Icma.az
close
up
RU
Kürdəmirdə musiqi sifarişi üstündə dava düşdü

Kürdəmirdə musiqi sifarişi üstündə dava düşdü

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Kürdəmir rayonunda 1999-ci il təvəllüdlü Abdulla şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu Nurlana (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir rayonunun kəndində baş verib. Abdulla kənddə yerləşən marketin yaxınlığında qohumu Nurlan ilə sonuncuya toyda onu oynamağa icazə verməyən şəxsi yanına gətirməməsi səbəbindən aralarına şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla və təpiklə bir neçə dəfə sifət, baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub. 
Hadisəni törədən Abdullanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abdulla ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, qohumu Nurlanın bacanağın oğluna Kürdəmir rayonunda yerləşən “Sabrina” restoranında toy məclisi keçirdiyi üçün o da həmin toya dəvətli olub, elə həmin günü saat 18 radələrində “Sabrina” restoranında keçirilən toy məclisinə gəlib: “Toyda bir qədər spirtli içki qəbul etdim, oynamaq qərarına gəldim. Saat 23 radələrində musiqiçilərə yaxınlaşıb oynamaq üçün musiqi sifarişi verdim . Lakin toyda tanımadığım şəxs məni oynamağa qoymadı. Ona görə də həmin şəxslə aramızda restoranın həyətində sözlə mübahisəmiz oldu. Mübahisə zamanı restoranın həyətindən çıxdım. Bu vaxt Nurlan yanıma gələrək məni sakitləşdirərək söhbət etməyə başladı. Nurlan ilə küçədə aramızda sözlə mübahisəmiz başladı. Mübahisə zamanı  yanımızda Valeh adlı şəxs olub. Restoranın girişdən bir qədər aralaşaraq piyada marketin yaxınlığına gəldim. Yenidən Nurlan  ilə aramızda sözlə mübahisəmiz başladı. Mübahisə zamanı Nurlan məni nalayiq ifadələrlə söyüb təhqir etdi. Sonra isə Nurlan yaxamdan tutaraq məni vurmaq istədi. Nurlan məni küçənin ortasında nalayiq ifadələrlə söyüb təhqir etdiyinə görə onun  sifət və baş nahiyəsinə yumruqla bir neçə dəfə vurdum. Nurlan sifət nahiyəsindən xəsarət aldığı üçün yanımdan  getdi”. 
Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Abdulla 3 ay müddətinə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri