Icma.az
close
up
RU
Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir ŞƏRH

Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlumdur ki, Xalqımız hər zaman ümummilli məsələlərdə birlik və həmrəylik nümayiş etdirməyi bacarıb. Yeri gəlmişkən, qeyd edək ki, dünya azərbaycanlılarının təşkilatlanmasını, həmrəyliyini hər zaman diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev demişdir: “Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu müstəqil suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.” Azərbaycan diasporunun nümayəndələri ilə görüşdə Ümummilli Lider bəyan edirdi ki, “Vətəndən kənarda yaşayan soydaşlarımızın ürəyi gərək daim Azərbaycanın nəbzi ilə bir vursun. Harada yaşamasından, vəziyyətinin ağırlığından və çətinliyindən asılı olmayaraq, gərək hər kəs öz Ana Vətəni haqqında düşünsün. Harada olursan-ol, hansı ölkədə yaşayırsan-yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən. Gərək azərbaycanlılar dünyada bir-biri ilə birləşsin, bir-birinə yaxınlaşsın, hamı Azərbaycan Respublikasının bu gününü və gələcəyini qorusun, müdafiə etsin”.

Xüsusilə qeyd etmək lazımdır ki, 2001-ci ildə dünya azərbaycanlılarının Bakıda keçirilən ilk qurultayında Ulu Öndərin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” məzmunlu bəyanatı bütün soydaşlarımız üçün milli qürur rəmzinə çevrildi. Məhz bu qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu isə birlik və mütəşəkkilliyin artması, tarixi Vətənlə əlaqələrin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi.

Ulu Öndər Heydər Əliyevin bu sahədə müəyyən etdiyi siyasi kursu davam etdirən cənab Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizdə milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunması Azərbaycan dövlətinin başlıca vəzifəsidir. Milli Həmrəylik Günü milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Təsadüfi deyil ki, dünyanın müxtəlif ölkələrində Azərbaycan icmaları fəaliyyət göstərir. Aparılmış məqsədyönlü işlər nəticəsində bu gün 51 ölkəni əhatə edən və 561 diaspor təşkilatını özündə birləşdirən 15 Koordinasiya Şurası (alyansı), 20 ölkədə isə 31 Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrdə yeni icma və birliklərinin təsis edilməsi çağdaş diaspor quruculuğu işinin uğuru kimi qiymətləndirilə bilər. Xüsusilə 5 il əvvəl, 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyaraq öz ərazi bütövlüyü və suverenliyini bərpa edən qalib Azərbaycan həm də dünya azərbaycanlılarını birləşdirdi. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında yumruq kimi bir etdi. Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar Vətən müharibəsi zamanı fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev də düşmənin və anti-Azərbaycan dairələrinin məkrli təxribatlarına qarşı soydaşlarımızın cəsarətli etirazlarını, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətlərini qələbəmizə layiqli töhfə kimi qiymətləndirib.

2022-ci il aprelin 22-də isə dünya azərbaycanlıları Zəfər Qurultayını keçirdi. Bu qurultay həm də dünya azərbaycanlılarının 2001-ci ildə keçirilən birinci qurultayında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi, torpaqlarımızın işğaldan azad olunacağı və xalqımızın öz torpaqlarına qayıdacağı ilə bağlı Ulu Öndərin çağırışlarının onun davamçıları tərəfindən gerçəyə çevrilməsinin real nəticəsi idi. Dünya azərbaycanlılarının öncəki qurultaylarında və digər çıxışlarında Prezident İlham Əliyev Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bildirirdi. Torpaqlarımızın işğaldan azad olunması dövlətimizin başçısının vədini layiqincə yerinə yetirdiyini əyani şəkildə sübut etdi. Böyük Qələbədən sonra bütün reallıqlar kimi, dünya azərbaycanlılarının missiyası da yenilənib. Bu gün soydaşlarımız əsasən Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan və Türkmənçay sülh müqavilələrinin mahiyyətini, azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətləri, Azərbaycan reallıqlarını, postmünaqişə dövrünün gerçəkliklərini daha geniş ictimaiyyətə çatdırmaqdadırlar. Ölkəmizin böyük Qələbəsi sayəsində yaranan yeni reallıqlar fonunda diaspor təşkilatları arasında koordinasiya təkmilləşir. Ən əsası, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər bir azərbaycanlı üçün inam və qürur mənbəyidir!

Nuranə Quliyeva,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon A.Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi ilk partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri