Icma.az
close
up
RU
Musiqi müəllimlərinə 30% artım verilməlidir TƏKLİF

Musiqi müəllimlərinə 30% artım verilməlidir TƏKLİF

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin sertifikasiya prosesinə cəlb olunması ilə bağlı müzakirələr davam edir. Hazırda həmin müəllimlər attestasiya mərhələsindən keçsələr də, yaxın illərdə onların da ümumi təhsil müəllimləri kimi sertifikasiya imtahanına cəlb olunacağı gözlənilir. Milli Məclisdə qəbul edilən son dəyişikliklərdən sonra bu prosesin müəllimlərin əməkhaqqına necə təsir göstərəcəyi əsas müzakirə mövzularından birinə çevrilib. 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, musiqi istiqamətində təhsil məsələləri birbaşa Mədəniyyət Nazirliyinə tabedir və bu sahədə keçirilən attestasiya və sertifikasiya prosesləri də həmin qurumun qərarları əsasında formalaşır:

Ekspert qeyd edib ki, attestasiya mərhələsindən sonra sertifikasiya prosesinə keçid gözləniləndir və bu mərhələdə müəllimlərin əməkhaqqının artırılması əsas məsələlərdən biri olacaq:

“Sertifikasiyadan sonra əməkhaqqında artımın olacağı gözlənilir. Amma Elm və Təhsil Nazirliyinə tabe məktəblərdə olduğu kimi 30 faiz, 35 faiz və ya daha aşağı artımın tətbiq olunacağı barədə yekun qərarı Mədəniyyət Nazirliyi verəcək”.

Elçin Əfəndinin sözlərinə görə, musiqi müəllimlərinə tətbiq ediləcək maaş artımı ümumi təhsil müəllimləri ilə eyni prinsip əsasında müəyyənləşdirilsə, daha məqsədəuyğun olar:

“Mən hesab edirəm ki, Elm və Təhsil Nazirliyində çalışan müəllimlərdə tətbiq olunan prinsip musiqi istiqamətində çalışan müəllimlərə də şamil edilməlidir. Daha aşağı faizlə əməkhaqqı artımı etmək doğru yanaşma olmaz”.

Ekspert vurğulayıb ki, musiqi və incəsənət müəllimlərinin sertifikasiya imtahanı məzmun baxımından ümumi təhsil müəllimlərinin imtahanlarından fərqlənəcək:

“Burada əsasən musiqi istiqaməti üzrə nəzəri biliklər yoxlanılır. Eyni zamanda müəllimlərin kurikulum bilikləri və mövcud tədris proqramına uyğun hazırlıq səviyyəsi qiymətləndirilir. Ümumi təhsil müəllimlərindən fərqli olaraq burada sırf musiqi təhsili istiqamətində nəzəri bilik və bacarıqların yoxlanılması həyata keçiriləcək” - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 May 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri