Icma.az
close
up
RU
“Musiqi dünyası”na elmi səyahət

“Musiqi dünyası”na elmi səyahət

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 2 may, AZƏRTAC

Bu günlərdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Musiqi dünyası” adlı kitabı çap olunub.

AZƏRTAC xəbər verir ki, kitabda akademik İsa Həbibbəylinin müxtəlif illərdə qələmə aldığı Azərbaycanın musiqi sənətinə, eləcə də görkəmli musiqi xadimlərinə həsr edilmiş məqalələri, araşdırma yazıları, həmçinin mahnı mətnləri, notlar və müxtəlif tədbirlərdən fotolar təqdim olunur.

“Musiqi dünyası” kitabında “Azərbaycan muğam elmi: reallıqlar və perspektivlər”, “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri”, “Yallı azərbaycançılıq möhürüdür” sərlövhəli yazılar, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgər haqqında araşdırmalar oxuculara çatdırılıb. Bundan başqa, kitabda dahi bəstəkar Üzeyir Hacıbəyli, dünyaşöhrətli Azərbaycan müğənnisi, Xalq artisti Müslüm Maqomayev, pianoçu və bəstəkar, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan opera müğənnisi, Xalq artisti Xuraman Qasımova, məşhur kamança ifaçısı, Xalq artisti Ağacəbrayıl Abasəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və digər musiqi xadimlərinin yaradıcılığına, Azərbaycan musiqi tarixi elminin tanınmış yaradıcısı akademik Zemfira Səfərovanın elmi fəaliyyətinə həsr olunmuş məqalələr yer alıb.

Topluda təqdim olunan tədqiqat xarakterli araşdırmalar aşıq sənətinin nümayəndələri Aşıq Ələsgər, Dədə Şəmşir və Pir Sultan Abdalın yaradıcılığını əhatə edir.

Bundan başqa, “Musiqi dünyası” kitabında bir sıra mahnıların mətnləri və şeirlərə bəstələnmiş notlar verilib. Toplunun “Foto-təqdimat” hissəsində isə müxtəlif məkanlarda keçirilmiş musiqi və poeziya dünyasına həsr olunan tədbirlərdən xatirə fotoları yer alıb.

Kitabın elmi redaktoru AMEA Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri akademik Zemfira Səfərova, tərtibçisi isə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri dosent Ağahüseyn Şükürovdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri