Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

MÜSİAD Azərbaycan İsmayıllıda iftar süfrəsi təşkil edib FOTOLAR

MÜSİAD Azərbaycan İsmayıllıda iftar süfrəsi təşkil edib FOTOLAR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

MÜSİAD Azərbaycan İctimai Birliyi tərəfindən Müqəddəs Ramazan ayı münasibətilə İsmayıllı rayonunda şəhid ailələri, qazilər və rayonda yaşayan Axısqa türkləri üçün iftar süfrəsi təşkil olunub.

Modern.az xəbər verir ki, proqramda Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgün,MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbər və nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri və MÜSİAD Azərbaycan üzvləri iştirak edib.

İftar proqramından əvvəl MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və digər rəsmi şəxslər Şamaxı rayonunda yerləşən Şamaxı Türk Şəhidliyini, Qobustan rayonunun Ərəbşalbaş kəndində yerləşən Ərəbşalbaş Türk Şəhidliyini, İsmayıllı rayon Şəhidlər Xiyabanını və rayonda yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

İftar proqramında çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün iki ölkə arasındakı möhkəm qardaşlıq münasibətlərinə diqqət çəkib. O, Türkiyə və Azərbaycanın çətin zamanlarda bir-birinə dəstək verərək əmin-amanlıq içində yaşadığını vurğulayıb.

6 fevral tarixində Kahramanmaraşda baş vermiş zəlzələnin qardaşlıq əlaqələrinin daha da aydın və şəffaf görünməsinə səbəb olduğunu qeyd edən Birol Akgün çıxışında bildirib:

"Biz eyni millətin iki övladıyıq. Dilimiz bir, dinimiz bir, bayraqlarımız bir, ayparalarımız bir."

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov proqram iştirakçılarını salamlayaraq iftar süfrəsinin təşkilinə görə MÜSİAD Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. O, şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyini vurğulayıb və qazilərin qəhrəmanlığının xalqın yaddaşında əbədi yaşayacağını qeyd edib.

Mahmud Süleymanov MÜSİAD Azərbaycan İctimai Birliyinin sosial məsuliyyətin gücləndirilməsi və iqtisadi əməkdaşlıqların inkişafında mühüm rol oynadığını bildirərək dərnəyin fəaliyyətini yüksək qiymətləndirib. O, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərini xüsusi vurğulayaraq qeyd edib:

"Türkiyə və Azərbaycan sadəcə dost ölkə deyil, eyni tarixə, eyni talehə, eyni qəlblərə sahib olan iki qardaş dövlətlərdir."

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan  Müqəddəs Ramazan ayı münasibətilə iftar proqramında iştirak edən qonaqlara səmimi arzularını çatdırıb. O, tutulan orucların və edilən ibadətlərin Uca Allah dərgahında qəbul olunmasını diləyib.

Çıxışında Fuat Kayhan MÜSİAD Azərbaycanın əsas fəaliyyət istiqamətləri, eləcə də Ramazan ayı çərçivəsində həyata keçirilən sosial və humanitar təşəbbüslər barədə məlumat verib. O, Türkiyə və Azərbaycan arasında qədim dostluq və qardaşlıq əlaqələrinin mövcudluğunu vurğulayaraq bu əlaqələrin ortaq tarixi, dil birliyi, oxşar mədəniyyət və adət-ənənələr əsasında inkişaf etdiyini qeyd edib.

Sədr həmçinin şəhid ailələri və qazilərin cəmiyyətdə xüsusi hörmətə layiq olduqlarını, onların daim dövlətin və cəmiyyətin diqqət və qayğısı ilə əhatə olunmasının vacibliyini diqqətə çatdırıb.

İftar süfrəsində din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının mənəvi dəyərləri və fəzilətləri haqqında söhbətlər aparılıb.

Proqramdan sonra rəsmi qonaqların iştirakı ilə rayonda yaşayan Axısqa türkləri ilə görüş keçirilib və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MÜSİAD Azərbaycan tərəfindən hər il Ramazan ayında regionlarda ənənəvi iftar proqramları təşkil olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Mart 2026 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri