Icma.az
close
up
RU
Deputat: Zərifə Əliyeva tibb elminə əvəzolunmaz töhfələr verib

Deputat: Zərifə Əliyeva tibb elminə əvəzolunmaz töhfələr verib

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"İnsanlara nur bəxş edərək dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş oftalmoloq alim Zərifə xanım Əliyeva Azərbaycan tarixinin görkəmli simalarından biridir". 

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib. O xatırladıb ki, Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28 də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxı kəndində anadan olub: 

"1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olan Zərifə xanım qısa müddət ərzində yüksək nəticələr göstərmiş və institutu əla qiymətlərlə bitirib. Oftalmologiya sahəsində ixtisaslaşan Zərifə xanım uzun illər bu sahədə çalışmış və bir çox elmi tədqiqatlara imza atıb. Onun əsas elmi tədqiqatları göz xəstəliklərinin diaqnostikası, müalicəsi və onların qarşısının alınması ilə bağlı olub. Böyük alimin faliyyəti dövründə Azərbaycanda geniş yayılmış traxoma göz xəstəliyinə qarşı mübarizəsi təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edib". 

Millət vəkili qeyd edib ki, uğurlu tədqiqatları ilə seçilən Zərifə xanım respublikanın şəhər və rayonlarını bir-bir gəzərək göz xəstəliklərinin yaranma səbəblərini araşdırıb və xəstəlik ocaqlarında kompleks müalicə və profilaktika tədbirləri həyata keçirib: 

"Traxomanın sosial xəstəlik kimi ləğv olunması da məhz onun adı ilə bağlıdır. Zərifə xanım peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaratmaqla dünyada bir ilkə imza atıb. Tibb elminin inkişafına həsr olunmuş elmi məqalələr "Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” bu gün də milyonlarla tibb işçisinin köməyinə çatır. Böyük şəxsiyyət Zərifə xanım Əliyevanın işinə məsuliyyəti və sevgisi, insanlara səmimi münasibəti və məhəbbəti hər kəsin qəlbində taxt qurub. Zaman keçsə, illər ötsə də, böyük alimin ideyaları, tibb elminə bəxş etdiyi töhfələr daim yaşayacaq və milyonlara insanın ümid yeri olacaq". 

Günay Ağamalı vurğulayıb ki, Zərifə xanım Əliyeva təkcə elmi uğurları ilə deyil, həm də nəcib insani keyfiyyətləri, vətəninə və xalqına sonsuz sevgisi ilə yaddaşlara həkk olunub: 

"O, nur saçan baxışlarıyla yalnız xəstələrin gözlərini deyil, qəlblərini də şəfa ilə doldurub. Bugünkü və gələcək nəsillər onun parlaq irsindən ilham alacaq, tibb elminin inkişafı naminə onun yolunu davam etdirəcəkdir. Zərifə xanımın işıqlı adı Azərbaycan səhiyyə tarixində əbədiyaşar bir simvol olaraq yaşayacaqdır". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Açar sözlər: Zərifə Əliyeva Deputat millət vəkili Günay Ağamalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri