Icma.az
close
up
RU
Musiqinin keşiyində duran musiqişünas

Musiqinin keşiyində duran musiqişünas

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Respublikanın  əməkdar incəsənət  xadimi,  sənətşünaslıq elmləri doktoru, Bakı Musiqi Akademiyasının  professoru  İmruz xanım Əfəndiyevanın  çoxaspektli fəaliyyətinə  ən  görkəmli musiqi xadimləri dəfələrlə   dəyər vermiş, onun parlaq elmi-pedaqoji  əməyi yüksək qiymətləndirilmişdir.Geniş oxucu  dairəsinə  təqdim olunan “İmruz Əfəndiyeva – 90. Elmin fədaisi”  adlı  monoqrafiyası isə  əlamətdar bir hadisəyə - bütün  ömrünü musiqiyə həsr edən və onun  keşiyində  yorulmadan duran  elm  fədaisinin  90 illik  ömür yolunun və yaradıcılığının  geniş mənzərəsinin  yaradılmasına  həsr edilmişdir. 

Kitabı vərəqlədikcə,   necə  dərin hörmət və   ehtiramla yazılan cümlələri oxuduqca  bir daha İmruz xanım Əfəndiyevanın uzun illər sərf etdiyi böyük əməyin  hədər getmədiyinin  şahidi oluruq.   Onun yetirmələri olan Mehparə Rzayeva və  Ləman Əsədova  tərəfindən   sevgi  və  təşəkkür hisslərilə  ifadə  edilən  bu nəşr əvəzsiz  müəllimə, yüzlərlə  musiqiçini  professional sənətə hazırlayan və   bu  çətin sənət sahəsində  inamla addımlamağa kömək edən,  seçilən bu  yolda  düzgün  istiqamət verən  ustadın yubiliyinə  həsr olunan   bir xatirədir.

Kitabda müəlliflər  İmruz Əfəndiyevanın  peşəkar yaradıcılıq  fəaliyyətinin   bütün aspektlərini ətraflı və  dolğun  bir  formada işıqlandıraraq onu nurlu və  zəkalı bir   alim, pedaqoq və  ən başlıcası  səmimi bir  insan kimi təqdim etməyə nail olmuşlar. 

Kitabın hər bölməsində   müəlliflər  İmruz Əfəndiyevanın    Azərbaycan  musiqi təhsili və  musiqi elminin inkişafında  misilsiz əməyini  və rolunu  dərindən araşdıraraq onun maarifçilik və elmi-publisistik fəaliyyətinin  bir-biri ilə sıx qarşılıqlı  əlaqədə  olduğunu   göstərə bilmişlər. Bu da İmruz xanımın  professional  fəaliyyətinin  təməl daşını  təşkil edir.

İmruz Əfəndiyevanın   həyat yolu,  elmi  fəaliyyəti, musiqişünaslıqda  əldə  etdiyi  əsas  nailiyyətləri,  musiqi-nəzəri baxışları,  yüksək humanist  insani  keyfiyyətləri və  bir çox dəyərli cəhətləri  kitabda çox aydın və professional  üslubda  diqqətə  çatdırılaraq,  onun Azərbaycan  musiqi mədəniyyətinin inkişafındakı  xidmətləri   layiqincə  açıqlanır. Belə ki,  “Görkəmli nəslin  layiqli nümayəndəsi” adlı bölmədə  biz  İmruz xanımın necə bir əsilzadə nəslin, məşhur  ziyalı bir  şəcərənin layiqli nümayəndəsi olduğunu görürük. Bu bölmədə, həmçinin İmruz xanımın keçdiyi şərəfli və məhsuldar yaradıcılıq  yolu maraqlı faktlarla  əsaslandırılır. 

“İmruz Əfəndiyeva -  elmin fədaisi”,  “Elmi axtarışlar yolunda”,  “Elm və publisistikanın qovşağında”  adlı  digər bölmələrdə   onun zəngin elmi irsi, müxtəlif istiqamətlərdə   axtarışları, musiqi-nəzəri düşüncələri, əldə  etdiyi elmi nailiyyətləri məntiqi surətdə  şərh edilir. Məlumdur ki,  o,  çox sayda  məqalə və  kitabın,  dərs  vəsaiti  və metodik göstərişlərin müəllifidir. Araşdırmalarda  onu düşündürən və   maraqlandıran  problemlər  dairəsinin   olduqca  geniş olduğu  aydınlaşır.  Burada musiqişünas tərəfindən   xalq musiqisinin  nəzəri   problemlərindən tutmuş, bəstəkar  yaradıcılığının, müasir  musiqinin  novator  xüsusiyyətlərinin   təhlilinədək  müxtəlif  mövzuların tədqiqi  açıqlanır.

Kitabda  İmruz xanımın   bir tədqiqatçı, musiqi tənqidçısı  və  tələbkar pedaqoq kimi fəaliyyətinin nəinki respublikamızda, həmçinin, onun  sərhədlərindən  kənarda, postsovet  məkanının görkəmli  musiqi elmi ictimaiyyəti tərəfindən də  tanınaraq   yüksək dəyərləndirilməsinin  qeyd olunması onun peşəkarlığının  göstəricisi  kimi  diqqəti cəlb edir. 

Respublikanın   musiqi  həyatında  baş verən bütün hadisələrə laqeyd olmayan,  hər bir əlamətdar  hadisəyə öz  fərdi münasibətini   bildirməyi özünə borc bilən İmruz xanımım  bu aspektdə  fəaliyyəti kitabda parlaq əksini tapmışdır.  Onun  bu sahədəki tükənməyən enerjisi musiqişünasın müxtəlif  məzmunlu elmi- publisistik  irsinə  əsalanaraq  təhlil olunan bölmədə  araşdırılır.

İmruz xanım bu gün də  gərgin elmi və pedaqoji  fəaliyətlə məşğuldur.Yorulmaz tədqiqatçı,  tələbkar müəllim  olan İmruz xanımın prinsipial tənqidlərinə,  qiymətli məsləhətlərinə ehtiyacı olan  hər bir  musiqiçi onun  məktəbini keçməyi özünə fəxr bilir.  Bunu biz kitabda  İmruz xanımın hazırladığı və  elmi işlərinə  rəhbərlik etdiyi  tələbələrin  sayının çoxluğunu göstərən  əlavələr bölməsində görürük.  

Bütövlükdə,  kitab çox  nəfis  və yüksək poliqrafik tərtibatı ilə  diqqəti cəlb edir. Təqdim olunan  materialın   rəngarəng fotoşəkillərlə ardıcıllaşması onun dəyərini   daha  da  artırır. Fotoqalereyada  İmruz xanımın  uşaqlıq  illərindən  başlayaraq  bu günlərədək  müxtəlif şəraitlərdə - öz doğmaları,  görkəmli musiqi ictimai xadimləri, öz  həmkarları ilə  birgə  unudulmaz  anları  əksini  tapmışdır. Şəkillərə baxdıqca  düşünürəm ki,    onun  yaradıcılıq  potensialı, yaratmaq  eşqi  kitabda  toplanan  materialı  hələ yeni-yeni  səhifələrlə zənginləşdirməyə  qadirdir. Bunu mən səmimi qəlbdən  İmruz xanıma arzulayıram.

R.A.Məmmədova

AMEA-nın  müxbir  üzvü, professor,

Sənətşünaslıq  elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri