Saatlıda növbəti qanvermə aksiyası təşkil olunub
Icma.az, Azertag saytına istinadən bildirir.
Saatlı, 21 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı rayonunda növbəti qanvermə aksiyası keçirilib.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə qanvermə aksiyası talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən, eyni zamanda təcili əməliyyata ehtiyacı olan insanların sağlamlığını qorumaq, onların həyatını xilas etmək məqsədilə həyata keçirilib. Aksiyada Saatlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrin kollektivləri və rayon ictimaiyyəti iştirak ediblər. Ötən illərdə olduğu kimi bu il də rayonda keçirilən qanvermə aksiyasında ümumi fəallıq müşahidə olunub. Unutmayaq ki, hər damla qan insana ümid, ailəyə sevinc, həyata yeni nəfəs deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 21 Avqust 2025 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















