Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Musiqili Teatr görünməyən qəhrəmanların da sənət evidir REPORTAJ VİDEO

Musiqili Teatr görünməyən qəhrəmanların da sənət evidir REPORTAJ VİDEO

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 may, Fidan Əlizadə, AZƏRTAC

Bakının mərkəzində yerləşən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı uzaqdan baxanda klassik memarlığı və rəngarəng afişaları ilə diqqət çəkir. Amma bu teatrın cazibəsi yalnız səhnədəki parlaq işıqlarda, aktyorların oyununda deyil. Onun ən böyük sehri pərdəarxasında baş verir.

AZƏRTAC-ın müxbiri teatrın səhnə arxasında gedən proseslərlə daha yaxından tanış olub.

Biz içəri daxil olanda ilk qarşılaşdığımız rəng selini xatırladan paltarlar oldu. Geyim sexində tikiş maşınlarının səsi ilə səhnəyə hazırlıq eyni ritmdə gedirdi. Bu məkanın rəhbəri Aynişan Məmmədova artıq 30 ildir ki, eyni teatrda çalışır.

Onun hər sözü bu divarlarla birləşmiş tarix kimidir. Onun sözlərinə görə, teatrın sexində 3 mindən çox kostyum var. “Hər tamaşanın özünəməxsus libasları olur, hər geyimin arxasında bir obraz dayanır. Tamaşadan əvvəl paltarlar qrim otaqlarına çatdırılır, dəyişikliklər olarsa, geyimçilər səhnə arxasında aktyorlara yardım edir. Səhnə əsəri bitəndə isə təmizləmə işləri başlayır, hər şey yenidən səliqə ilə asılır. Biz repertuardan çıxmış tamaşaların paltarlarını atmırıq, saxlayırıq. Düşünürük ki, gələcəkdə hansısa tamaşaya lazım ola bilər. Hər tikişdə bir səhnə, hər parçada bir obraz nəfəs alır”,- deyə o əlavə edib.

Məlumdur ki, aktyorları tamaşaya hazır edən növbəti mərhələ qrimdir. Ən müsbət obrazdan, mənfi obraza qədər hər bir personaj qrim otağında müxtəlif boyaların sehri ilə rənglənib tamaşaçıların qarşısına çıxır. Qrim rəssamı Aybəniz Hüseynova bu otağın canlı ruhudur. Qarşısındakı masa isə sanki kiçik bir laboratoriyadır: fırçalar, pariklər, boyalar, bığ-saqqallar…

Ömrünün 22 ilini bu sahəyə sərf edən qrimyor deyir: “Biz parikləri, bığ-saqqalları hazırlayırıq, obrazlara görə portret qrimlər edirik. Uşaq tamaşalarının personaj qrimləri çox maraqlı olur. Orada daha çox fantaziya işə düşür. Klassiklərdən “Məşədi İbad”dakı obrazlar, “Paris Notr-Dama ithaf” tamaşasındakı Kvazimodo yaddaqalan işlərimdəndir. İş prosesimiz belədir ki, eskizlər üzərində çalışıb onu real obraz halına gətiririk. Hazırda Afaq Bəşirqızı, İlham Namiq Kamal kimi sənətkarlarla çalışıram. Qrim otaqlarında hər bir fırça səhnəyə aparan addımdır. Görünən hər üz bir sənət əsəridir”.

Heç bir tamaşanı musiqisiz təsəvvür etmək olmaz. Söhbət Musiqili Teatrdan gedirsə, bu mümkünsüzdür. Səs tamaşada effektivliyi daha da artıran vasitədir. Tamaşa zamanı birdən-birə ildırım çaxır, uzaqdan dəniz səsi gəlir, ya da səhnə arxasından pıçıltı eşidilir. Bütün bunlar səs rejissorlarının zəhmətidir. Sevda Davudova artıq 26 ildir ki, bu səhnədə səslərə nəzarət edir.

“Aktyorların səhnədəki replikalarını, hərəkətlərini nəzərə alıb səsləri uyğun şəkildə veririk. Əgər dəniz səhnəsidirsə, səsi öncədən hazırlayırıq, ildırım səhnəsində isə zamanlama çox vacibdir. İlk baxışda səs pultu insanı qorxuda bilər, amma zaman keçdikcə hər düymə sənə tanış gəlir. Tamaşalarda asma mikrofonlardan istifadə edirik, konsertlərdə isə fərqli növ mikrofonlar tətbiq olunur. 5 nəfərlik komandamızla bu işləri koordinasiyalı şəkildə görürük”,- deyə S.Davudova əlavə edib.

Bütün yaradıcı işlərin ən maraqlı hissəsində işıqların mühüm rolu var. Tamaşa başlamazdan əvvəl səhnə qurulur, dekorasiya yerinə oturur. Amma işıq yoxdursa, heç nə görünmür. Bunu ən yaxşı bilən işıq sexinin rəisi Nicat Həmidovdur. O bildirib ki, hər işıq nöqtəsinin öz yeri var. “Səhnə işindən əvvəl dekor qurulur, biz isə işıq operatorları ilə birlikdə son düzəlişləri edirik. Tamaşa başlayanda artıq hər şey hazır olur. Səhnədən gördüyümüz və canlılığın artmasına səbəb olan işıq da uzun saatların, təcrübənin, sevgi ilə edilən zəhmətin nəticəsidir”.

Akademik Musiqili Teatr təkcə aktyorların yox, görünməyən qəhrəmanların da sənət evidir. Onlar səhnənin ruhunu yaradan, pərdənin qalxmasından enməsinə qədər hər saniyəni yaşayan insanlardır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see261

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see247

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see238

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see216

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see205

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see196

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see177

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see176

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see170

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see165

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see163

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see161

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see153

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see141

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see140

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see139

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see139

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see135

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri