət olduğuna şahidlik edirsən. Məhz bu paralellik M.Müşfiqin zamanın nəbzini tutmasından, küləklərlə dialoqa girməsindən xəbər verir:

Baxınız yurdumda kükrəyən axına,

Başlamış fikrilə dünyada basqına:

Sizə bir sözüm var, gəliniz yaxına,

Ey böyük gəzici,

Bəstəkar küləklər,

Dünyanı dolaşan

Bəxtiyar küləklər.

"Tozanaq" şeirində əslində şair "iynəli ruzgar", "tozanaq" deməklə, bir növ yaşadığı o dövrə etirazını bildirir. Müşfiq həyata nikbin baxırdı və əmin idi ki, zaman gələcək, xalqımız azadlığına qovuşacaq, Azərbaycan müstəqil olacaq və paytaxtlar şəhəri, küləklər şəhəri, cənnət Bakı şəhəri gündən-günə çiçəklənən, gözəlləşən, yaşıllaşan, bağlar və xiyabanlar, güllü-çiçəkli, ağaclı, hər tərəfi meşə zolaqları ilə əhatə olunmuş, füsunkar, gözəl, abad bir şəhərə çevriləcək. Bu arzu, bu istəyi həmin şeirdə Müşfiq uzaqgörənliklə belə təsvir edir:

Mən istərəm dörd yanın ormanlarla qapansın,

Nəfəs alıb verəsən göy yapraqlar içində.

Mən istərəm gənc oğlun, mən istərəm gənc qızın

Gəzdikcə zövqə dalsın kölgə bağlar içində.

O zaman Vaqif kibi, şaqrayan Nədim kibi,

Sayrıyaraq həvəslə kim eyləməz tərənnüm?

Onda hansı şairin hasil olmaz mətləbi!

Ağaclıqlarda ellər eylədikcə təkəllüm?

Bağırarkən şeirimi mən bar-bar üfüqlərə,

Onda göy saçlarını oxşayan dadlı yellər,

Deyil dəmir qanadlı, ipək qanadlı yellər

Bəstələyib şeirini qaçarlar üfüqlərə.

Ey böyük sənətkar, ey sevgili Müşfiq! Sənin təxminən 100 il öncə dilə gətirdiyin, arzuladığın, həsrətində olduğun diləklər bu gün çin olub. Bakı həqiqətən də gözəl, modern, füsunkar, həsəd aparılası bir şəhərə çevrilib. Bakı gündən-günə abadlaşır, dünyanın mədəniyyət mərkəzinə çevrilib. Artıq "iynəli küləklərə", "dəmir qanadlı yellərə", göz dələn tozanağa rast gəlinmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı köklü islahatlar nəticəsində Bakı dünyanın ən nadir, füsunkar şəhərlərindən biri kimi özünü təsdiq edib. Bu inkişaf, bu tərəqqi davam edir. Əziz Müşfiq, özün də dediyin kimi:

Mənim könlüm deyir ki,

Hələ bunlar nədir ki,

Böyük günlər, şanlı günlər, şən günlər

hələ qarşımızdadır!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Dekabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan nümayəndə heyəti Oljas Süleymenova həsr olunmuş beynəlxalq forumda iştirak edir FOTO

26 May 2026 15:33see198

Alyona Əliyeva: Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram

27 May 2026 01:19see194

Zehni və sinir sisteminizi necə gücləndirmək olar..?

26 May 2026 20:49see190

Tbilisidə Röya Ayxan coşğusu!

27 May 2026 03:20see187

Azərbaycanda Qurban bayramı qeyd olunur

27 May 2026 00:03see178

Masada 3 ssenari var: Hansı ağır gələcək?

26 May 2026 19:36see178

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

27 May 2026 09:46see178

Yekun sənədi imzalayacağıq Mirzoyandan TRİPP AÇIQLAMASI

26 May 2026 23:17see177

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

27 May 2026 01:41see172

Aviabiletləri Azərbaycan dövlətini istəməyənlər bahalaşdırır AZAL la bağlı elə şeylər açıqlandı ki… KONKRET

27 May 2026 15:14see169

NASA hər ay Yerin peykinə pilotsuz gəmilər göndərəcək

27 May 2026 06:14see168

Belarusda işçilər “yoxa çıxır”...

26 May 2026 21:15see167

SEPAH Hörmüzdəki 25 gəmi ilə bağlı qərarını verdi

27 May 2026 01:08see165

“Lill”in baş məşqçisi “Fənərbağça” ilə oyundan danışdı

27 May 2026 14:43see165

Nəriman milliyə dəvət olundu FOTO

27 May 2026 22:21see160

Mourinyo “Barselona”dan onu istəyir

27 May 2026 16:39see160

Azərbaycan liderinə təbriklər gəlməkdədir

27 May 2026 01:14see159

28 May Respublika Günü qeyd olunur

28 May 2026 01:18see158

İnşaatda yeni dövr başlayır: Poladdan yüngül, zəlzələyə və suya davamlı yeni material gəldi

28 May 2026 00:38see148

Robertson “Tottenhem”ə keçir: “Yuventus” gecikdi

28 May 2026 01:26see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri