Icma.az
close
up
RU
Qəlbin ruhu Müşfiq

Qəlbin ruhu Müşfiq

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yazmaram, ürəyim sizi anmasa,

Sizin eşqinizlə alovlanmasa

El kəsib qarşımı burdaca sordu:

Gözdən yaş çıxarmı, ürək yanmasa?

Qonçə açılarmı, bahar olmasa?

Şölə titrəyərmi, rüzgar olmasa?

Bu nəğmə  ruhumdan qoparmı bilməm,

Mənə ilham verən dostlar olmasa?!

Yəqin ki, misraları oxuduqda onun milyonların əbədi sevgisini qazanmış, romantik və lirik sair olan Mikayıl Müşfiq olduğunu bildiniz. Bəli, Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının klassiki, türk dünyasını böyük sənətkarı, alovlu söz ustadı, pedaqoq, tərcüməçi kimi şöhrət qazanmışdır.

“Müşfiq” – şəfqətli, mərhəmətli, mehriban ürəyi yumşaq, şövqlu, həvəsli mələk deməkdir.

Məhz, Mikayıl Müşfiq sövqlü mələk kimi şeirlərində oxucusunun qəlbində şəfqət, mərhəmət hissləri aşılayır, onları mehriban olmağa səsləyir. Bunu Müsfiqin demək olar ki, bütün şeirlərində görmək olur.

Azadlıq sevdalısı olan Mikayıl Müşfiq sənətinin qüdrəti ilə ən çox xatırlanan, sevilən ən qüvvətli, ən qüdrətli söz sərrafı kimi insan qəlbində əbədi heykəl ucaldaraq ölməzlik qazanmışdır.

Müşfiqin xoşbəxtliyi həm də ondadır ki, ona ümumxalq məhəbbəti, daimi dövlət qayğısı vardır. Artıq neçə onilliklərdir ki, Müşfiqin həm qətlə yetirildiyi, həm də doğum günü Müşfiqsevərlər tərəfindən böyük coşqu ilə, məhəbbətlə, təntənə ilə qeyd olunur.

Bu günlərdə “Könüllülər” Kitabxana İctimai Birliyinin təşkilatçılığı, Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin dəstəyi ilə Bakı şəhərində ədibin büstü önündə anım tədbiri keçirilib.

Gülqoyma mərasimindən sonra tədbiri giriş sözü ilə açan, uzun illər Müşfiq tədbirlərinin təşkilatçısı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə Müşfiqin həyat və yaradıcılıq yoluna nəzər yetirdi. Xüsusilə, vurğuladı ki, Müşfiq heç də hər bir sənətkara nəsib olmayan bir zirvəyə, klassik zirvəsinə yüksəlib, özü də 29 yaşında. Müşfiq həm bir sənətkar, həm də bütöv şəxsiyyət kimi xatırlanır, sevilir. Ruhun, qəlbin dili Müşfiq şeiriyyatında, Müşfiq şeirlərinə yazılmış mahnilardadır.

Sonda o, vurğuladı ki, Müşfiq heç bir zaman qocalmayan, hər zaman gördüyümüz o 29 yaşlı nurlu, gözəl siması ilə yaddaşlarda qalacaq, yaşayacaq. 

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova tədbir iştirakçılarına Müşfiqlə bağlı həyata keçirilən dövlət qayğısından söz açdı. Özü də Müşfiq sevdalısı olduğundan vurğuladı ki, hazırda ruhumuzun dincəldiyi Müşfiq bağındayıq. Qəlbimizdə Müşfiqə sevgi, məhəbbət o qədər böyükdür ki, onun hər bir tədbirinə ürəklə, coşqu ilə gəlirik. Musiqisevər insan kimi deyə bilərəm ki, harada duyğulu, mənalı, həzin, ürəyə yol tapan mahnı varsa, görürsən həmin mahnının sözləri ölməz Müşfiqə məxsusdur.

Şair-dramaturq, Şair-qəzəlxan Mahcamal Babayeva, şairlər Anar Məmmədov, Günəş Hüseynov Müşfiqə həsr olunmuş şeirlərini oxudular., “Qobbustan” dərgisinin baş redaktoru Pərvin Nurəliyeva şair haqqında fikirlərini bölüşdü.

Filologiya elmləri doktoru, professor Şəfəq Əlibəylinin şairin büstünün ilk açılışı günü iştirakıyla bağlı xatirəsini böyük sevgi ilə tədbir iştirakçılarına çatdırdı.

Yasamal rayonu M.Müşfiq adına 18 nömrəli məktəbin 9b sinif şagirdi Musa Məmmədzadə “Gecə düşüncəsi” şeirini səsləndirdi.

Tədbirdə iştirak edən incəsənət xadimləri – xalq artisti Gülyaz Məmmədova, müğənnilər – Nicat Cəfərzadə, Sərxan Bünyadzadə, Rasim Səfər şairin sözlərinə bəstələnmiş mahnı ifaları ilə tədbirə xüsusi rəng qatdılar.

Sonda Müşfiq irisinin təbliğində xüsusi xidmətlərinə görə bir qrup Müşfiqsevər – Kəmaləddin Heydərov, Hacı Salayev, Mahcamal Babayeva, Reyhan İsmayılzadə, Gülyaz Məmmədova, Sərxan Bünyadzadə, Rasim Səfər, Toğrul Abdullayev, Emil Seyidəliyev “Könüllülər” Kitabxana İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif olundular.

Tədbirdə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, filologiya elmləri doktoru, professor Şəlalə Həsəvova, tanınmış elm, mədəniyyət xadimləri, ədiblər, Yasamal rayon ictimaiyyəti, müşfiqsevərlər iştirak edirdilər.

Sonda maşın karvanı Xızıya, Sayadlar kəndinə Müşfiqin dədə-baba torpağına yan aldı.

Müşfiq ocağında şairin büstü önündə gülqoyma mərasimindən sonra, anım tədbiri başlandı.

Tədbiri giriş sözü ilə açan Əməkdar müəllim, Prezident təqaüdçüsü, şair Ofelya Babayeva Müşfiq sənətinin qüdrətindən, onun şəxsiyyət kimi böyüklüyündən söz açdı.

Çıxışçılar - xalq artisti Şəfiqə Eyvazova, şair əməkdar müəllim Nəcməddin Mürvətov, əməkdar jurnalist Qafar Əsgərzadə, əməkdar müəllim Xatirə Həşimzadə və digərləri Müşfiqin sənət dünyasından bəhs etdilər.

İsmayılzadələr nəslinin nümayəndəsi Reyhan İsmayılzadə tədbirlərin təşkilinə görə ailəsi adından təşəkkürünü bildirdi.

Tədbirdə M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin şagirdləri kompozisiya ilə çıxış etdilər.

Tədbirdə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəsi Mönsüm Bağırov, Xızı RİH-nin məsul işçisi Abdulla Hüseynov, tanınmış elm, mədəniyyət, idman xadimləri, ədiblər, Xızı rayon ictimaiyyəti iştirak edirdi.

Bəli, hər il olduğu kimi bu il də Müşfiq adına layiq anıldı, onun doğum günü təntənə ilə keçirildi. Müşfiq sənəti ölməz olduğu kimi, gələcəkdə bu qəbil tədbirlər davam etdiriləcəkdir. Mikayıl Müşfiqin təbirincə desək:
 

Mənim könlüm deyir ki,

Hələ bunlar nədir ki,

Böyük günlər, şanlı günlər

Şən günlər, hələ qarşımızdadır.

Müşfiqin ruhuna dərin hörmətlə
 

Azadə Əsgərzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri