Icma.az
close
up
RU
Musiqi elminə yeni töhfələr

Musiqi elminə yeni töhfələr

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, bu il dahi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyidir. Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin 3 fevral 2025-ci il tarixli sərəncamı ilə bu yubiley həm ölkəmizdə, həm də onun hüdudlarından uzaqlarda böyük təntənə ilə qeyd olunur. Musiqi ictimaiyyətinin hər bir nümayəndəsi bu yubileyə öz töhfəsini verməyə çalışır. Daha doğrusu, hər bir musiqiçi Üzeyir bəyin ruhuna minnətdarlıqla onu yad edir. Amma elə bir görkəmli ziyalımız var ki, o, yalnız Üzeyir Hacıbəyli haqqında yazmaqla kifayətlənmir, onun dünyada təbliği üçün də əlindən gələni əsirgəmir. Bu, görkəmli alim, sənətşünaslıq elmləri doktoru, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Zemfira Səfərovadır.

Zemfira xanımın Üzeyir bəy irsinə olan sonsuz məhəbbəti onun elmi və yaradıcılıq fəaliyyətinin əsas qayəsidir. Bu yerdə onun Üzeyir bəy haqqında qələmə aldığı kitablarından bəzilərinə  nəzər salaq:

«Узеир Гаджибеков» (Баку, «Язычы», 1983),  “Üzeyir Hacıbəyovun əsərləri” (çapa hazırlayan ön söz və şərhlər Z.Səfərova), “Leyli və Məcnun” partitura, I və II cildlər (Bakı, “İşıq”, 1984), “Üzeyir Hacıbəyov” (ingilis, fransız, ərəb, fars, türk, rus dillərində. Bakı, “Yazıçı”, 1985). “Ölməzlik”, “Akademik Üzeyir Hacıbəyli: yanan ürəyin aydınlığa çıxan sənəti” (Bakı, “Elm” 2015), “Türk dünyasının müzik yıldızı – Üzeyir Hacıbəyli” (Ankara: TULPARS, 2016).

Qeyd olunan mənbələr Üzeyir bəy haqqında Zemfira Səfərovanın tədqiqatlarının az bir hissəsidir. O, yeganə musiqişünas alimdir ki, təkcə Üzeyir bəylə bağlı 30-dan çox kitabların müəllifidir və bunlar yalnız Azərbaycan dilində deyil, müxtəlif dillərdə işıq üzü görüb. Zemfira xanımın Üzeyir bəy haqqında kitablarının rus, ingilis, macar, türk, serb, ərəb və başqa dillərə tərcümə olunması Üzeyir bəy irsinin təbliğinə də mühüm təkan verən elmi mənbələrdir.

Elmi və yaradıcılıq fəaliyyətinin 60 ilini Üzeyir irsinə həsr edən alim, bu gün də öz dəyərli tədqiqatları ilə musiqi elminə yeni töhfələr bəxş edir. Bununla da Zemfira xanım Üzeyirbəyşünaslığa sədaqətliliyini, özünün yüksək elmi potensialının son dərəcə aliliyini ifadə edir. Zemfira xanım Üzeyir dünyasına, Üzeyir musiqisinə bitib tükənməyən məhəbbətini belə ifadə edir: “Mən Üzeyir musiqisinə elə bənd olmuşam ki, o cazibədən çıxa bilmirəm”.

Beləcə, Üzeyir musiqisinin cazibəsindən yeni-yeni kitablar yaranır və Zemfira xanım bir alim olaraq musiqi elminə dəyərli mənbələr bəxş edir.

Əziz oxucular, indi də akademik Zemfira xanım Səfərovanın yeni kitablarından, bu kitabların təqdimat mərasimindən söhbət açaq.

Dekabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans salonunda baş tutan tədbir bir neçə mənada musiqi ictimaiyyəti üçün əhəmiyyətli oldu. Çünki burada akademik Zemfira Səfərovanın kitablarının təqdimatı ilə yanaşı, həm də Zemfira xanımın yetirmələrinin də kitabları təqdim edildi. Bu da onun nəticəsidir ki, Zemfira xanım yalnız özü tədqiqatlar aparmır, o, öz ardıcıllarını da yetişdirir. Belə olduqda biz Zemfira xanımı ustad musiqişünas adlandıra bilərik. Elə isə gəlin əvvəlcə öz kitablarından başlayaq.

Musiqi elminə əvəzsiz töhfələr verən Zemfira xanım 2025-ci il Üzeyir bəyin anadan olmasının 140 illiyinə - «Патриарх азербайджанской музыки Узеира Гаджибейли» - (rus dilində, “Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli”. Баку, “СBS”, 2025, - 304 с.),  “Üzeyir Hajibeyli Life and Creative Career” – (ingilis dilində, “Üzeyir Hacıbəyli. Həyatı və yaradıcılıq fəaliyyəti”. Baku, “Elm”, 2025, - 112 p.) kitablarını bəxş etdi. Bu kitabların hər biri Üzeyir irsinə sədaqətlə xidmət edən, Şərq musiqi elminin dərin qatlarına vararaq orta əsr alimlərinin risalələrini üzə çıxaran və Azərbaycanın musiqi tarixinin 5 cildinin işıq üzü görməsini ərsəyə gətirən nəhəng bir alimin akademik elmi yanaşmasının təzahürüdür.

Zemfira xanımın yüksək səviyyəli elmi və ictimai fəaliyyəti sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadənin yeni işıq üzü görən “Akademik Zemfira Səfərova” kitabında bütün təfərrüatı ilə işıqlandırılıb.

Ülkər Talıbzadənin qələmə aldığı kitabda Zemfira xanımın ömür yolu, yaradıcılığı, ictimai və elmi fəaliyyəti hərtərəfli təhlil olunur. Kitabda öz əksini tapan -  “Z.Səfərovanın yaradıcılığı müasir Azərbaycan musiqişünaslığı kontekstində”, “Z.Səfərovanın “Azərbaycanın musiqi elmi” tədqiqatında Azərbaycan musiqisinin nəzəri problemləri”, “Üzeyir Hacıbəylinin musiqi və elmi irsinin tədqiqində Z.Səfərovanın rolu”, “Z.Səfərovanın tədqiqatlarında musiqişünaslığın aktual problemləri və şəxsiyyətlər”, “Akademik Zemfira Səfərova fotolarda”, “Zemfira Yusif qızı Səfərovanın kitablarının siyahısı”- bölmələrə uyğun olaraq müəllif görkəmli alimin fəaliyyətini tutarlı faktlarla və öz mülahizələri ilə nəticələndirərək oxucuya Zemfira xanımın bir vətəndaş, şəxsiyyət, alim, ictimai xadim olmaqla bərabər, yüksək insani dəyərləri, layiqli övlad, sədaqətli ömür-gün yoldaşı, gözəl ana və nənə timsalında da təqdim edir.

Ülkər Talıbzadənin “Akademik Zemfira Səfərova” kitabı bir daha onu isbat edir ki, akademik Zemfira xanım Səfərova dəyərli mənbələr yaratmaqla özü də dəyərli tədqiqat obyektidir. Bu kitabda Zemfira xanımın elmi fəaliyyəti müxtəlif istiqamətlərdən təhlil olunmaqla sanki musiqişünaslar üçün də musiqi elminin axtarış yolları göstərilir. 

Uzun illər AMEA-nın “Memarlıq və İncəsənət” İnstitutunda musiqi şöbəsinə rəhbərlik edən Zemfira Səfərova  Akademiyanın fəaliyyətində də yaxından iştirak edib. Bu barədə də Ülkər Talıbzadənin kitabında daha ətraflı yazılıb.

Zemfira xanımın bir rəhbər olaraq diqqət və qayğısının bir təzahürü də onun öz kitabları ilə yanaşı, əməkdaşlarının da kitablarının təqdim olunmasıdır. Demək, o, rəhbəri olduğu şöbənin fəaliyyətini də daim diqqət mərkəzində saxlayıb.

Təqdim olunan digər kitablar sənətşünaslıq üzrə fəlsəfə doktorları Lalə Kazımovanın “Füzuli qəzəlləri Azərbaycan musiqisində” və Sehranə Kasiminin “Azərbaycan musiqisinin inkişafı: mədəni tarixi kontekstdə təhlil” adlanır. Bu araşdırmalar da musiqi elminə bəxş olunan yeni və dəyərli töhfələrdir. Bu kitabların hər birinin araya-ərsəyə gəlməsi müəlliflərin tədqiqatları ilə yanaşı, həm də AMEA-nın rəhbərliyi tərəfindən musiqi elminə göstərilən diqqətin ifadəsidir. Təqdimat mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin və digər rəhbər şəxslərin iştirakı da buna misaldır. Bu həm də Zemfira Səfərovanın fəaliyyətinə və şəxsiyyətinə olan yüksək hörmətin təzahürüdür. İndi isə bir qədər təqdimat haqqında.

Əvvəla, bir daha qeyd edirik ki, bu kitabların hər birinin işıq üzü görməsində Üzeyirşünas alim Zemfira Səfərovanın böyük rolu var. Məhz buna istinadən tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Zemfira Səfərovanın kitablarının Azərbaycan musiqişünaslıq elminin inkişafı sahəsində xüsusi xidmətlərini qeyd edib. Təqdim olunan kitabların milli musiqişünaslıq elminə böyük töhfə olduğunu vurğulayıb.

Təqdimatda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ertəgin Salamzadə də çıxış edərək, Zemfira xanımın yüksək elmi potensiala malik fədakar alim olduğunu söylədilər. 

Təqdimat mərasimində sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli “Zemfira Səfərovanın “Üzeyir Hajibeyli Life and Creative Career” kitabı haqqında”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə “Akademik Zemfira Səfərovanın rəhbərliyi ilə Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin 2025-ci il elmi nəticələri və 5 yeni nəşri”, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli “Ülkər Talıbzadənin “Akademik Zemfira Səfərova” kitabı haqqında”, musiqişünas Raya Abbasova “Zemfira Səfərovanın «Патриарх азербайджанской музыки Узеира Гаджибейли» kitabı haqqında” məruzələri dinlənildi.

 Bədii hissədə bəstəkar Sevda Məmmədli Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının mövzuları əsasında “Fantaziya”sını ifa edib. 

Bu maraqlı ifadan sonra akademik Zemfira Səfərova çıxış edərək Üzeyir musiqisindən təsirləndiyini və daim bu musiqidən xüsusi ilham aldığını belə ifadə edib:

“20 il bundan öncə Bəstəkarlar İttifaqında Üzeyir bəyə həsr olunan kitabımın təqdimatı idi. O zaman Xalq artistləri Xuraman Qasımova və Azər Zeynalov Üzeyir bəyin “Arşın mal alan” operettasından “Elə bənd oldum” duetini ifa etdikdən sonra mən də dedim ki, Üzeyir bəy irsinə elə bənd olmuşam ki, 40 ildir onun cazibəsindən çıxa bilmirəm. Bu gün həmin fikrin üstünə 20 il də əlavə edilib. Bəli, 60 ildir ki, Üzeyir bəy musiqisinin cazibəsi məni özünə ram edib”.

Üzeyir bəylə bağlı öz tədqiqatlarından danışan Zemfira xanım digər müəllifləri də yeni kitablarının işıq üzü görməsi münasibəti ilə təbrik edib və tədbirin təşkilində iştirakı olan və eləcə də təqdimat mərasimində çıxış edən hər kəsə öz təşəkkürünü bildirib. Görkəmli Xalq yazıçısı Anar müəllim də Zemfira xanımın fikirlərinə qoşularaq tədbirin təşkili üçün Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ertəgin Salamzadəyə və bütün tədbir iştirakçılarına minnətdarlıq hissini ifadə edib.

Biz də öz növbəmizdə akademik Zemfira xanım Səfərovaya minnətdarıq. Çünki onun elmi və ictimai fəaliyyəti yalnız Azərbaycanın deyil, hətta başqa xalqların da musiqi elminə dəyərli töhfələr verib. Sevimli Zemfira xanıma cansağlığı, uzun ömür və Üzeyir bəy musiqisinin cazibəsi ilə yazıb-yaratmağı arzulayırıq.

Səadət Təhmirazqızı

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi   

Musiqi elminə yeni töhfələr

Musiqi elminə yeni töhfələr

Musiqi elminə yeni töhfələr

Musiqi elminə yeni töhfələr

Musiqi elminə yeni töhfələr

Musiqi elminə yeni töhfələr

Musiqi elminə yeni töhfələr

Musiqi elminə yeni töhfələr

Musiqi elminə yeni töhfələr

Musiqi elminə yeni töhfələr

Musiqi elminə yeni töhfələr

Musiqi elminə yeni töhfələr

Musiqi elminə yeni töhfələr

Musiqi elminə yeni töhfələr

Şəkil sayı: 14

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see557

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see497

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see462

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see385

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see378

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see347

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see247

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see240

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see238

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see213

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see208

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see208

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see208

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see191

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see187

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see185

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see177

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see171

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri