Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Mən musiqiyə bağlı bir insanam. Musiqi mənim həyatımda və bu gün bu böyük səhnədə olmağımda çox böyük rol oynayıb. Bu haqda saatlarla danışa bilərəm, amma bir şeyi xüsusilə vurğulamaq istəyirəm: "Qaytağı" ansamblının olduğu hər yer, Azərbaycanın Xalq artisti, mənim əvəzolunmaz, doğma və dəyərli ustadım Ənvər Sadıqovun varlığı – bunlar mənim üçün çox böyük mənadır".
AZXEBER.COM xəbər verir ki, bunu Əməkdar artist Abbas Bağırov sosial media hesabında yazıb.
Abbas sənətinə olan sevgisindən fərəhlə danışıb:
"Bəzən içimizdəki musiqi o qədər daşır ki, gözəl səhnələrdə expromt çıxışlarımız yaranır. Bu isə mənim üçün təkcə bir ifa yox, bir dəyərdir. Biz böyük bir komanda olaraq, işimizi sevənlərimizə böyük sevgi hissi ilə ötürməkdən qürur duyuruq! Daha çox danışa bilərəm, amma bu az sözlərlə də demək istədiyim tək şey var: bu səmimi sözlərim ürəyimdən gəlir və səmimiyyətimə şübhəniz olmasın".
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 İyun 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















