Icma.az
close
up
RU
Musiqi dünyasına səyahət

Musiqi dünyasına səyahət

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

2026-cı il 15 may tarixində Müslüm Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin “Musiqi dünyasına səyahət” adlı yekun konsert proqramı baş tutub.

XQ xəbər verir ki, ilin yekun konsertində məktəbin şagird və müəllimləri 22 nömrədən ibarət musiqi proqramı ilə çıxış ediblər. Proqram çərçivəsində təqdim olunan musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Məktəbin şagirdlərinin ifasında səslənən klassik və müasir əsərlər tədbirə xüsusi rəng qatıb. 

Tədbirdə tarzən Elşən Tahirovun bədii rəhbərliyi ilə məktəbin xalq çalğı alətləri ansamblı rəngarəng repertuarlarla çıxış edib. Həmçinin məktəbin vokal müəllimi Dimitriy Babayevin şagirdlərinin ifasında möhtəşəm ifalar təqdim olunub. 

Konsertin bağlanış nömrəsini pedaqogika üzrə fəlsəfə doktoru peşəkar xormeyster Vüsalə Məmmədovanın rəhbərliyi ilə məktəbin birləşmiş xoru yüksək ustalıqla təqdim edib. Uzun illərə söykənən pedaqoji və yaradıcılıq fəaliyyətinə malik V.Məmmədovanın əməyi nəticəsində xor kollektivi yüksək səhnə mədəniyyəti, zəngin musiqi duyumu və peşəkar ifaçılıq xüsusiyyətləri ilə tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb. Xor kollektivi konsert proqramında bir-birindən maraqlı nümunələr təqdim edib. İfa olunan musiqilər sırasında xalq mahnıları, bəstəkar əsərləri və vətənpərvərlik ruhunda kompozisiyalar yer alıb. Proqramda Azərbaycan xalq mahnısı “Sarı gəlin”, A.Borodinin ən əhəmiyyətli əsərlərindən olan “Knyaz İqor” operasından qızların xoru, L.Mehdiyevanın “Bizimdir gələcək” və A.Səmədzadənin “Can Azərbaycan” əsərləri ifa olunub. Onu da qeyd edək ki, ifa zamanı xor kollektivini konsermeysterlər Lalə Mehdiyeva və Nigar Hüseynzadə müşayiət edib.

Tədbirin sonunda musiqi məktəbinin direktoru Gülşən Quliyeva çıxış edərək əsərlərin yüksək səviyyədə təqdim olunmasını müəllim və şagirdlərin birgə əməyinin nəticəsi kimi qiymətləndirib. Gənc istedadların inkişafına göstərilən diqqət və qayğıya görə məktəbin bütün müəllim kollektivinə minnətdarlığını bildirib. Yekun konsert proqramının məktəbin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Həmçinin G.Quliyeva bu cür tədbirlərin şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılmasında və estetik zövqünün formalaşmasında mühüm rol oynadığını da qeyd edib. Eyni zamanda, tədbirin yüksək səviyyədə təşkilinə görə bütün təşkilatçılara təşəkkürünü bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 May 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri