Musiqi sifarişi üstündə dava düşdü Müştəri xəstəxanalıq oldu VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Musiqi sifarişi üstündə düşən mübahisə cinayətlə nəticələnib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Omsk şəhərindəki kafelərdən birində baş verib. Məlumata görə, 53 yaşlı kişi dostu ilə birlikdə kafedə istirahət edərkən orada tanış xanımla qarşılaşıb. Qadına xoş təsir bağışlamaq və diqqətini çəkmək istəyən kişi onun şərəfinə DJ-dən xüsusi bir mahnı sifariş edib. Lakin DJ səhvə yol verərək sifariş olunan mahnının əvəzinə tamamilə başqa bir melodiya səsləndirib. Bu kiçik texniki səhv tərəflər arasında söz davasına çevrilib.
Mübahisə böyüdükdə kafenin mühafizəçisi məsələyə müdaxilə etmək qərarına gəlib. Ancaq o, asayişi qorumaq əvəzinə müştəriyə qarşı fiziki güc tətbiq edib. 53 yaşlı kişi aldığı zərbələr nəticəsində ağır bədən xəsarətləri alıb və dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı artıq cinayət işi açılıb.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 01 May 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















