Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Goranboyda çay evində bıçaqlanma olub.
Axar.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sarov kəndində yerləşən "Komfort" çay evində qeydə alınıb.
İttiham aktına görə, 23 yaşlı Şükür İsayev (şərti adla) obyektdə tanışı və bir xanımla oturarkən mahnı sifarişi üstündə digər masada əyləşən müştəri ilə dava edib. Belə ki, əvvəlcə yan masada əyləşənlər "Goranboy" mahnısı sifariş edib oynayıblar. Bu zaman Şükürün tanışı "Gəncə" mahnısı ifa etdirib və rəqs etməyə başlayıb. Sonra yenidən yan masadakı qonaqlar "Goranboy" mahnısı sifariş ediblər. Bundan sonra onlar Şükürün dostu ilə mübahisə ediblər.
Şükür İsayev də dostunun yanına gedib və həmin şəxslərdən biri onunla mübahisəyə başlayıb. O, Şükürə yumruq zərbəsi atıb, lakin zərbə ona dəyməyib. Bu zaman Şükür üzərindəki bıçaqla həmin şəxsi bıçaqlayıb.
Fakt əsasında Ş.İsayev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Zərərçəkən şəxs də, həmçinin təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Ş.İsayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 25 Sentyabr 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















