Icma.az
close
up
RU
“Musiqi mənim üçün həyatın səsə çevrilmiş halıdır” Səsin izi ilə...

“Musiqi mənim üçün həyatın səsə çevrilmiş halıdır” Səsin izi ilə...

525.az saytına istinadən Icma.az xəbər verir.

Hər səsin bir ünvanı var. Bəziləri dərhal eşidilir, bəziləri isə kütlə səs-küyünün arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində yaranan gurultu içində bəzən o səslər eşidilmir, zövqlər qarışır, istedadlar isə kölgədə qalır. Amma gələcəyə ümid sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni səslər doğulur. Biz də həmin səslərin izinə düşürük. Azərbaycan musiqisinə yeni nəfəs gətirən, amma hələ geniş auditoriya tərəfindən kifayət qədər kəşf edilməmiş gəncləri "525-ci qəzet"in yeni - "Səsin izi ilə" rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə bir gənc, bir səs, bir hekayə, bir ümid... Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika istedadın ünvanıdır.


Bəzən bir insanın səsi təkcə onu deyil, bütöv bir yaddaşı, mədəniyyəti, bir xalqın musiqi irsini danışar. Gülnar Zeynalova da belə sənətçilərdəndir. O, gənc olmasına baxmayaraq, səsi ilə muğamın ruhunu, xalqın hissini daşıyır, səsində öz soy-kökünü yaşadır. Onun musiqi sevgisinin kökləri uşaqlıq illərinə gedib çıxır. Ailə mühitində musiqi ilə nəfəs almaq, atanın səsindəki ruhi titrəyişlərlə böyümək gənc ifaçının sənət yoluna yön verib. Gülnar xanım bu barədə deyir:

“Musiqiyə olan marağım və sevgim ailəmdən, xüsusilə də atamdan qaynaqlanır. Atamın gözəl səsi var və mənim musiqiyə olan marağımın aşılanmasında da rolu böyükdür. Sənətdə ilk addımlarımı təxminən 5 yaşımda atmağa başladım. Uşaqlıqdan toy məclislərinə və ifa mühitinə maraq göstərdiyim üçün atam kiçik yaşlarımdan həvəskar ifaçı kimi müxtəlif məclislərə aparardı. Bu erkən təcrübələr nəticəsində musiqi duyumum artmağa və ifa bacarığım inkişaf etməyə başladı. Kiçik bir qızcığazın sonsuz, ümmanlar qədər dərin musiqi dünyasına marağı, sevgisi və o dünyadan ömrünə pay biçməsi beləcə başladı.

Cəmi 6 yaşımda səhnəyə qədəm qoyaraq ilk dəfə festivallarda, müxtəlif tədbirlərdə iştirak etdim. İlk musiqi təhsilimi Şuşa musiqi məktəbində aldım.

Daha sonra bu yolda bir addım da irəliləyərək sənədlərimi Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına Musiqi Kollecinə verdim və burada təhsilimi davam etdirdim.

Təhsil illərim mənim üçün yalnız öyrənmək dövrü deyil, eyni zamanda sənətimi geniş auditoriyalara təqdim etmək fürsəti oldu. Dövlət televiziyalarında çıxışlarım, müxtəlif xarici ölkələrdə keçirilən tədbir və festivallarda, layihələrdə iştirakım musiqiyə olan sevgimin və zəhmətimin təzahürü idi.

Bu gün də keçdiyim yola minnətdarlıqla baxır, musiqiyə olan sevgimi, zəhmətimi və ilhamımı gələcək layihələrimdə əks etdirməyə davam edirəm”.

Səhnə bir sənətçi üçün təkcə çıxış yeri, mahnısını, yaradıcılığını təqdim etdiyi platforma deyil. Ora daxili aləmin, ruh halının təzahür ünvanıdır.

Gülnar Zeynalova üçün də səhnə sıradan bir yer olmaqdan qat-qat uzaqdır. Əksinə, ora onun uşaq yaşlarından ruhunun nəfəs aldığı məkandır.

Musiqi onun üçün sadəcə melodiya yox, həyatın özü, içində yaşadığı duyğuların səsə çevrilmiş formasıdır. Həmsöhbətim səhnə ilə arasındakı bağı belə ifadə edir:

“Musiqi mənim üçün həyatın səsə çevrilmiş halıdır. Səhnəyə çıxarkən sanki başqa bir dünyaya keçirəm və orada nə zaman, nə də məkan var. Səhnə mənim ruhumun evidir. Orada yalnız duyğular və ürəkdən gələn səslər danışır”.

Hər bir ifaçının sənətdə özünü daha çox ifadə edə bildiyi bir janr olur. Bu, onun daxili dünyasına ən yaxın olan, ruhunun dilləndiyi səsdir. Gülnar xanım üçün isə bu səs, şübhəsiz ki, muğamdır. Gənc xanəndə muğamın dərinliyində özünü tapır, kimliyini hiss edir, musiqidəki çağırışı burada eşidir. Onun sözləri bu bağlılığı aydın şəkildə göstərir:

“Əlbəttə ki, mən özümü ən çox muğam janrında ifadə edə bildiyimi düşünürəm. Bu musiqi mənim ruhuma, kimliyimə ən yaxın olan sənət növüdür. Vaxtilə rəqs sənətinə də marağım olub, ancaq zamanla anladım ki, mənim həqiqi yerim muğamın dərinliklərindədir. Düşünmədən deyə bilərəm ki, muğam mənim daxili dünyamın səsi olub. Bu səbəbdən, öz sənət yolumu məhz bu sahədə davam etdirməyi ən doğru seçim hesab edirəm”.

Sənət yolu təkbaşına qət edilən bir yol deyil. Hər uğurun arxasında dəstək olan, yol göstərən ustadlar dayanır. Gülnar xanım da bir xanəndə kimi yetişməsində bir çox dəyərli sənət adamlarının rolunu xüsusi qeyd edir. Onlar ona yalnız texniki bilik yox, həm də sənətə sevgi və səhnəyə hörmət öyrədiblər. Müsahibim ona musiqinin, muğamın dərinliklərini öyrədən, bu çətin və eyni zamanda son dərəcə məsuliyyətli sənətdə inamla addımlaması üçün əlindən tutan, dəstəyini əsirgəməyən ustadları haqqında minnətdarlıqla danışır:

“Sənət yolumda addımladığım hər mərhələdə mənə yol göstərən ustadlarım olub. Gözəl xanəndə, gənc yaşına rəğmən, bu sənətdə öz sözünü demiş muğam ustadı Günay İmamverdiyeva, Əməkdar artist Cabir Abdullayev, ustad sənətkar, dəyərli pedaqoq Sabir Abdullayev, Əməkdar artist Sevinc Sarıyeva və Xalq artisti Gülyaz Məmmədova – hər biri mənim üçün təkcə müəllim yox, həm də ilham mənbəyi olublar. Mən onlardan təkcə muğamın, musiqinin sirlərini deyil, eyni zamanda bu sənətə sevgi, səbir və zəhməti öyrənmişəm. Xüsusilə Gülyaz Məmmədovanın mənim sənət yolumdakı rolu ayrıdır. Mahnının ərsəyə gəlməsində onun dəstəyi və incə yanaşması danılmazdır”.

Peşəkar musiqi təhsili hər sənətkar üçün bir növ bünövrədir. Səs gözəl olsa belə, bu səsi necə ifadə etməyi öyrənmək, sənətin elmini bilmək ayrı bir məsuliyyətdir. Gülnar xanım da bu məsələni olduqca önəmli sayır və musiqi təhsilinin sənətdə yerini aydın şəkildə göstərir:

“Şübhəsiz ki, təhsil almaq bütün sahələrdə olduğu kimi, musiqi sahəsində də çox vacibdir. Xüsusən, xanəndəsənsə, bu vaciblik on qat artır deyərdim. Muğamlarımızı dərindən dərk etmək, ifa texnikalarını, ustadlarımızdan aldığımız səhnə mədəniyyətini öyrənmək hər bir ifaçı üçün önəmlidir. İstər səhnədə, istər el şənliklərində, istərsə də konsert proqramlarında, dövlət əhəmiyyətli tədbirlərdə ifaçının tonallıq bilgisi, sənətə olan məsuliyyət hissi, düzgün şəkildə ifa etmək bacarığı əsas cəhətlərdəndir. Bu həm də insanda özünəgüvən hissi yaradır. Nə oxuduğunu, necə oxuyacağını bilmək hansı səhnə, hansı şərait olursa olsun, təhsilli, hazırlıqlı ifaçını bütün situasiyalardan alnıaçıq, üzüağ çıxarır. Bu səhnədir, səhnədə hər şey ola bilər. Səs elə bir şeydir ki, biz ona müdaxilə edə bilmirik. İfaçı hər situasiyaya hazırlıqlı olmalıdır. Ona bu hazırlığı verən də məhz onun təhsilidir. Fikrimcə, ən azından ilkin musiqi təhsili şərtdir. Onsuz ifaçının gedə biləcəyi yol heç də uzaq deyil”.

Yəqin ki, Gülnar Zeynalova dəyərli oxucularımızın çoxuna duet ortağı Cahangir Əliyevlə birgə ifa etdikləri məşhur “Məni yandırma” mahnısı ilə daha yaxşı tanışdır. Bəli, bu gənc cütlüyün birgə oxuduqları duet son dövrlərdə sosial şəbəkələrdə və musiqi platformalarında böyük maraqla qarşılanıb.

Əminliklə deyə bilərik ki, bu duet və sözügedən mahnı onların sənətinə olan marağı artırmaqla yanaşı, xalq mahnılarının yeni nəslə çatdırılmasında da mühüm rol oynadı. Həmin mahnıdan sonra onlar işbirliklərini indi də davam etdirir, xalq və retro mahnılarımıza yeni nəfəs qazandıraraq özlərinəxas şəkildə təqdim edirlər. Onları sevdirən də, məncə, elə budur. Gülnar xanım isə bu uğurun arxasında duran niyyəti belə açıqlayır:

“Bəli, biz Cahangir bəylə bu dueti ifa edərkən, seviləcəyini düşünürdük, amma çox qısa zamanda ən çox sevilənlərdən olub gündəmi zəbt edəcəyini, trendlərdə yer alacağını gözləmirdik. Nə xoş bizə ki, biz unudulmaqda olan, çox da müraciət edilməyən bir xalq mahnımıza yenidən nəfəs verərək onu dinləyicilərimizə sevdirə bilmişik. Trend anlayışına əsaslanmaqdan daha çox, məqsədimiz milli musiqimizi və xalq mahnılarımızı geniş kütlələrə tanıtmaq və gənc nəslə sevdirmək, ən əsası musiqi irsimizin davamlılığını təmin etməkdir”.

Hər bir sənətkarın arzusu onun sənətinin davamlı olması və xalq tərəfindən qəbul edilməsidir. Müsahibimiz Gülnar Zeynalova da bu yolda ustadlarının izini özünə cığır seçib. O, Azərbaycanımızın qədim musiqisini, bu musiqinin əzəmətli köklərini ən az ona ustadları tərəfindən aşılanan dəyərlər miqyasında qoruyaraq irəli aparmağı özünə missiya bilir. Onun sənətə yanaşması bu fikirdə aydın görünür:

“Gələcək planlarım və arzularım bu yolda ustadlarımın iziylə addımlamaq, onların sənətə verdiyi dəyəri qoruyaraq davam etdirməkdir. Arzum odur ki, sənətimi gözəl və xalqımıza layiqli şəkildə təqdim edə bilim və hər bir dinləyici özünü musiqidə tapsın. Çünki Azərbaycan xalqı dünyanın ən zövqlü, ən savadlı dinləyicisidir. Onun musiqi bağlılığı əsrlərə dayanır. O yaddaşı bir anda silmək, əsl musiqinin onun ruhuna hopmuş izlərini yox etmək mümkün deyil. Biz də əsl musiqinin dəyərini anlayan dinləyicilərimiz üçün çalışmağa, öz sənətimizi və Azərbaycan musiqisini inkişaf etdirməyə niyyətliyik. Arzumuz da, istəyimiz də, planlarımız da bu yöndədir”.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyun 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see118

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri