Icma.az
close
up
RU
Müstəntiq olsaydım sizi məsuliyyətə cəlb edərdim MƏHKƏMƏ

Müstəntiq olsaydım sizi məsuliyyətə cəlb edərdim MƏHKƏMƏ

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nuridə Seyidovanın sürücüsü olmuş Füzuli Rəhimov dindirilib.

O, Nuridə Seyidovanın 5 ay sürücüsü olub:

"Mən, əsasən onun övladını məktəbə, oradan da hazırlığa aparırdım. Mənə verilən pulları çatdırmışam. Ayseldən 7500 bir, 23 min dollar isə birdəfə pul alaraq Nuridə xanıma çatdırmışam. Lakin, valyuta dəyişməsi ilə məşğul olmamışam”.

Aysel Məmmədova şahidin ifadəsini təsdiqləyərək bildirib ki, həmin 7500 zərərçəkən Lamiyəmin, 23 min isə digər zərərçəkən Kamilin pulu olub.

Zərərçəkən Kamil Əlişov bildirib ki, ona 23 mini Aysel Məmmədovaya verməsi göstərişini Gömrük xəstəxanasında olarkən Mircəlal doktor verib?

“Aysel Məmmədova həmin pulu şahid Füzuli Rəhimova verib ki, Nuridə Seyidova çatdırsın".

Nuridə Seyidova pulu aldığını təsdiq edib: "Həmin pulu alıb şirkətin siyahısında növbədə olan digər xəstənin adına Türkiyəyə çatdırmışam. Məndə çekləri də var".

Prosesdə şahid qismində dindirilən Toğrul Kərimov qeyd edib ki, Nuridə Seyidovanın yanında işləyib:

"İş elanı vermişdim. Nuridə Seyidova zəng edib iş təklif etdi. Onunla “Çinar Plaza”da görüşdük. Rəsmi olmayan işdə aylıq 400 manata çalışırdım. Nuridə xanım dedi ki, Türkiyəyə getmək üçün pasport lazımdır. Mən də tez pasport hazırlatdım. Mənim əsas marağım boynumla bağlı qüsurun düzəlməsi idi. Çünki onlar həkimlərlə işləyirdi. İşə daxil olduqda əsas işim telefonlara cavab vermək olub. Mən xəstəxanalarla danışır, onların adını sayta saldırmağa çalışırdım. Mənə verilən və göndərilən pulları isə kartımdan çıxarıb, Nuridə Seyidovaya vermişəm. Bəzən ölkə xaricinə də pul göndərmişəm. Bircə dəfə məndən ona aid pulu kartdan çıxarmağımı xahiş edəndə soruşmuşdum ki, bu nə puludur mənə deyirsiniz gətirib sizə verim? Dedi ki, narahat olmayım, hər şey yaxşıdır. Sonra da heç pullarla bağlı maraqlanmadım".

Hakim Azad Məcidov bildirib ki, şahid pullara görə məsuliyyətə cəlb oluna bilər: "Sən bəlkə də fiziki qüsurlu şəxs olduğun üçün məsuliyyətə cəlb olunmamısan. Müstəntiq olsaydım, səni məsuliyyətə cəlb edərdim. Çünki pulları sən almısan. Nuridə də deyir ki, pulu ona verməmisən. Kassaya da daxil etməmisən. Ümumiyyətlə dövlətə həmin puldan 1 qəpik də olsun mənfəət vergisi ödəməmisən. Bunların hamısı cinayət məsuliyyəti təşkil edir".

Şahid bildirib ki, ona verilən tapşırıq əsasında pulları dollarlar şəklində alıb, Nuridə Seyidovaya çatdırıb.

Proses aprelin 2-də davam edəcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Mart 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri