Icma.az
close
up
RU
Musiqinin və insanlığın müəllimi

Musiqinin və insanlığın müəllimi

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllimlik yalnız bir peşə deyil, həm də gələcəyi formalaşdıran müqəddəs bir missiyadır. Bu missiyanı qəlbinə və vicdanına köçürə bilən müəllimlər isə şagirdlərinin həyatında silinməz izlər buraxır.

Belə müəllimlərdən biri də Sumqayıt şəhər Bülbül adına iki nömrəli Uşaq İncəsənət Məktəbinin xanəndə müəllimi Əsgər İsmayılovdur.

Onun şagirdlərindən biri - balaca Nuray - beş illik musiqi təhsilini uğurla başa vurub məktəbindən ayrılarkən göz yaşlarını saxlaya bilmirdi. Çünki Əsgər müəllim onun üçün sadəcə bir müəllim deyildi. O, həyatına dərinliklə toxunmuş, sənətlə yanaşı insani dəyərləri də aşılamış, bir qardaş qədər yaxın olmuşdu. “Mən başqa müəllim istəmirəm, yenidən Əsgər müəllimin şagirdi olmaq istəyirəm”, - belə deyirdi Nuray.

Əsgər müəllim yalnız muğamın incəliklərini öyrətmir, eyni zamanda iman, əxlaq və mədəni davranış nümunəsi göstərir. Təvazökarlığı ilə seçilən bu müəllim, illərdir yetişdirdiyi istedadların uğrunda öz rolunu dilə gətirmir, diqqəti həmişə şagirdlərinin üzərinə yönəldir. Halbuki, Nurayın erkən yaşda qazandığı nailiyyətlərin əsas səbəbkarı məhz onun zəhməti, dəqiqliyi və sevgisi olub.

Türk alimi Halit Ərtoğrul müəllimlik haqqında belə deyir: “Gönüllərə girmədən qafalara girə bilməzsiniz”.

Əsgər müəllim bu həqiqəti dərindən dərk edən pedaqoqlardandır. O, əvvəlcə şagirdinin qəlbinə yol tapır, sonra sənətin sirlərini öyrədir.

Mən Əsgər müəllimi Nuray Şahsuvarlıya verdiyi zəhmət və sevgisi ilə tanıdım. O an başa düşdüm ki, bu günə qədər onu tanımamağım mənim böyük bir şanssızlığım imiş. Halbuki biz hər ikimiz sumqayıtlıyıq. Sadəcə illər əvvəl Azərbaycandan Türkiyəyə köçməyim, doğma elimdən-obamdan uzaq qalmağım bu tanışlığın gecikməsinə səbəb olub.

Nuray Şahsuvarlının anası, əziz dostum Emine xanımdan da dəfələrlə Əsgər müəllim haqqında eşitmişəm. Onun verdiyi təhsildən, insani davranışından, inancından, qəlbində Allah sevgisi daşıyan məsuliyyətli bir insan olmasından danışıb. Doğrusu, bu gün kirlənən dünyamızda belə gözəl insanların hələ də qalması, gələcəyə olan ümidimizi artırır.

Ancaq bir həqiqət var: Əsgər müəllim Sumqayıtda onu tanıyan hər kəs üçün əzizdir. Çünki o, həm müəllim, həm də insan olaraq qəlblərdə taxt qurub.

Bu gün Əsgər İsmayılovun doğum günüdür

Bu gözəl gündə sizə sağlam və uzun ömür, daim açıq yollar və daha böyük uğurlar arzulayıram. Sizinlə tanışlıq mənim üçün bir qürur və xoşbəxtlikdir.

Nuray Şahsuvarlıya göstərdiyiniz qayğı, verdiyiniz musiqi təhsili, ən əsası da insani dəyərlərinizlə hamımızın qəlbində iz qoymusunuz.

Sizin şəxsiyyətiniz - təvazökarlığınız, Allah sevgisi ilə dolu qəlbiniz, şagirdlərinizə göstərdiyiniz diqqət bu gün kirlənən dünyamızda ümidimizi gücləndirir.

Siz sadəcə bir müəllim deyilsiniz - siz həm də qardaş qədər doğma, insanlıq nümunəsi olan bir insansınız.

Doğum gününüz mübarək olsun, əziz Əsgər müəllim!

Nigar Ögeday

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Sentyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri