Icma.az
close
up
RU
Musiqinin özü bir tərbiyədir

Musiqinin özü bir tərbiyədir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Ölkəmizi dünyanın müxtəlif arenalarında təmsil edən sənətkarlar var ki, musiqi mədəniyyətimizi yüksək səviyyədə təbliğ edirlər. Belə sənətkarlardan biri də, əməkdar artist Aqşin Abdullayevdir. Yaxın günlərdə Heydər Əliyev sarayında  solo konserti baş tutacaq ifaçı ilə müsahibəni təqdim edirik.

  - Aqşin bəy, bir çox beynəlxalq müsabiqələrin laureatısınız, bu, həyatınızda hansısa dəyişikliklərə yol açıb?

  - Əlbətdə ki, bunlar gələcəyə doğru yeni uğurlar üçün yol deməkdir. Hazırkı pilləyə çatmaq üçün uzun yol qət etmişəm. Burada milli televiziya və xarici media müsabiqələrinin, qastrol səfərlərimizin də rolu böyükdür.

  - Sənətə gəldiyiniz ilk vaxtlarda, düşüncələriniz necə idi, bu yolun çətinliyi sizi qorxutmurdu ki?

  - Çətinlikdən heç vaxt qorxmamışam. Əgər bu sənəti seçmişəmsə, demək böyük istək və arzuyla gəlmişəm.

- Hazırkı Azərbaycan musiqisinin sizi qane edən və etməyən tərəfləri hansılardır?

  - Musiqinin qane etməyən tərəfi yoxdur, lakin təbliğ olunan musiqidən danışırıqsa. qeyd olunası bəzi məqamlar var. Bu gün insanlar sanki bayağı musiqiyə daha çox üstünlük verməkdədirlər. Bunun ən böyük günahı isə media və televiziyaların üzərinə düşür. Eyni zamanda, cəmiyyətin, insanların da günahı böyükdür, çünki hər bir insan ailəsinə və övladlarına musiqi mədəniyyətini aşılamalı, musiqi tərbiyəsini verməlidir. Çünkin musiqinin özü bir tərbiyədir.

 - Bu bayağılığın qarşısını necə almaq olar?

  - İnsanlar  çoxlu kitab oxumalı, zövqlü musiqilər dinləməli, eyni zamanda, mədəniyyət axtarışında olmalı, teatr və tamaşalara getməlidirlər. Təəssüf ki, əvvəllər teatrlara növbələr var idisə, indi bunu görmürük. 

  - Gündəmi zəbt edən xarici ritmlərdən ibarət trend musiqilər bizim musiqimizə hansı zərərləri vurur?

  - Mən bunu çox normal qarşılayıram, bayağılıqdan kənar ritmlərə yaxşı baxıram. Bu günlər aşıq  musiqisindən opera yaranıbsa, cazla muğamın sintezini izləyicilər daha çox qəbul edirsə, bunu xoş qarşılamaq lazımdır. Lakin onun da ən yaxşısını seçməliyik. Nəticədə insanlar  həmin musiqilərdən zövq almalı, milli musiqiyə xarici çalarlar qataraq normal sənət əsəri olduğunu bilməlidirlər. 

 - İstedad və zəhmət. İndiki müğənnilərdə bunlardan hansı zəifdir?

  - Ölkəmizdə çox istedadlı insanlar yetişir. Sadəcə, təkcə Qarabağ zonasından çıxanları nəzərə alsaq, sanki  böyük konservatoriyanın yetirmələridirlər. Sadəcə, heç kəs zəhmət çəkmək istəmir, daha asan şəkildə pul qazanmaq istəyirlər.

  - Necə hesab edirsiniz, bəlkə maddi  vəziyyət onlara  bu sənətlə məşğul olmağa imkan vermir ?

  - Azərbaycan Filarmoniyasında, Opera Teatrında işləyən onlarla adam tanıyıram ki, vəziyyətləri elə də ürəkaçan səviyyədə deyil. Lakin onlar öz sənətinə sadiq qalaraq maddiyəti əsas hesab etmirlər. Onlar yalnız keyfiyyətli musiqi yaratmağı və təqdim etməyi düşünürlər. Mən bayağılığa üstünlük  versəydim, yaranmış böyük şanslarım, şöhrətim və s. ola bilərdi.  Mən bunun üçün sənəti seçməmişəm, öz sənətimi daha yaxşı təbliğ etmək üçün  bu yoldayam.

  - Mahnılarınız içində sizi ən çox qane edən hansı ifanızdır?

  - İfa etdiyim hər  bir mahnını özümü qane etdiyi üçün oxumuşam. “Sual” mahnısı isə mənim üçün xüsusi yer tutur. Hesab edirəm ki, bu mahnı daha çox düşündürücüdür və insanlara nəsə çatdıra bilirəm. Ümumiyyətlə, mənim üçün  ciddi mövzulara əsaslanan  mahnılar daha çox üstünlük təşkil edir.

- Pedaqoji fəalliyyətlə  məşğulsunuzmu?

 - Pedoqoji fəaliyyətlə demək olar ki, məşğul deyiləm.  Sadəcə, profesional şəkildə öz fəaliyyətimlə məşğulam.

 - Bəs gələcəkdə bu barədə düşünürsünüzmü?

  - Qətiyyən düşünmürəm. Həm vaxt baxmından  uyğun görmürəm. Qeyd edim ki,  özümü daha çox ifaçı kimi görürəm. Hər ifaçının  yaxşı müəllim ola bilmədiyi kimi, hər müəllim də yaxşı ifaçı ola bilmir.  Elə müəllim tanıyıram ki, tələbələri ondan daha  savadlıdır. Elə müəllim də var ki, çox gözəl oxuyur lakin bildiklərini tələbələrə çatdıra bilmir.

  - Bir müğənni və ailə başçısı olaraq özünüzü necə xarakterizə edirdisiniz? 

  - Mən həm müğənni, həm də ailə başçısı kimi özümü mükəmməl sayıram. Mənim üçün ümumilikdə üç dəyər var. Valideynlər, ailəm və işim. Bu üç dəyər ömür boyu dəyişilməz qalacaq.

  - Yaxın günlərdə konsertiniz olacaq, tamaşaçılar hansı yenilikləri gözləyirlər? Duetlər olacaqmı?

- Fevralın 1-də Heydər Əliyev Sarayında  solo-konsertim baş tutacaq. Yeri gəlmişkən, bu vaxta kimi bir çox ölkələrdə Azərbaycanı təmsil etmişəm, Vyana, Türkiyə, Rusiya, Qırğızıstan, Cənubi Koreyada çıxışlarım olub, konsertlərin demək olar ki, hamısı Mədəniyyət Nazirliyi və  Heydər Əliyev Fondu tərəfindən təşkil olunub. Buna görə, dövlətimizə və mədəniyyətimizə böyük dəstək verən Prezident İlham Əliyevə minnətdaram, onlar mənə böyük yol açıblar.

Qarşıdakı konsertə gəlincə, bu, mənim üçün çox böyük məsuliyyət deməkdir, heç bir konsertə bu qədər hazırlaşmamışam, həyəcanlı olmamışam. Bu konsert mənim üçün çox önəmlidir və düşünürəm ki, bura sırf məni sevənlər və dəyər verənlər gələcək.  Ona görə də, onlara  elə bir musiqi təqdim etməliyəm ki, böyük ruh  alaraq, yaxşı təəssüratlarla ayrılsınlar. Hazırda konsertə hazırlıq üçün yüksək məbləğdə pul xərclənir, ancaq bizim məqsədimiz qazanc deyil, məqsədimiz Aqşin Abdullayevin yaradıcılığına layiq bir konsert təşkil etməkdir. Konsertin təşkilində 100 nəfərdən çox insan bizimlə çalışacaq. Burada orkestr  musiqiçiləri, həm rəqs ansablı, xor kopellası, pantomimo və s yer alacaq. 

Havar Şəfiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Yanvar 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see390

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see378

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see318

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see293

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see285

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see279

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see273

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see260

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see255

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see255

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see252

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see248

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see240

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see238

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see227

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see226

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see221

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see211

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see203

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri