Icma.az
close
up
RU
Ucqar kənd müəllimlərinə sertifikasiyada güzəşt edilsin TƏKLİF

Ucqar kənd müəllimlərinə sertifikasiyada güzəşt edilsin TƏKLİF

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Son illər ucqar rayon və kənd məktəblərində müəllim heyətinin davamlı şəkildə dəyişməsi təhsil sistemində narahatedici tendensiya kimi özünü göstərir. Belə ki, Müəllimlərin İşə Qəbulu (MİQ) və sertifikasiya imtahanlarından uğurla keçən pedaqoqların böyük bir hissəsi ilkin mərhələdə məhz bölgə məktəblərinə təyinat alır. Bu, bir tərəfdən region məktəblərinin kadrla təmin olunması baxımından zəruri addım kimi qiymətləndirilsə də, digər tərəfdən həmin müəllimlərin əksəriyyətinin bir neçə il sonra yenidən imtahanlarda iştirak edərək daha əlverişli hesab etdikləri məktəblərə keçməyə çalışması ciddi problemlər yaradır. Nəticədə bəzi məktəblərdə müəllim kollektivi demək olar ki, hər il yenilənir ki, bu da tədris prosesində sabitliyin pozulmasına səbəb olur.

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova bildirib ki, elmi tədqiqatlar və praktik müşahidələr göstərir ki, müəllim amili şagirdin akademik nailiyyətlərinə təsir edən əsas faktorlardan biridir.

“Müəllimin tez-tez dəyişməsi isə bu təsirin davamlılığını zəiflədir. Hər bir müəllimin fərqli pedaqoji yanaşması, metodikası, qiymətləndirmə meyarları və sinif idarəetmə üslubu var. Şagirdlərin hər il yeni tələblərə və fərqli tədris modellərinə uyğunlaşmaq məcburiyyətində qalması öyrənmə prosesinin səmərəliliyini azaldır. Xüsusilə ibtidai və əsas təhsil pilləsində bu dəyişkənlik şagirdlərin biliklərin sistemli mənimsənilməsində boşluqların yaranmasına gətirib çıxarır”.

Millət vəkili psixoloji aspektin də bu prosesdə mühüm rol oynadığına diqqət çəkib:

“Şagirdlə müəllim arasında etimad və emosional bağın formalaşması zaman tələb edir. Müəllim dəyişikliyi bu bağın tez-tez qırılmasına, şagirdlərin motivasiyasının azalmasına və məktəbə münasibətdə laqeydliyin yaranmasına səbəb ola bilər. Ucqar kənd məktəblərində müəllimin eyni zamanda icma üçün sosial nüfuz daşıyıcısı olması nəzərə alındıqda, bu dəyişikliklər valideyn-məktəb münasibətlərinə də mənfi təsir göstərir. Davamlı müəllim-valideyn əməkdaşlığı formalaşmadıqda isə təhsilin keyfiyyətinə nəzarət və dəstək mexanizmləri zəifləyir.

Bu prosesin uzunmüddətli nəticələri daha ciddi risklər yaradır. Region məktəblərində tədrisin keyfiyyətində qeyri-sabitlik şəhər və kənd məktəbləri arasında təhsil səviyyəsi fərqinin dərinləşməsinə gətirib çıxara bilər. Bu isə təhsildə bərabər imkanlar prinsipinə zidd olmaqla yanaşı, gələcəkdə sosial bərabərsizliyin artmasına da zəmin yaradır. Təhsil sistemində davamlılıq pozulduqda, qısamüddətli kadr təminatı uzunmüddətli keyfiyyət itkisi ilə əvəz olunur”.

E.Akimova əlavə edib ki, müəllim dəyişikliyinin tədris prosesinə mənfi təsirini azaltmaq üçün problemin yalnız inzibati müstəvidə deyil, kompleks yanaşma ilə həll edilməsi vacibdir:

“İlk növbədə məktəblərin daxili institusional mexanizmləri gücləndirilməlidir. Tədris prosesində vahid metodik xəttin qorunması, məktəbdaxili koordinasiyanın artırılması və pedaqoji kollektivin kollektiv məsuliyyət hissinin formalaşdırılması müəllim dəyişkənliyinin təsirini qismən kompensasiya edə bilər. Gənc və yeni təyin olunan müəllimlər üçün mentorluq sisteminin tətbiqi də bu baxımdan effektiv vasitə hesab olunur”.

Deputat həmçinin vurğulayıb ki, digər mühüm məsələ müəllimlərin regionlarda sosial və peşəkar mühitlə təminatıdır:

“Təcrübə göstərir ki, müəllimlərin bölgələrdən ayrılmasının əsas səbəbləri təkcə peşəkar deyil, daha çox sosial xarakter daşıyır. Yaşayış şəraiti, nəqliyyat imkanları, ailə üzvlərinin sosial təminatı və peşəkar inkişaf perspektivlərinin məhdudluğu müəllimləri daha əlverişli mərkəzlərə yönəldir. Bu problemlər aradan qaldırılmadıqca, müəllimlərin bölgələrdə uzunmüddətli fəaliyyət göstərməsini gözləmək real deyil.

Buna görə də stimullaşdırıcı mexanizmlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Ucqar ərazilərdə çalışan müəllimlər üçün differensial əməkhaqqı sistemi, region əmsalları, əlavə mükafatlandırma və sosial paketlər real motivasiya yarada bilər. Eyni zamanda, bölgə məktəblərində uzun müddət çalışan müəllimlər üçün gələcək karyera mərhələlərində üstünlüklərin verilməsi, sertifikasiya və digər seçim proseslərində bu amilin nəzərə alınması müəllimlərin bölgələrdə qalmaq marağını artırar. Xidmət mənzilləri, kommunal güzəştlər və ailə üzvləri üçün sosial dəstək mexanizmləri də bu siyasətin ayrılmaz hissəsi olmalıdır”.

Elnarə Akimova onu da qeyd edib ki, ucqar rayon və kənd məktəblərində müəllimlərin tez-tez dəyişməsi təhsil sisteminin davamlılığına və keyfiyyətinə ciddi təhdid yaradır:

“Bu problemi yalnız kadr bölgüsü ilə deyil, müəllimin sosial statusu, peşəkar inkişafı və motivasiyası kontekstində həll etmək mümkündür. Müəllim bölgə məktəbində özünü müvəqqəti işçi deyil, həmin icmanın intellektual və mənəvi dayağı kimi hiss etməlidir. Milli təhsil siyasətində regionlara xüsusi yanaşmanın formalaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və bu sahədə uzunmüddətli strategiyanın tətbiqi təhsildə bərabər imkanların təmin olunması və ümumi keyfiyyətin yüksəldilməsi baxımından zəruri addım kimi qiymətləndirilməlidir”, - deyə deputat fikrini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Yanvar 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri