Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Müşfiqsiz 87ci 6 yanvar: O, yenə gözəl xatırlanır…

Müşfiqsiz 87ci 6 yanvar: O, yenə gözəl xatırlanır…

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Şair olmaq heç də asan deyil. Fərqli yaradılmalısan. Bir küçədən, bir dalandan keçəndə, bir bağa yolun düşəndə sübhün şehini yarpaqlar üzərində görməyi bacarmalısan. Payızın xəzəlinin pıçıltısını duymalısan. Qisməti, taleyi ayaqlar altında xışıltı nəğməsi oxumaq olan yarpaqlarla danışmalısan. Bir bağın gülünün, çiçəyinin bəzən qönçəsi, bəzən günəşə boylanan tam açmış gözəli, bəzən solub kolların altına tökülən ömrü bitmiş ləçəyi olmalısan...

Şair olmaq asan deyil... Onların ürəyi tam başqa olur. Gözləri tam başqa baxır, beyinləri tam başqa çalışır. Bir söz eşidəndə qulaqlarından birbaşa qəlblərinə axır, oradakı ələkdən keçib ya sözə çevrilib kağızlar üzərinə səpələnir, ya da ruha çöküb oradaca qalır, saçları ağardır... Onlar baxdıqlarını həm də görəndirlər. Təbiətin bir gözəlliyinə, bir qəribəliyinə, küçədəki bir gözələ, xiyabandakı bir ağaca, çiçəyə, şəhərdəki minlərlə insana hamı baxır, lakin görmək bir ayrıdır, yanaşmalar, hiss edilənlər və bir də ən əsası duyğular tam başqadır... 117 il əvvəl isti yay günlərindən birində dünyaya gözlərini açan, bəhs etdiyim bu duyğuların hər biri anadangəlmə qanına, canına hopan, qışın oğlan çağında-yanvarda isə qısacıq ömrü tamamlanan bir Müşfiq vardı. Ətrafa qəlbinin gözləri ilə baxan, ürəyi Vətəninə, anasına, sevdiyinə və ümumilikdə gördüyü hər nələrəsə qəribə bir məhəbbətlə dolu Müşfiq... Bu dünyadan cəmi 29 il, 8 ay qoparıb ona baxmağı bacaran, sevgisi yarımçıq, ömrü yarımçıq Müşfiq... Heç Dilbərindən doymayan, sevgilisinə illərini verə bilməyən Müşfiq... Dünyanın ən gözəl ətrini-övlad ətrini çiyərlərinə çəkib gözlərini yumaraq nəfəsini buraxdığı an qədər onun sahibi olan, gözlərini açdığı an əllərindən axıb gedən bala həsrətli Müşfiq...

Bir qərinəyə yaxın…

Cəmi bir qərinəyə yaxın ömrünün silinməz izlərini bu xalqın ədəbiyyat tarixinə möhürləmişdir. Ən gözəl təbiət, sevgi nəğmələrini bizə qoyub getmişdir. O nəğmələr ki, o gün bu gün milyonlarla gəncin sevgi nəğmələridir. Məktublarda, ismarıclarda sevgi mesajlarıdır. Yəni sevənin sevdiyinə sevgisini o şeirlərdən gözəl anladanı varmı? Çünki o şeirlər bütün gənclərin sevdiyi yaşda yazılmışdı. Çılğınlıqla, sevginin gözlərini yumub, qəlbin gözlərini açmaqla, yalnız bu gözlərin gördüyü, hiss etdiyi duyğularla yazılmışdı:

Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,

Yarı qönçə, yarı gül.

Səni gördüm, xəyalım o qədər yüksəldi ki,

Mənə öylə gəldi ki,

Bizə bu nazlı aləm görünərdi qaranlıq,

Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.

Axı sevdiyi insanın hər anı xoş gəlir insana. Düşünürsən ki, o gülüş, o yeriş, o cizgilər ondan başqa heç kimdə belə gözəl deyil. Elə Müşfiq də belə düşünüb, belə yazırdı:

Sənin gülüşlərin bir ruzgar kimi

Əsərkən arzumun gülü açılır.

Gülsə dodaqların ulduzlar kimi

Ruhuma bir sərin işıq saçılır.

Sevgi oxşayır sevənin ruhunu, alır onu özündən, yerdəmi, göydəmi olduğunu hiss etmir. Bəzən araya inciklik düşər, sevənə bu an rüzgar kimi gələr, bəzən ayrılıq düşər, sevənə bu qar kimi gələr, lakin bütün bunların fövqündə dəruni bir hiss var, adı sevməkdir. Uzaqları yaxın, inciklikləri şirin edən, hər halı ilə sevgini dərinləşdirən, qəlbi dindirən sevgi. Müşfiqin sevgisi:

Sevgi vardır ki, dodaqlarda açar güllərini,

Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.

Sevgi vardır oxudur qəlbdə bülbüllərini,

Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Günlərin bir günü sevdaya düşəndə necə Müşfiqi anmayasan?

Mən ki, bilməz idim nədir məhəbbət.

Bu sirri sən mənə anlatmadınmı?

Dünyaya sığmayan şair könlümü

Köksümdən çıxarıb oynatmadınmı?

Və milyonlarla gəncin verdiyi qərar da elə şairin verdiyi qərar kimi olur:

Mehriban sevgilim qarşımda durdu,

Yenə şairliyim başıma vurdu,

Məndən məcnun könül maraqla sordu:

-Bu saçı leyladan necə əl çəkim?

Açıq pəncərələrdən bayıra süzülən tarın nəğməsidir, Müşfiq. Bir tarın susmamasıyla bir xalqın susmamasına, hüriyyətinə çağırış səsidir onun səsi:

Oxu, tar!..

Utanma, oxu, tar!

Mədənli Bakımın,

Pambıqlı Gəncəmin,

İpəkli Şəkinin

Acısı, şərbəti,

Alovlu sənəti!

Yay gələ, bağ vaxtı ola, necə anmayasan şairi ki:

Yenə o bağ olaydı, yenə yığışaraq siz,

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim.

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər-axşam.

Arzuya bax, sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?-, deyirdi, hisslərini, duyğularını misralara köçürməklə yaşayırdı.

Ömrün sonuna doğru

ARAYIŞ. NKVD-nin 27 may 1937-ci ildə təhlükəsizlik kapitanı Çinmanın tərtib etdiyi arayışda qeyd olunmuşdu: “Mikayıl Müşfiq hal-hazırda “Müsavat” gənclər təşkilatı ilə əlaqə saхlayıb, partiya və hökumətin ünvanına böhtanlar deməkdən çəkinmir” .

Bundan əlavə arayışda Müşfiqin “Azərbaycanın öz azadlığı yoхdur, o, Rusiyanın koloniyasında yaşayır” kimi qızışdırıcı sözləri ilə хalqın arasında narazılıq yaratmaq istəyi iddia olunurdu. Həbs olunmuş müttəhimlərin “könüllü” surətdə yazdığı izahatlar da nəzərə alınmış və müstəntiq tərəfindən hazırlanan həmin arayışa əsasən Mikayıl Müşfiqin adına iyunun 3-də 508 nömrəli order yazılmış, cümə günü, iyun ayının 4-də isə evində həbs edilmişdi.

Hüseyn Cavid, Əhməd Cavadla eyni fikirli, eyni ruhlu gənc şair, bəli, Azərbaycanın hüriyyəti, azadlığı üçün mübarizə aparanlardan idi. Üsyankar şair “Azərbaycanın öz azadlığı yoхdur, o, Rusiyanın koloniyasında yaşayır” sözlərini demişdi. Stalini, Lenini, sovet quruluşunu mədh edən əsərlər də yazmışdı. Lakin bu əsərlər sadəcə gözdən pərdə asıb arxasında xalqının istəklərini həyata keçirmək üçün Müşfiqin həmin quruluşa nifrətinin məhsulları idi. Bütün bunlar isə kənardan açıqca görünürdü. Və şairin ətrafındakı paxılların satqınlığı onun gənc ömrünün baharını qışa çevirməkdəydi. Özünün də dediyi kimi:

Mən gəncəm bilirəm istiqbalım var,

Hələ bədr olmamış bir hilalım var.

Yelkənim açılır, qara yel əsmə,

Mənim bu dəryada bir sandalım var!

Bir külək əsirdi şairə sarı. Qorxulu bir külək. Qoparıb onu elindən, Dilbərindən, qələmindən, dostundan aparmaq istəyirdi. Apardı da. Şairin “Küləklər”i kimi:

Bəziniz qorхulu, bəziniz qorхusuz,

Bəziniz duyğulu, bəziniz duyğusuz,

Bəziniz uyqulu, bəziniz uyqusuz,

Кüləкlər, кüləкlər, еy sərin кüləкlər,

Sizdə var qoхusu hər yеrin, кüləкlər!

Son doğum günü

1937-ci il iyunun 5-də şairin 29-cu doğum günündə ilk istintaq keçirilir. Bu, şairin son doğum günü olur. Günahsızlar kürsüsündə müttəhim kimi doğum gününü qarşılayan şairin. Və 5 iyun istintaqı özündən sonrakı bir neçə istintaqla şairi 30 yaşa çatdırmayacaq bir nöqtəni qoyacaqdı. Müşfiqin nakam ömrünün nöqtəsini. Bu nöqtə repressiyanın yüzlərlə qurbanı üçün qoyulsa da, həm də ədalətsizliyə xitam nöqtəsi idi. Odur ki, bu dünyanın Müşfiq kimi ədalətli insanları hər zaman özünün də yazdığı kimi gözəl xatırlanacaqlar:

Məni gözəl xatırla,

Bunlar son misralar

Fərz et ki, bir külək idim, əsib keçdim həyatından

Ya da bir yağmur, sel oldum çöllərdə

Sonra torpaq çəkdi suyu canına

Yox olub getdim, bəlkə röya idim səninçün

Oyandın və mən bitdim.

Müşfiqin sonuncu istintaqı 27 noyabr 1937-ci ildə olur. SSR Ali Məhkəməsi hərbi kollegiyasının səyyar sessiyası 5 yanvar 1938-ci ildə onun haqqında güllələnmə qərarı çıxarır. Hökm yanvarın 6-da Nargin adasında yerinə yetirilir.

Budur, Müşfiqsiz 87-ci 6 yanvar. O, yenə də gözəl xatırlanır. Həmişə də gözəl xatırlanacaq...

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri